İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 SENTYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
12:35 Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
12:24 Razyananın faydalı xüsusiyyətləri
12:15 Şüyüdün faydaları
12:00 Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
11:43 Əməkdar artist mülklərinin sayını açıqladı
11:35 6 minillik tarixi olan artefakt tapıldı
11:25 Azərbaycanlı məşhur yeni doğulan körpəsini EFİRƏ GƏTİRDİ
11:14 Çin, Ayın səthində olan cisimlərin şəklini paylaşdı
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
20 SENTYABR
18:00 Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
17:45 Yunanıstanın Krit adası
17:35 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:24 Keyta qayıtdı
17:14 Dəvə hörümçəyi
17:00 Hündürboy görünmək üçün bunları edin
16:47 Saçlarınız tökülür və tez yağlanırsa bu maskanı mütləq edin
16:39 Dərini ağardan maskalar
16:28 Saçları tez uzadan və gurlaşdıran xardal maskası
16:16 Saçlarınız tez yağlanırsa...
16:00 Saç üçün yumurtalı maskalar
15:49 “Düdelanj“dan ilk
15:38 ÇL-də həftənin ən yaxşı oyunçusu - 19 yaşı var
15:24 Son 4 sərbəst güləşçimizin rəqibi müəyyənləşdi - Dünya çempionatı
15:11 Əllərdəki qırışlara son qoyacaq maska
15:00 Ev şəraitində üzünüzə belə qulluq edin
14:46 Xardalın müalicəvi xüsusiyyətləri
14:32 Zəfəranın faydaları
14:24 Qaraqınıq bitkisinin faydaları
14:12 İspanağın bilmədiyiniz faydaları
14:00 Moruq – sağlamlıq üçün 5 resept
13:47 Nailə İslamzadənin aparacağı veriliş bəlli olub
13:36 “Bu dünya həm acı, həm də şirindir“ - Aygün Kazımova
13:27 Avroliqada həftənin rəmzi komandası açıqalandı
13:14 “Çelsi“də yeni müqavilə
13:00 Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
12:43 “Oğlum öləndən 7 gün sonra səhnəyə çıxdım“

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81359)
2 PRESS-ANONS (34626)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30600)
4 Banan qabığı təbii məlhəmdir (29107)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26719)
Prezident: “Azərbaycan kənd təsərrüfatı məhsulları ixrac edən çox önəmli ölkəyə çevriləcək”
Tarix: 20.10 | Saat: 13:22 | E-mail | Çapa göndər

“Hazırda dünyada böhran yaşanmasına baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, biz ilk növbədə öz tələbatımızı təmin etməliyik: “Taxılçılıqda hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə də daxili tələbatımızı öz hesabımıza təmin edək. Biz çalışmalıyıq ki, təbii şəraitimizdən, münbit torpaqlardan səmərəli şəkildə istifadə edək və bu günə qədər dövriyyəyə cəlb olunmayan sahələri də əkinə cəlb edək. Bunun üçün aqrotexniki, xüsusilə suvarma ilə bağlı tədbirlər görülür, yerli icra orqanları bu işlərə qoşulublar. Fikrimiz var ki, hər il 10 minlərlə hektar torpağı dövriyyəyə gətirək, suvarma işləri təmin edilsin. Gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə artıq 80-90 min hektarda əkin aparılacaq. Yaxın gələcəkdə daha da geniş proqram tutulacaq ki, hər il biz ən azı 100 min hektarda işlər görək, yəni o torpaqları dövriyyəyə cəlb edək. Beləliklə, biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard manat həcmində güzəştli kreditlər verilmişdir, bu proses davam etdirilir. Bu il 200 milyon manat nəzərdə tutulur, gələn il də ən azı bu qədər olacaq”.
Prezident qeyd edib ki, emal müəssisələri yaradılmalıdır: “Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır. Bizdə əhali artır. Hər il əhalinin sayı təqribən 100 min artır. Ona görə biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Kənd təsərrüfatı bu məsələdə xüsusi yer tutur. Nəzərə almalıyıq ki, bir çox torpaqlarımızda hələ suvarma işləri təşkil edilməyib. Növbəti illərdə əsas diqqət bu sahəyə göstəriləcək ki, bu gün suvarılmayan, yəni, heç bir iş aparılmayan torpaq sahələrində müasir kənd təsərrüfatı müəssisələri yaradılsın. Biz buna nail olacağıq. Gələcəkdə soyuducu anbarın da tikintisi nəzərdə tutulur. Bu da çox lazımdır ki, burada yetişdirilən məhsul xarab olmasın, daxili bazara göndərilsin. Eyni zamanda, burada məhsul artımı böyük ixrac potensialı yaradacaq”.

Xəbər 824 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.09.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşır
20.09.2019
Dünya birjalarında neftin qiyməti bahalaşır
19.09.2019
Dünya birjalarında neftin qiyməti bahalaşıb
18.09.2019
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
17.09.2019
Yasamal rayonunun bu küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Razyananın faydalı xüsusiyyətləri
21 SENTYABR  |   12:24
Şüyüdün faydaları
21 SENTYABR  |   12:15

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
21 SENTYABR  |   12:47
Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
21 SENTYABR  |   12:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info