İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 NOYABR
18:00 “Ali təhsilli kimya-biologiya müəllimiyəm, gözəl vizajistəm, yaxşı “şofer“əm” - Afət Fərmanqızı
17:45 Mina sevgilisindən danışdı: “Barışmaq istəmirəm“
17:36 Pərvizdən sonra o da başına tük əkdirdi
17:29 Kefir maskası ilə gözəlləşin!
17:14 Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi
17:09 “İlk görüşdə dedi ki, səninlə evlənəcəm“ - məşhur cütlük tanışlıqlarından danışdı
17:00 Qırışları açan banan maskası
16:49 Appendisit və onun ağırlaşmaları
16:48 Masallı güləşçiləri XXV ənənəvi respublika turnirinin qalibi olublar
16:35 Dəridə rəng fərqini aradan qaldıran maska
16:25 Şahmat üzrə “King Salman World Cup” dünya çempionatı Moskvada keçiriləcək
16:15 Dərini qışa hazırlayan maskalar
16:00 Xiyardan makiyaj təmizləyən vasitə hazırlayın!
15:44 Yağlı saçlarla necə mübarizə aparmalı?
15:39 Quruyub çatlayan dodaqlar üçün maskalar
15:27 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:12 İzzət Bağırovun bacısı qızı ilə YENİ FOTOSU
15:00 Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
14:47 Hepatit zamanı qida rejimi
14:37 Kalium elementi qan təzyiqini azaldır
14:22 Ürəyin işemik xəstəliyi (ÜİX)
14:14 Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində sonuncu oyununu keçirəcək
14:00 Budo döyüş növləri üzrə açıq Astara çempionatına yekun vurulub
13:49 Osteoporoz - “lal epidemiya“
13:39 Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu VİTAMİN çatışmır
13:28 Alimlərdən buzu əritmək üçün yeni kəşf
13:15 Çində nəhəng külək generatoru hazırlanıb
13:00 Marsda həyat olub
12:49 Əməkdar artistin 30 il əvvəlki FOTOsu - Tanınmaz dərəcədə DƏYİŞİB
12:35 “Zirə“nin futbolçusu Əlcəzairə qarşı oynadı
12:23 Yığmamız Ukrayna ilə üz-üzə
12:13 Xuraman Şuşalı 4-cü övladı üçün Afrikada qurban kəsdirdi
10:30 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
18 NOYABR
18:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:47 Makiyajın köməyi ilə burnu necə kiçiltmək olar?
17:35 Raxit mütləq müalicə olunmalıdır
17:24 “Səbail“in futbolçusu İslandiyaya qarşı oynadı
17:11 Elza Seyidcahanın qızı və nəvəsindən

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90184)
2 PRESS-ANONS (34878)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32264)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30622)
5 Banan qabığı təbii məlhəmdir (29712)
Bu il Azərbaycanda 7 beynəlxalq sərgi keçiriləcək
Tarix: 23.08 | Saat: 11:38 | E-mail | Çapa göndər

