Şəmkirdə “Mercedes” markalı avtomobillə vurulan piyada ölüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən axşam avtomobillə vurularaq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən 1998-ci il təvəllüdlü Seyfəli kənd sakini Musayev Çingiz Gündüz oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info