İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 AVQUST
18:00 Premyer Liqamızda 2-ci turun hakimləri açıqlandı
17:49 Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
17:39 Bolqar bibərinin bilmədikləriniz faydaları
17:25 Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
17:12 İspanağın faydaları
17:00 Qara nöqtələrdən azad olmağın sadə yolu
16:47 Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
16:38 “Beşiktaş“dan Fransa klubuna
16:27 Heyva dənəsi, portağal, limon... - Dəriyə faydalı maskalar
16:15 Balqabaq şirəsinin faydaları haqqında
16:00 “2-3 ilə karyeramı başa vursam, heç kim təəccüblənməsin“ - Klopp
15:48 10 sentlik sikkə 1,32 milyon dollara satılıb
15:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:28 Effektli POMİDOR maskaları
15:16 Yaşıl detoks kokteylləri. RESEPTLƏR
15:00 Salahdan “Real“ açıqlaması
14:47 Axtardığın cavab sualından asılıdı.!
14:38 Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir
14:25 Səhvlərinizdən öyrənin
14:14 25 ildə öyrəndiyim 25 həyat dərsi
14:00 Effektiv komanda işinin sirri
13:43 Yarım saat nəzəriyyəsi
13:35 “Çelsi“ Zappakostanı “Roma“ya verdi
13:22 Vəfa Zeynalova əri və əkizləri ilə
13:12 Qarışdırıb yeyin, faydası inanılmazdır - Bal, qoz, əncir
13:00 Yaşıl lobyanın sağlamlığımıza MİSİLSİZ FAYDALARI
12:46 “Barselona“ Neymarın formasını sifariş verdi
12:32 “Monako“da yeni hücumçu
12:25 Zülfiyyə oğlanları ilə
12:13 Nazilə 10 il əvvəl və indi - Görənlər MƏƏTTƏL QALDI: Nə gündəsən...
11:12 Hacıqabulda yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb
11:00 Qobustanda Ərəbqədim–Göydərə avtomobil yolu yenidən qurulur
10:47 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
10:36 Siyəzəndə baş verən qəza nəticəsində səkkiz nəfər xəsarət alıb
10:25 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
20 AVQUST
18:00 Messinin son durumu
17:46 Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
17:35 Yanmış saçlardan xilas olmağın ən asan və ucuz yolu!

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76550)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29939)
4 Banan qabığı təbii məlhəmdir (28794)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24849)
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə fətva verib
Tarix: 25.08 | Saat: 12:35 | E-mail | Çapa göndər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fətvada deyilir: "Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişidir. Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar. Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir – şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir".
Fətvada qeyd olunur ki, Azərbaycanz həmişə dinlərarası tolerantlıq və müsəlman həmrəyliyinin məskəni olub: "Prezident İlham Əliyev həzrətlərinin bu istiqamətdə apardığı siyasət, gündəmə gətirdiyi mövzular və dəstəklədiyi beynəlxalq tədbirlər bunun bariz nümunəsidir".
Fətvada bildirilir ki, qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır: "Əziz Peyğəmbərimiz (s) də belə davranmağı bizlərə vəsiyyət edib. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Tövsiyə edirik ki, bu müqəddəs ayin təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra olunsun”.
Fətvada qeyd edilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək.
Azərbaycanda iki gün - sentyabrın 1-i və 2-si qeyri-iş günü elan edilib.
"Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə vətənimizi və millətimizi xüsusi dua etməliyik. Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, köçkün düşmüş soydaşlarımızın tezliklə doğma yurdlarına qayıtmasını dua etmək bir müsəlman olaraq hər birimizin vəzifəsidir. Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını nəsib etsin!
Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu bayramın daşıdığı dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan diləyir. Allah-Təala bütün ibadətlərinizi qəbul etsin!", - deyə fətvada bildirilir.

Xəbər 1094 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

21.08.2019
Atəşkəs pozulub
20.08.2019
Atəşkəs pozulub
19.08.2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq
19.08.2019
Atəşkəs pozulub
17.08.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

22 AVQUST
12:00 PRESS-ANONS
22 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Bolqar bibərinin bilmədikləriniz faydaları
21 AVQUST  |   17:39
İspanağın faydaları
21 AVQUST  |   17:12

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydalı tərəfi
21 AVQUST  |   17:49
Şaftalı və xamalı kremlə çox dadlı PİROQ
21 AVQUST  |   17:25

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info