Bu ilin sentyabr ayında Azərbaycanda növbəti ticarət-sənaye sərgiləri mövsümü start götürür.
Sərgilərin təşkilatçısı olan “Iteca Caspian” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu il “Iteca Caspian” şirkəti 7 beynəlxalq sərginin keçirilməsini planlaşdırıb. Bu tədbirlər çərçivəsində iştirakçılar bazarı öyrənərək peşəkar əlaqələr qura və yeni tərəfdaşlar cəlb edə bilər, ziyarətçilər isə məhsul və ya xidmətlərlə tanış olmaq, onların istehsalçıları, yaxud tədarükçüləri ilə birbaşa görüşmək, faydalı əlaqələr qurmaq və mühüm müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Azərbaycanın dövlət strukturlarının dəstəyi ilə keçirilən bütün bu sərgilərin mövzusu iqtisadiyyatın qeyri-neft sektorunu ehtiva edir.
Yeni sərgi mövsümü 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” və 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgiləri ilə açılacaq. Bu sərgilər 28-30 sentyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgilərin ümumi ekspozisiyasında 100-dən artıq iştirakçının bir araya gəlməsi gözlənilir. Bu iştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna, və digər ölkələri təmsil edən şirkətlər yer alır. “BIHE” sərgisində xarici istehsalçılarla yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan “BTL Industries”, “Labservis”, “Planeta” və tibbi avadanlıq və dərman vasitələrinin digər yerli distributorları da iştirak edəcək. Bu il sərgidə tibbi və laboratoriya avadanlıqları (məsələn: əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), farmakoloji preparatlar, tibbi alətlər, eləcə də farmakoloji avadanlıqlar təqdim ediləcək.
Sərgi çərçivəsində geniş işgüzar proqram planlaşdırılıb, belə ki, sərgi çərçivəsində ilk dəfə olaraq Həkimlər Konqresinin keçirilməsi nəzərdə tutulur. Konqres müxtəlif səhiyyə sahələrini təmsil edən aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirədən ibarət olacaq. Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlər ilə yerli istehsalçılar və distributorlar üçün seminar keçiriləcək və bu tədbir bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə səmərəli işgüzar platformaya çevriləcək. Seminarın keçirilməsində məqsəd sərgi iştirakçılarına yerli şirkətlər ilə səmərəli işgüzar münasibətlərin qurulmasında, ziyarətçilərə isə öz distributor şəbəkələrini genişləndirməkdə kömək etməkdir.
Hər il “Beauty Azerbaijan” sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən sənaye peşəkarlarını cəlb edərək, onlara yerli bazara çıxmaq imkanı yaradır. “Beauty Azerbaijan 2017” sərgisində peşəkar kosmetik vasitələr, gözəllik salonları üçün avadanlıqlar və kosmetoloji aparatlar təklif edən Azərbaycan, ABŞ, Rusiya, İtaliya və Koreya şirkətləri iştirak edəcək. Sərgi çərçivəsində ustad dərsləri (“master-klass”) və “B2B” formatlı görüşlərin keçirilməsi də planlaşdırılır.
Sərgi mövsümünü daha sonra 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji sərgisi “Aquatherm Baku 2017” və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri sərgisi “Securika Caspian 2017” sərgiləri davam etdirəcək (18-21 oktyabr).
Beləliklə, Azərbaycanın paytaxtını bir daha biznes sahəsində yeni məhsulların təqdimatı və gələcək planların elan edilməsi, eyni zamanda, dərhal rəy və təkliflərin əldə olunmasına imkan verən zəngin ixtisaslaşmış sərgilər mövsümü gözləyir. Sərgilər köhnə əlaqələrin dəstəklənməsi və möhkəmləndirilməsi üçün əla platforma, eləcə də yeni tanışlıqların və işgüzar münasibətlərin yarandığı məkandır. Sərgilər brendinq baxımından da çox vacibdir, çünki sənaye sərgiləri həm də iştirakçılara baxış, eləcə də görülmüş işlər və onların nəticələri barədə hesabatdır. Bundan başqa, bu tədbirlər elektron yazışma və zənglər vasitəsi ilə uzun müddət cavabsız qalan çoxsaylı texniki və kommersiya məsələlərini birbaşa danışıqlar çərçivəsində və qısa vaxt ərzində həll etməyə imkan verən məkandır. Bu baxımdan, heç də təsadüfi deyil ki, sərgiləri “əl sıxılan məkan” da adlandırırlar.
Artıq bütün sərgilərin veb-saytlarında elektron qeydiyyata start verilib. Ziyarətçi sərginin veb-saytında elektron qeydiyyatdan keçməklə, üzərində bar-kod olan elektron bilet əldə edə bilərlər. Bu bar-kod “Fast Track” xidmətindən (xüsusi qeydiyyat xidmətindən) istifadə etməyə və qeydiyyat vaxtını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Ziyarətçilər üçün sərgilərə giriş pulsuzdur. Bütün sərgilər və burada ziyarətçi və iştirakçılara təklif olunan xidmətlər barədə daha ətraflı məlumatı www.iteca.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında “Premier Tour” (rəsmi turoperator), eləcə də “Hyatt Regency” və “Qafqaz Point Hotel” (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı) şirkətləri yer alır.

Xəbər 1002 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.11.2019
Atəşkəs pozulub
16.11.2019
Atəşkəs pozulub
14.11.2019
Atəşkəs pozulub
13.11.2019
Atəşkəs pozulub
08.11.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi
19 NOYABR  |   17:14
Appendisit və onun ağırlaşmaları
19 NOYABR  |   16:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Kefir maskası ilə gözəlləşin!
19 NOYABR  |   17:29
Qırışları açan banan maskası
19 NOYABR  |   17:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info