ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentləri Barak Obama və Donald Tramp arasında noyabrın 10-da Ağ Evdə keçirilən danışıqlardan sonra daha bir görüşün keçirildiyi məlum olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
“Prezident Oval kabinetdəki məlum görüşdən sonra Donald Trampla azı bir dəfə danışıqlar aparıb”, - deyə Ernest Vaşinqtonda brifinq zamanı bildirib.
Ağ Ev nümayəndəsi görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info