İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 SENTYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
12:35 Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
12:24 Razyananın faydalı xüsusiyyətləri
12:15 Şüyüdün faydaları
12:00 Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
11:43 Əməkdar artist mülklərinin sayını açıqladı
11:35 6 minillik tarixi olan artefakt tapıldı
11:25 Azərbaycanlı məşhur yeni doğulan körpəsini EFİRƏ GƏTİRDİ
11:14 Çin, Ayın səthində olan cisimlərin şəklini paylaşdı
10:28 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
20 SENTYABR
18:00 Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı
17:45 Yunanıstanın Krit adası
17:35 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:24 Keyta qayıtdı
17:14 Dəvə hörümçəyi
17:00 Hündürboy görünmək üçün bunları edin
16:47 Saçlarınız tökülür və tez yağlanırsa bu maskanı mütləq edin
16:39 Dərini ağardan maskalar
16:28 Saçları tez uzadan və gurlaşdıran xardal maskası
16:16 Saçlarınız tez yağlanırsa...
16:00 Saç üçün yumurtalı maskalar
15:49 “Düdelanj“dan ilk
15:38 ÇL-də həftənin ən yaxşı oyunçusu - 19 yaşı var
15:24 Son 4 sərbəst güləşçimizin rəqibi müəyyənləşdi - Dünya çempionatı
15:11 Əllərdəki qırışlara son qoyacaq maska
15:00 Ev şəraitində üzünüzə belə qulluq edin
14:46 Xardalın müalicəvi xüsusiyyətləri
14:32 Zəfəranın faydaları
14:24 Qaraqınıq bitkisinin faydaları
14:12 İspanağın bilmədiyiniz faydaları
14:00 Moruq – sağlamlıq üçün 5 resept
13:47 Nailə İslamzadənin aparacağı veriliş bəlli olub
13:36 “Bu dünya həm acı, həm də şirindir“ - Aygün Kazımova
13:27 Avroliqada həftənin rəmzi komandası açıqalandı
13:14 “Çelsi“də yeni müqavilə
13:00 Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
12:43 “Oğlum öləndən 7 gün sonra səhnəyə çıxdım“

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (81465)
2 PRESS-ANONS (34635)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30627)
4 Banan qabığı təbii məlhəmdir (29112)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26774)
Elektron imza nədir?
Tarix: 30.05 | Saat: 13:45 | E-mail | Çapa göndər

Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxıb. Məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Dövlət orqanları ilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarır. Bəs elektron imza nədir və nə üçün lazımdır?
Elektron imza ideyası XX əsrin 70-80-ci illərində meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır. Elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Bir sözlə, həyatımıza sirayət etmiş elektron imza rahatlığımızın və təhlükəsizliyimizin təminatçısına çevrilir.
Hazırda elektron imzanı tətbiq edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur və həmçinin belə ölkələrdə inkişaf daha da dinamik baş verir.
Bu gün elektron hökumətin əsas atributlarından sayılan elektron imza Azərbaycanda da uğurla tətbiq edilməkdədir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra “Elektron imza”nın reallaşdırılması mərkəzi icra orqanı kimi Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb.
Bu Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas vəzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaq məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən www.e-imza.az saytı hazırlanıb. Sayt vasitəsilə vətəndaşlar Mərkəzin fəaliyyəti ilə yanaşı, elektron imzadan istifadə qaydaları, müxtəlif təlimatlar, öz sertifikatları haqqında ətraflı məlumat əldə edə bilərlər.
Ölkəmizdə “Elektron imza” sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən son bir ayda istifadəyə verilmiş elektron imza sertifikatlarının sayı 3 mindən çox olub. Cari ilin təkcə aprel ayında 3486 elektron imza sertifikatı verilib ki, onların 766-sı dövlət qurumlarının, 2612-si hüquqi şəxslərin, 108-i isə fiziki şəxslərin payına düşür.
Elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 may tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 68218, fiziki şəxslər üzrə 17480, hüquqi şəxslər üzrə isə 20170 olmaqla, ümumilikdə 105868 elektron imza sertifikatı istifadəyə verilib.
2017-ci ilin ilk 4 ayı ərzində isə istifadəyə verilən elektron imza sertifikatının ümumi sayı 5652 olub. Onlardan dövlət qurumlarının payına 2236, fiziki şəxslərin payına 270, hüquqi şəxslərin payına isə 3146 elektron imza sertifikatı düşür. Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilən “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” adlı yeni xidmət elektron imzaya tələbatı artırıb. Artıq ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə iri və orta sahibkarlardan hesabatları tamamilə elektron qaydada qəbul edir. Bu elektron xidmətdən istifadə etmək üçün sahibkarın möhür hüququ olan elektron imza kartı olmalı, yaxud möhürü səlahiyyətli şəxs ona icazə verməlidir.
Elektron imzanı heç yerə getmədən onlayn sifariş etmək mümkündür. Həmçinin “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” xidməti üçün möhür səlahiyyətli elektron imza kartı olan müəssisə rəhbəri elektron imzası olan istənilən əməkdaşına elektron formada səlahiyyət verə bilər.
Xatırladaq ki, elektron imzanı www.e-imza.az internet ünvanından onlayn sifariş etmək mümkündür. Bunun üçün istənilən vətəndaş www.e-imza.az saytından “onlayn müraciət” menyusuna daxil olub, “Hüquqi şəxslər və sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün” bölməsini seçməlidir. Daha sonra elektron ərizə formasındakı anketi tamamlayıb, onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Sifariş zamanı MSXM-in təqdim etdiyi 2 elektron imza daşıyıcısından birini - smart kart və ya smart tokeni seçmək mümkündür.
Qeyd edək ki, respublikamızda elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi gələcəkdə ölkəmizin dünya informasiya sisteminə, Avropaya inteqrasiyasını daha da sürətləndirmiş olacaq.
L.Hüzeynzadə
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 4250 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?
08.05.2017
Dövlət qurumlarına müraciətlər nədən ibarətdir?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Razyananın faydalı xüsusiyyətləri
21 SENTYABR  |   12:24
Şüyüdün faydaları
21 SENTYABR  |   12:15

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Bu meyvə maskaları üzünüzün dərisini canlı və parlaq edəcək
21 SENTYABR  |   12:47
Üzünüzdəki qara nöqtələri bu 3 üsulla yox edin
21 SENTYABR  |   12:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info