İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 OKTYABR
13:00 Unudulmaz nağıl tortu
12:51 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:45 Şokoladlı çiyələkli tort
12:35 “SpaceX” orbitdə əlavə 30 min peyk yerləşdirəcək
12:23 Sahibini izləyən robot-çamadan təqdim edilib
12:13 Könül Kərimova dəyişib belə oldu
12:00 “Maşın“ı türkiyəli apardı
11:48 Qidalar soyuducuda necə saxlanılmalıdır?
11:37 Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
11:23 PSJ 4 qolla qalib gəldi
11:14 Messidən vacib müqavilə açıqlaması
10:25 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
18 OKTYABR
18:00 Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
17:46 Çox asan və fərqli: Pendirli kekslər.
17:33 Aybəniz Haşımovadan YENİ İMİC
17:22 Enerji yığmadan gündə 20 km gedən elektrikli avtomobil
17:15 Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu
17:08 Sağlam və təravətli saçlar üçün sadə məsləhətlər
17:00 Turşu qovurma plov
16:49 Aşağı Kalorili Toyuq Suyu Şorbası
16:32 Eksklüziv resept: Pryaniklərdən tort
16:25 Cəmi 15 dəqiqəyə hazır olan qat-qat (milföy) xəmir reseptləri
16:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:00 DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI “MURAVEYNİK”
15:46 Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında güclərini sınayacaqlar
15:33 Vərəm infeksiyasına hər bir insan yoluxa bilər
15:25 Qaret Beyl İstanbula getməyə bilər
15:14 Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulur
15:00 Azərbaycanlı məşhur uşaqlıq FOTOsunu paylaşdı - Qızı anasının OXŞARI İMİŞ
14:48 “Maşın” realiti-şounun qalibi məlum oldu, amma
14:36 Maestro Ceyhun ağır itkisini paylaşdı
14:28 Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?
14:13 Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?
14:00 Böyrəklərin sadə kistaları
13:43 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
13:31 Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB
13:21 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
13:13 NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (86103)
2 PRESS-ANONS (34738)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31414)
4 Banan qabığı təbii məlhəmdir (29451)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (29044)
Səfirlik: Bu, Azərbaycan və onun ABŞ da daxil olmaqla, AÇG neft yataqlarını inkişaf etdirən tərəfdaşları üçün möhtəşəm gündür
Tarix: 14.09 | Saat: 14:00 | E-mail | Çapa göndər

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün Bakıda Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə bağlı açıqlama yayıb.
Səfirlikdən APA-ya daxil olan açıqlamada bildirilir ki, ABŞ Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi üçün Hasilatın Paylaşdırılması haqqında Sazişin müddətinin uzadılması münasibəti ilə təbrik edir. Bu, Azərbaycan və onun, Birləşmiş Ştatlar daxil olmaqla, dənizdəki AÇG neft yataqlarını inkişaf etdirən tərəfdaşları üçün möhtəşəm bir gündür.
"1994-cü ildə imzalanmış və “Əsrin Müqaviləsi” adını almış HPS və bugünkü yeni sazişin imzalanması eyni dərəcədə vacibdir. Dənizdə Azəri, Çıraq və Günəşli neft yataqlarını inkişaf etdirmiş AÇG HPS və daha sonra Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) formalaşması neft və qazın beynəlxalq inkişafında əsas mərhələ, o cümlədən beynəlxalq enerji təhlükəsizliyi və Azərbaycan üçün böyük uğurdur.
Birləşmiş Ştatlar neft və qaz ehtiyatlarının iqtisadi çiçəklənmə və dünya enerji təhlükəsizliyinin artırılması məqsədilə əsas faktor qismində inkişafını və onların Avropa və digər bazarlara təhlükəsiz tədarükünü müşahidə edərək, neft və qaz ehtiyatlarının Azərbaycanda və Xəzər dənizi hövzəsində inkişafını 1990-cı illərin əvvəlindən başlayaraq aktiv şəkildə dəstəkləyir.
Bu karbohidrogen ehtiyatlarının inkişafının və onların beynəlxalq təhlükəsizlik fonunda oynadığı rolun vacibliyi bu gün də Birləşmiş Ştatlar tərəfindən tanınır və xüsusi olaraq vurğulanır. Bu reallıq aydın şəkildə Prezident Trampın 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının keçirilməsi münasibətilə ən xoş arzularını ifadə etdiyi 28 may tarixində yazdığı məktubda və Dövlət Katibi Tillersonun fevral ayında keçirdiyi Müşavirə Şurasında Birləşmiş Ştatların Cənub Qaz Dəhlizini dəstəkləməsi haqqında səsləndirdiyi bəyanatında nümayiş etdirilir.
Amerikanın neft şirkətləri ABƏŞ konsorsiumunda əzəli iştirakçılar sırasında qalmaqdadır və 1990-cı illərin sonlarında Birləşmiş Ştatlar AÇG və Xəzər dənizi hövzəsindəki digər regionlardan dünya bazarlarına neft daşıyan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinə güclü siyasi və maddi dəstək vermişdi. Amerikanın neft-mədən avadanlıqları və xidmət şirkətləri həmçinin bu layihələrin həyata keçirilməsində əsas rol oynamışdılar. BTC boru kəmərindən sonra bizim əməkdaşlığımız hazırda Xəzər qazını Gürcüstan və Türkiyəyə çatdıran Cənubi Qafqaz Boru kəmərinin tikintisinə gətirib çıxardı.
Yaxınlarda Birləşmiş Ştatlar qaz təchizatını Avropa istehlakçılarına çatdırmaq üçün yeni mənbə və marşrut yaratmaqla Avropa enerji təhlükəsizliyini gücləndirən Cənub Qaz Dəhlizinin inkişafında Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrlə yaxından əməkdaşlıq edib.
Bütün bu layihələr nəinki Xəzər dənizi ehtiyatlarını dünya üçün açıb, həm də Azərbaycanın iqtisadi artımına təkan verib.
Azərbaycan enerji inkişafının yeni və daha da çox ümidlər verən mərhələsinə qədəm basdığı üçün biz yeni neft və qaz ehtiyatlarının inkişaf etdirilməsi və onların bazara çıxarılması məqsədilə sizinlə əməkdaşlığımızı davam etdirmək istəyirik. Birləşmiş Ştatlar Azərbaycanın ümumi inkişafında, onun qeyri-neft sektorlarının artmasında və yeni İpək Yolunun reallaşdırılmasında çoxdankı tərəfdaşı olduğu üçün uzun müddətdir ki, neft və qaz sektorunda baş verən iri həcmli strateji layihələrdə Azərbaycanın tərəfdaşı olub və tərəfdaşı olaraq qalmaqdadır", - deyə açıqlamada bildirilir.
Açıqlama ABŞ prezidenti Trampın sitatı ilə bitir: “Mən Birləşmiş Ştatlarla Azərbaycanın son 25 ildə birlikdə qurduğu əməkdaşlığı dəyərləndirirəm və bu əməkdaşlığın davamlı inkişafını gözləyirəm”.

Xəbər 1073 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qidalar soyuducuda necə saxlanılmalıdır?
19 OKTYABR  |   11:48
Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
19 OKTYABR  |   11:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Unudulmaz nağıl tortu
19 OKTYABR  |   13:00
Şokoladlı çiyələkli tort
19 OKTYABR  |   12:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info