İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93665)
2 PRESS-ANONS (35017)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33043)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31944)
5 Banan qabığı təbii məlhəmdir (29968)
Dövlət qurumlarına müraciətlər nədən ibarətdir?
Tarix: 08.05 | Saat: 12:38 | E-mail | Çapa göndər

Dövlət qurumlarına vətəndaşların müraciətləri müvafiq qanun çərçivəsində həyata keçirilir. Vətəndaşların müraciətləri əsasında onlara lazımlı məlumatlar verilir. Sakinlər müraciətlərini həm rayon icra hakimiyyətlərində onlar üçün nəzərdə tutulmuş xüsusi qəbul günlərində, həm də yazılı, elektron və ya “Qaynar xətt” vasitəsilə bildirə bilərlər. Vətəndaşların dövlət qurumlarına müraciətləri nədən ibarətdir?
Binəqədi rayon İcra Hakimiyyətində sakinlərin Müraciət Xidməti - 1646-a fəaliyyət göstərdiyi 4 ildən artıq müddətdə 136914 vahid müraciət daxil olub və bunların əsasında 29298 vahid müraciət vərəqəsi qeydiyyata alınaraq icraata yönəldilib. Bunlardan 24135 vahidi və ya 82.6 %-i tam, 1520 vahidi və ya 5.2 %-i qismən, 3580 vahidi və ya 12.2 %-i müvafiq izahat verilərək həll edilib.
2017-ci ilin yanvar-mart ayları üzrə xidmətə daxil olan müraciət vərəqəsi qeydiyyata alınmış müraciətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 894-ü və ya 48,5 %-i qaz təchizatı, 566-sı və ya 30,3 %-i su-kanalizasiya, 106-sı və ya 5,8 %-i lift problemləri, 102-si və ya 5,6 %-i istilik təchizatı, 61-i və ya 3,4%-i sakinləri narahat edən digər məsələlər, 52-si və ya 2,8%-i elektrik təchizatı ilə bağlı, 32-i və ya 1,7%-i zibil və tullantılarla əlaqədar, 18-i və ya 1,2%-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 12-si və ya 0,7%-i yaşıllaşdırma idarəsi ilə bağlı olub. Xidmətə daxil olan təşəkkür zənglərinin sayı isə 75 vahid olub.
Qeyd edək ki, ölkəmizdə yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Binəqədi rayon İcra Hakimiyyətində Sakinlərin Müraciət Xidməti - 1646 yaradılıb və 6 fevral 2013-cü il tarixində rayon sakinlərinin ixtiyarına verilib. Xidmətin yaradılmasında məqsəd rayon sakinlərinin İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən məlumat almaq imkanı əldə etmək və şikayətlərini daha çevik və operativ şəkildə bir telefon zəngi vasitəsi ilə İcra Hakimiyyətinə çatdırmaqdan ibarət olub. Eyni zamanda, Sakinlərin Müraciət Xidməti sisteminin fəaliyyəti İcra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların məlumatlılığının artmasına, daxil olan şikayətlərlə əlaqədar operativ tədbirlərin həyata keçirilməsinə imkan yaradıb və rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artırıb.
Xətai rayon İcra Hakimiyyətində isə 17 aprel 2017-ci il tarixdə rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla qəbulu keçirilib. Qəbulda ümumilikdə 16 vətəndaş iştirak edib. Müraciət edənlər vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilib. Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilib, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırıb və onları narahat edən məsələlərə aydınlıq gətiriblər.
Xəzər rayon İcra Hakimiyyətinin başçısı mart ayında Mərdəkan qəsəbə sakinləri ilə səyyar görüşü keçirib. Görüşdə 200 nəfər qəsəbə sakini iştirak edib. İcra Başçısı Xəzər rayonunda gedən, xüsusilə Mərdəkan qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışıb. Qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 7 milyon 606 min 800 dəfə müraciət olunub. ƏƏSMN-in əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi “Elektron hökumət” portalında aktuallığı ilə seçilərək, portalın istifadəçi kontingentinin əhəmiyyətli şəkildə artmasında mühüm rol oynayır. Bunun göstəricisi kimi, istifadəyə verildiyi 2014-cü ilin iyulundan cari ilin 01 may tarixinədək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 7 milyon 606 min 800 dəfə müraciət olunub.
Ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementi olan bu sistem ilk növbədə əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına xidmət edir. Bu məqsədlə sistemin tərkib hissəsi olan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti işəgötürənlərin daimi müraciət etdiyi e-xidmətlərdəndir. Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin 6 milyon 500 min 632-si məhz bu e-xidmətə yönəlib. Müraciətlərin qalan hissəsi, yəni 1 milyon 106 min 168-i “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətinə aid olub. Bu e-xidmət isə işçilərə hazırda işlədikləri və ya əvvəllər işləmiş olduğu işəgötürənlər tərəfindən onlarla bağlı əmək müqaviləsinin bağlanması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi üzrə sistemə daxil edilmiş bildirişlər barədə məlumat öyrənməyə imkan verir. İşçilər bu bildirişlər üzrə onlara lazım olan məlumatları elektron sənəd kimi formalaşdıra və ya kağız formasında çap edə bilirlər.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçi və işəgötürənlərin əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olmaqla yanaşı, əmək münasibətlərinin dolğun və obyektiv uçotunun aparılmasına imkan verib, əmək bazarında baş verən proseslərlə bağlı zəngin və real vəziyyətə əsaslanan informasiya bazasını formalaşdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemləri ilə bərabər, bu sistem də mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT tərəfindən ümumən Azərbaycanın uğurlu islahat təcrübəsi kimi qəbul olunaraq təbliğ edilir.
Eyni zamanda ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanın əmək və sosial müdafiə sahələrində müasir, şəffaf və səmərəli iş təcrübəsinə yol açmış elektron idarəetmə və xidmət sistemlərinə, o cümlədən əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin öyrənilməsinə maraq getdikcə artır. Həmin ölkələrin KİV-lərində də Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron sistemlərindən bəhs edən dolğun materiallar yer alıb.
L.Hüzeynzadə
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 3350 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info