İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 AVQUST
18:00 Premyer Liqamızda 2-ci turun hakimləri açıqlandı
17:49 Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
17:39 Bolqar bibərinin bilmədikləriniz faydaları
17:25 Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
17:12 İspanağın faydaları
17:00 Qara nöqtələrdən azad olmağın sadə yolu
16:47 Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
16:38 “Beşiktaş“dan Fransa klubuna
16:27 Heyva dənəsi, portağal, limon... - Dəriyə faydalı maskalar
16:15 Balqabaq şirəsinin faydaları haqqında
16:00 “2-3 ilə karyeramı başa vursam, heç kim təəccüblənməsin“ - Klopp
15:48 10 sentlik sikkə 1,32 milyon dollara satılıb
15:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:28 Effektli POMİDOR maskaları
15:16 Yaşıl detoks kokteylləri. RESEPTLƏR
15:00 Salahdan “Real“ açıqlaması
14:47 Axtardığın cavab sualından asılıdı.!
14:38 Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir
14:25 Səhvlərinizdən öyrənin
14:14 25 ildə öyrəndiyim 25 həyat dərsi
14:00 Effektiv komanda işinin sirri
13:43 Yarım saat nəzəriyyəsi
13:35 “Çelsi“ Zappakostanı “Roma“ya verdi
13:22 Vəfa Zeynalova əri və əkizləri ilə
13:12 Qarışdırıb yeyin, faydası inanılmazdır - Bal, qoz, əncir
13:00 Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
12:46 “Barselona“ Neymarın formasını sifariş verdi
12:32 “Monako“da yeni hücumçu
12:25 Zülfiyyə oğlanları ilə
12:13 Nazilə 10 il əvvəl və indi - Görənlər MƏƏTTƏL QALDI: Nə gündəsən...
11:12 Hacıqabulda yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
11:00 Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur
10:47 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
10:36 Siyəzəndə baş verən qəza nəticəsində səkkiz nəfər xəsarət alıb
10:25 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
20 AVQUST
18:00 Messinin son durumu
17:46 Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
17:35 Yanmış saçlardan xilas olmağın ən asan və ucuz yolu!

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76550)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29939)
4 Banan qabığı təbii məlhəmdir (28794)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24849)
Ali Baş Komandan yeni inşa edilmiş sərhəd gözətçi gəmisi ilə tanış olub, yenisinin təməlini qoyub
Tarix: 24.08 | Saat: 15:16 | E-mail | Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub və növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
APA-nın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözətçi gəmisi inşa olunub. 2016-cı ilin avqustunda DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmilərindən biri Rusiya Federasiyasının Həştərxan şəhərinə dostluq səfəri edib, “Dənizdə qanunsuz tədbirlərə qarşı əks-tədbirlər, həmçinin Xəzər dənizi hövzəsində yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilməsi üzrə birgə hərəkətlərin işlənilməsi” mövzusunda sərhəd təliminə qatılıb. Bu ilin avqustunda isə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib. Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib. Dövlət başçısı növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikası, silah və sursatları haqqında məlumat verilib. Nümayiş olunan hərbi texnika arasında Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Zərbə” K-1 döyüş başlıqlı pilotsuz uçuş aparatı, “Kobra” döyüş maşını üzərində quraşdırılmış məsafədən idarə olunan və 8 kilometr məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmə qabiliyyətinə malik “Lahat” sistemi döyüş modulu, “ZTR-70” üzərində quraşdırılmış avtomatlaşdırılmış hədəfə yönləndirmə sisteminə malik olan yüksək dəqiqlikli 120 millimetrlik minaatan qurğusu, dövlət sərhədinin mühafizəsində istifadə təyinatlı hərəkətə həssas avadanlıqlar, radarlar və müşahidə qurğuları, snayper tüfəngləri, optik təyinatlı nişangah və cihazlar, daşınan lazer hədəf göstəriciləri var.
Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində isə Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu xidmət ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub. Bu gün əminliklə söyləmək olar ki, sərhədçilər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır.
Sonra Prezident İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə yaxından tanış olub.
Su tutumu 470 ton olan gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Xəbər 1129 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.08.2019
Atəşkəs pozulub
20.08.2019
Atəşkəs pozulub
19.08.2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq
19.08.2019
Atəşkəs pozulub
17.08.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

22 AVQUST
12:00 PRESS-ANONS
22 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Bolqar bibərinin bilmədikləriniz faydaları
21 AVQUST  |   17:39
İspanağın faydaları
21 AVQUST  |   17:12

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
21 AVQUST  |   17:49
Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
21 AVQUST  |   17:25

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info