İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 SENTYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
12:35 Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
12:24 Razyananın faydalı xüsusiyyətləri
12:15 Şüyüdün faydaları
12:00 Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
11:43 Əməkdar artist mülklərinin sayını açıqladı
11:35 6 minillik tarixi olan artefakt tapıldı
11:25 Azərbaycanlı məşhur yeni doğulan körpəsini EFİRƏ GƏTİRDİ
11:14 Çin, Ayın səthində olan cisimlərin şəklini paylaşdı
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
20 SENTYABR
18:00 Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
17:45 Yunanıstanın Krit adası
17:35 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:24 Keyta qayıtdı
17:14 Dəvə hörümçəyi
17:00 Hündürboy görünmək üçün bunları edin
16:47 Saçlarınız tökülür və tez yağlanırsa bu maskanı mütləq edin
16:39 Dərini ağardan maskalar
16:28 Saçları tez uzadan və gurlaşdıran xardal maskası
16:16 Saçlarınız tez yağlanırsa...
16:00 Saç üçün yumurtalı maskalar
15:49 “Düdelanj“dan ilk
15:38 ÇL-də həftənin ən yaxşı oyunçusu - 19 yaşı var
15:24 Son 4 sərbəst güləşçimizin rəqibi müəyyənləşdi - Dünya çempionatı
15:11 Əllərdəki qırışlara son qoyacaq maska
15:00 Ev şəraitində üzünüzə belə qulluq edin
14:46 Xardalın müalicəvi xüsusiyyətləri
14:32 Zəfəranın faydaları
14:24 Qaraqınıq bitkisinin faydaları
14:12 İspanağın bilmədiyiniz faydaları
14:00 Moruq – sağlamlıq üçün 5 resept
13:47 Nailə İslamzadənin aparacağı veriliş bəlli olub
13:36 “Bu dünya həm acı, həm də şirindir“ - Aygün Kazımova
13:27 Avroliqada həftənin rəmzi komandası açıqalandı
13:14 “Çelsi“də yeni müqavilə
13:00 Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
12:43 “Oğlum öləndən 7 gün sonra səhnəyə çıxdım“

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81356)
2 PRESS-ANONS (34626)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30600)
4 Banan qabığı təbii məlhəmdir (29107)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26719)
Natiq Əliyev: “Bir sıra vacib problemlərin qısa zamanda həllinə ehtiyac var“
Tarix: 20.10 | Saat: 12:27 | E-mail | Çapa göndər

Enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı tamamilə aradan qaldırılıb və artıq özü elektrik enerjisi ixrac edən bir ölkə olaraq Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlərə çatsa da, əsas hədəflər hələ qarşıdadır. "APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunduğu məqaləsində deyilir. Nazirin sözlərinə görə, yeni hədəflərə nail olmaqdan ötrü bir sıra vacib problemlərin qısa zaman ərzində həllinə ehtiyac var: "Məsələn, əgər müqayisə aparsaq görərik ki, elektrik stansiyalarının hər adambaşına düşən qoyuluş istehsal gücü Rusiyada 1,35 kVt, Qazaxıstanda - 1,25 kVt, Avropa İttifaqında - 1,3-3 kVt olduğu halda, Azərbaycanda bu göstərici 0,75 kVt-dır. Deməli, yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sistemin ümumi gücü 10 000 MVt-dan yüksək həddə çatdırılmalıdır. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksələrək, 3600 kVt saatdan artıq olacaqdır.
Digər tərəfdən ölkədə elektrifikasiya səviyyəsi yüksək olsa da, hələki 100% deyil. İqtisadi inkişaf səviyyəsinə görə Azərbaycandan geridə qalan əksər ölkələr innovativ qanunvericilik və qiymət yanaşmalarından istifadə etməklə, özəl sektoru səfərbər edərək ucqar bölgələrin enerji ilə təminatı üçün optimal yollar tapmışdır. Azərbaycanda da regionların enerjiyə çıxışının tam optimallaşdırılması məqsədilə 6 region üzrə 4 hissədən ibarət "İnkişaf və yenidənqurma proqramı" hazırlanmışdır. Artıq icrasına başlanılmış proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların, ilk növbədə, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvurma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlığının yüksəldilməsinə kömək göstərəcəkdir. Proqramın ikinci hissəsini növbəti 3 il müddətində bütün regional elektrik şəbəkələrinin modernləşməsinə yönələn və “2013-2025-ci illər üzrə Azərbaycan Enerji Sektorunun Baş Planı”nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi təşkil edir.Bunun da nəticəsində regionlarda olan istehlakçıların elektrik enerjisi təchizatı tam həllini tapacaqdır".
N. Əliyev əlavə edib ki, bir neçə il əvvəl regionların lazımı generasiya güclərinə malik olmaması və respublikada elektrik enerjisi istehlakının böyük hissəsinin sənaye mərkəzi Bakının və bütövlükdə Abşeron yarımadasının payına düşməsi itkilərin yüksək olması ilə nəticələnib: "Belə ki, sənaye mərkəzinin tələbatını ödəmək üçün elektrik enerjisi əsas elektrik stansiyalarının yerləşdiyi Qərb və Cənub bölgələrindən yüksək gərginlikli 220, 330, 500kV-luq elektrik verilişi xətləri ilə ötürülürdü ki, bu da təchizatın etibarlığının azalması, itkilərin isə çoxalmasına yol açırdı. Son illər sektorda həyata keçirilən tədbirlər nəticəsində bu problemlər qismən həllini tapsa da, enerji itkisinə şərait yaradan amillər hələ tam aradan qaldırılmayıb. Belə ki, Azərbaycanda enerji itkilərinin əsas səbəblərindən biri böyük elektrik stansiyalarının enerjinin daha çox istehlak olunduğu paytaxt və ətrafından xeyli uzaqda yerləşməsidirsə, digər səbəb elektrik və təbii qazın ötürülməsi prosesində istifadə olunan xətlərin köhnəliyi ilə bağlıdır.Respublikanın enerji sisteminin əsas ötürücü xətlərinin çoxu, yarımstansiyaların böyük əksəriyyəti sovet dövründən qalır və bu da enerji itksinə səbəb olur. Son illərdə bu itkilərin azlması istiqamətində Bakı ətrafında və Sumqayıtda yeni elektrik stansiyaları tikilmiş, elektrik enerjisi istehsalında xammal kimi neft məhsullarından təbii qaza keçilmiş, elektrik verilişi xətlərivə qaz ötürücü boruları yeniləri ilə əvəz olunmuşdur. Görülən çoxsaylı tədbirlər sayəsində itkilər əvvəlki illərlə müqayisədə xeyli azalsa da, problem hələ qalmaqdadır.
Beynəlxalq təcrübə göstərir ki, enerji itkilərinin azalması, enerji satışı üzrə yığım səviyyəsinin artırılması və etibarlığın yüksəldilməsinin ən optimal üsulu özəl sektorun bu sahədə iştirakına şərait yaratmaqdır. Çünki özəl sektorun iştirakı,bu sahəyə vaxtlı-vaxtında investisiya yatırımı ilə yanaşı, daha səmərəli texnologiya və biznes proseslərindən istifadəni, işçi heyətininmotivasiyasını, son nəticədə isə səmərəliliyi, qənaətcilliyi və itkilərin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edir".

Xəbər 1034 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.09.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşır
20.09.2019
Dünya birjalarında neftin qiyməti bahalaşır
19.09.2019
Dünya birjalarında neftin qiyməti bahalaşıb
18.09.2019
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
17.09.2019
Yasamal rayonunun bu küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Razyananın faydalı xüsusiyyətləri
21 SENTYABR  |   12:24
Şüyüdün faydaları
21 SENTYABR  |   12:15

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
21 SENTYABR  |   12:47
Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
21 SENTYABR  |   12:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info