İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 OKTYABR
13:00 Unudulmaz nağıl tortu
12:51 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:45 Şokoladlı çiyələkli tort
12:35 “SpaceX” orbitdə əlavə 30 min peyk yerləşdirəcək
12:23 Sahibini izləyən robot-çamadan təqdim edilib
12:13 Könül Kərimova dəyişib belə oldu
12:00 “Maşın“ı türkiyəli apardı
11:48 Qidalar soyuducuda necə saxlanılmalıdır?
11:37 Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
11:23 PSJ 4 qolla qalib gəldi
11:14 Messidən vacib müqavilə açıqlaması
10:25 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
18 OKTYABR
18:00 Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
17:46 Çox asan və fərqli: Pendirli kekslər.
17:33 Aybəniz Haşımovadan YENİ İMİC
17:22 Enerji yığmadan gündə 20 km gedən elektrikli avtomobil
17:15 Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu
17:08 Sağlam və təravətli saçlar üçün sadə məsləhətlər
17:00 Turşu qovurma plov
16:49 Aşağı Kalorili Toyuq Suyu Şorbası
16:32 Eksklüziv resept: Pryaniklərdən tort
16:25 Cəmi 15 dəqiqəyə hazır olan qat-qat (milföy) xəmir reseptləri
16:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:00 DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI “MURAVEYNİK”
15:46 Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında güclərini sınayacaqlar
15:33 Vərəm infeksiyasına hər bir insan yoluxa bilər
15:25 Qaret Beyl İstanbula getməyə bilər
15:14 Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulur
15:00 Azərbaycanlı məşhur uşaqlıq FOTOsunu paylaşdı - Qızı anasının OXŞARI İMİŞ
14:48 “Maşın” realiti-şounun qalibi məlum oldu, amma
14:36 Maestro Ceyhun ağır itkisini paylaşdı
14:28 Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?
14:13 Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?
14:00 Böyrəklərin sadə kistaları
13:43 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
13:31 Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB
13:21 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
13:13 NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (86103)
2 PRESS-ANONS (34738)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31414)
4 Banan qabığı təbii məlhəmdir (29451)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (29044)
Azərbaycan İslam ölkələrini Ermənistanla əməkdaşlığı məhdudlaşdırmağa çağırıb
Tarix: 20.09 | Saat: 11:58 | E-mail | Çapa göndər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təmas Qrupunun ikinci iclasında çıxış edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov çıxışında bildirib ki, Təmas Qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb. Nazir xatırladıb ki, 1993-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələri Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsbit edir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir:
“Ermənistanın ərazi iddialarına və zorakı hərəkətlərə cavab olaraq, Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Təəssüf ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib və 20 ildən artıq müddət ərzində ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri hələ nəticə verməyib. Atəşkəs rejiminin yaradılmasına baxmayaraq, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində və iki dövlət arasında sərhəd boyunca yerləşən Azərbaycanın şəhər və kəndlərinə Azərbaycan hərbi qulluqçuları və vətəndaşlarının öldürməsi və yaralanması ilə nəticələnən hücumlar zorakı xarakter daşıyır və son vaxtlar daha da intensivləşib. İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxs həlak olub, bir nəfər isə ağır yaralanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyunca 7 avqust tarixində törədilmiş daha bir təxribat nəticəsində Tovuz rayonunun 13 yaşlı sakini yaralanıb. Bunlar hamısı Cenevrə konvensiyaları üzrə öhdəliklərin Ermənistan tərəfindən kobud və sistematik şəkildə pozulduğunu təsdiqləyir. Burada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini xatırlatmaq istərdim ki, bu da bütün üzv dövlətləri münaqişənin gərginləşməsinə, Ermənistanı Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə köməklik edəcək hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsində imkan verməməyə çağırır. Bu qətnamələrin üzv dövlətlərə təcili çağırışına toxunaraq bildirmək istərdim ki, Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməli, o cümlədən, iqtisadi fəaliyyət və Ermənistan Respublikasına investisiya qoyulmasından çəkinməklə yanaşı, Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır”.
E. Məmmədyarov qeyd edib ki, ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla didərgin salınmasından əziyyət çəkən bir ölkə kimi, Azərbaycan münaqişənin bütün bölgənin tam inkişafını, sülh və ədaləti təmin edəcək siyasi həllində ən çox maraqlı olan tərəfdir: “Azərbaycan öz ərazi bütövlüyünü və vətəndaşlarının hüquq və azadlıqlarını heç vaxt güzəştə getməyəcək. Ermənistan anlamalıdır ki, suveren dövlətin ərazilərinin hərbi işğalı və etnik təmizləmə siyasətinin aparılması həll yolu deyil və heç bir siyasi nəticə verməyəcək. Sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilməli və azərbaycanlı məcburi köçkünlərın öz torpaqlarına qayıtmaq hüququ təmin edilməlidir. Azərbaycan Respublikası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam ümmətinin davamlı həmrəyliyinə güvənir. İnanırıq ki, Təmas Qrupu çərçivəsində müzakirələr Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü qınayan İƏT sənədlərinin həyata keçirilməsinə və İƏT üzv dövlətlərinin fərdi və birgə səylərin bu baxımdan əlaqələndirilməsinə öz töhfəsini verəcək”.

Xəbər 1211 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qidalar soyuducuda necə saxlanılmalıdır?
19 OKTYABR  |   11:48
Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
19 OKTYABR  |   11:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Unudulmaz nağıl tortu
19 OKTYABR  |   13:00
Şokoladlı çiyələkli tort
19 OKTYABR  |   12:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info