İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93169)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32911)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31710)
5 Banan qabığı təbii məlhəmdir (29931)
“Elektron müraciət” xidməti nədir? – Müraciətlərin statistikası
Tarix: 27.04 | Saat: 12:05 | E-mail | Çapa göndər

Hər bir vətəndaş istənilən dövlət orqanına müraciət edə bilmə imkanına malikdir. Bu imkanlar sırasında vətəndaşlar üçün şifahi, yazılı, telefon və elektron müraciət xidməti formaları fəaliyyət göstərməkdədir. Sözügedən xidmətlər vasitəsilə vətəndaşlar öz şikayət və təkliflərini bildirmək istədikləri quruma çatdıra bilərlər. Adı çəkilən xidmətlərdən necə istifadəyə gəldikdə isə elektron müraciət istisna olmaqla digərləri elə də çətin bir mərhələni əhatə etmir. Çünki elektron müraciət anlayışı texnologiyanın inkişaf etdiyi bir dövrdə vətəndaşlar üçün yenilikdir.
Bəs elektron müraciət nədir və necə həyata keçirilir? Elektron müraciətə keçmədən öncə qeyd etmək lazımdır ki, “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradılır. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və elə bu təşkilatlara elektron rabitə vasitəsilə müraciət edə bilər. “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir. Elektron müraciət isə müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən, yaxud rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət formasıdır.
Mütəxəssislər hesab edirlər ki, “elektron hökumət”in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə şərait yaradır. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində “elektron hökumət” fəaliyyət göstərir. Azərbaycanda “elektron hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan MDB məkanında “Elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı sayca 4-cü ölkədir.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi, informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması, istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması, dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü “Elektron hökumət”in əsas fəaliyyət prinsiplərindəndir.
Bu gün artıq əhalinin elektron xidmətlərdən istifadəsi genişlənir. Bütün bu xidmətlərin bir mərkəzdə - “Elektron hökumət” portalında cəmləşməsi isə onların işini daha da asanlaşdırır. İstifadəçi rahatlığını və məmnunluğunu təmin etmək üçün portalda təqdim edilən xidmətlərin sayı və çeşidi fasiləsiz olaraq yenilənir. Hazırda portal üzərindən təqdim olunan e-xidmətlərin sayı 430 olub. Portalda 44 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır. Portalda real vaxt rejimində dəyişən sayğac vasitəsi ilə elektron xidmətlərə müraciət sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək mümkündür. Statistikaya görə, artıq portala müraciət sayı 40 milyonu ötüb. 2016-cı ilin mart ayının 1-dən, 2017- ci ilin mart ayının 1-nə qədər portala müraciət sayı 20 milyondan çox olub. Bu da portal istifadəyə verilən tarixdən bu günə qədər olan müraciət sayının təqribən 50 faizini təşkil edir. İl ərzində rəqəmlərin belə sürətlə dəyişməsi istifadəçilər tərəfindən portalın populyarlığının artmasına dəlalət edir.
“Elektron hökumət” portalının yaydığı məlumata görə, cari ilin fevral ayı ərzində portal vasitəsi ilə 1 673 687 dəfə elektron xidmətlərə müraciət sayı qeydə alınıb. Xidmətlərinə ən çox müraciət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Belə ki, fevral ayı ərzində bu qurumun xidmətlərinə 946084 dəfə müraciət olunub. ƏƏSMN-in ünvanlı dövlət sosial yardımı üzrə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə hazırlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) adlı xidmətinə ay ərzində 394389 dəfə müraciət edilib.
Müxtəlif istiqamətləri əhatə edən 37 xidməti portala inteqrasiya edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətlərinə isə fevral ayında müraciət sayı 565935-ə çatıb. Nazirliyin çox istifadə olunan elektron xidməti “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, ay ərzində xidmət üzrə müraciət sayı 300300-ə çatıb.
Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərə ay ərzində müraciət sayı isə 71470-dir. Komitənin təqdim etdiyi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu” elektron xidmətinə 55099 dəfə müraciət edilib.
Portal üzərindən fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək aidiyyəti quruma ötürməyə imkan yaradan elektron arayışlardan isə fevral ayı ərzində 25862 dəfə istifadə edilib.
Əsasən yay aylarında daha aktual olan Dövlət İmtahan Mərkəzinin xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, fevral ayında bu qurumun xidmətlərinə nisbətən az, 18701 dəfə müraciət edilib.
Şəffaf və rahat idarəetmənin mühüm komponenti olan “Elektron hökumət” portalına maraq artır, eləcə də əhalinin elektron xidmətlərdən istifadəsi genişlənir. “www.e-gov.az” portalı vasitəsi ilə təqdim olunan elektron xidmətlərə müraciət edənlərin sayının dinamik artımı bunun əyani göstəricisidir.
L.Hüzeynzadə
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 3692 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info