İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 OKTYABR
13:00 Unudulmaz nağıl tortu
12:51 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:45 Şokoladlı çiyələkli tort
12:35 “SpaceX” orbitdə əlavə 30 min peyk yerləşdirəcək
12:23 Sahibini izləyən robot-çamadan təqdim edilib
12:13 Könül Kərimova dəyişib belə oldu
12:00 “Maşın“ı türkiyəli apardı
11:48 Qidalar soyuducuda necə saxlanılmalıdır?
11:37 Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
11:23 PSJ 4 qolla qalib gəldi
11:14 Messidən vacib müqavilə açıqlaması
10:25 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
18 OKTYABR
18:00 Namiq Qaraçuxurlunun qardaşı aktyorluq edir
17:46 Çox asan və fərqli: Pendirli kekslər.
17:33 Aybəniz Haşımovadan YENİ İMİC
17:22 Enerji yığmadan gündə 20 km gedən elektrikli avtomobil
17:15 Saturn təbii peyklərin sayına görə Yupiteri geridə qoydu
17:08 Sağlam və təravətli saçlar üçün sadə məsləhətlər
17:00 Turşu qovurma plov
16:49 Aşağı Kalorili Toyuq Suyu Şorbası
16:32 Eksklüziv resept: Pryaniklərdən tort
16:25 Cəmi 15 dəqiqəyə hazır olan qat-qat (milföy) xəmir reseptləri
16:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:00 DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI “MURAVEYNİK”
15:46 Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında güclərini sınayacaqlar
15:33 Vərəm infeksiyasına hər bir insan yoluxa bilər
15:25 Qaret Beyl İstanbula getməyə bilər
15:14 Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulur
15:00 Azərbaycanlı məşhur uşaqlıq FOTOsunu paylaşdı - Qızı anasının OXŞARI İMİŞ
14:48 “Maşın” realiti-şounun qalibi məlum oldu, amma
14:36 Maestro Ceyhun ağır itkisini paylaşdı
14:28 Hansı qan qrupu olan insanların ürəyi daha sağlamdır?
14:13 Payız-qış depressiyası və ruh düşkünlüyünə səbəb nədir?
14:00 Böyrəklərin sadə kistaları
13:43 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
13:31 Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB
13:21 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
13:13 NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (86103)
2 PRESS-ANONS (34738)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31414)
4 Banan qabığı təbii məlhəmdir (29451)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (29044)
Elmar Məmmədyarov: “Qoşulmama Hərəkatı beynəlxalq sülhün qorunmasında önəmli rol oynayır”
Tarix: 21.09 | Saat: 11:08 | E-mail | Çapa göndər

Xarici işlər naziri Elmar Məmmədyarovun “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nazirlər Görüşündə çıxış edib. Xarici İşlər Nazirliyindən APA-ya bildirilib ki, E. Məmmədyarov BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin qorunub-saxlanılmasında və regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf kimi məsələlər də daxil olmaqla, geniş məsələlər dairəsinin müzakirəsində önəmli rol oynadığını deyib.
Nazir əlavə edib ki, Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir. Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır: “İnkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzlaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir. Bu, beynəlxalq sülh və təhlükəsizliyin, eləcə də suveren dövlətlərin daxili işlərinə qarışmama prinsipinin pozulmasını əks etdirir.
Birtərəfli məcburetmə tədbirləri bu tədbirə məruz qalmış dövlətin əhalisinin iqtisadi və sosial inkişafının qarşısını alır və insanların hüquqlarına, ərzaq və səhiyyə xidmətləri, yaşayış yerinin təmin edilməsi və zəruri sosial xidmətlər da daxil olmaqla, xüsusilə insanların sağlıq və rifahı baxımından standart yaşayış hüquqlarına mənfi təsir göstərir”.
Nazirin sözlərinə görə, “Dayanıqlı İnkişaf Gündəliyi-2030” sənədində əks olunmuş davamlı inkişaf yolunun uğurla başladılması birtərəfli məcburetmə tədbirləri tətbiq olunan dövlət üçün mümkünsüzdür. İqtisadi və insan inkişafı baxımından birtərəfli məcburetmə tədbirləri Dövlətin Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası istiqamətində resursların mərkəzləşdirilməsi qabiliyyətini məhdudlaşdırır və xələl gətirir: “Bunu nəzərə alaraq, Azərbaycan Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etmişdir. Biz bu seçkilərdə Qoşulmama Hərəkatından Beynəlxalq Sərgilər Bürosuna yeganə namizəd olan Azərbaycanın namizədliyinin Hərəkata üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edirik.
Bu baxımdan, Azərbaycan münaqişələri sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə dialoq platformasının əhəmiyyətini və bu xüsusda, münaqişə tərəfləri arasında konstruktiv dialoqu dəstəkləyir.
İnanırıq ki, problemin həll edilməsində əsas məsələ dövlətlərin xoş niyyəti və qarşılıqlı məqbul güzəştlərin tapılmasına hazır olmasıdır”.
E. Məmmədyarov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət ayırır. Müstəqil xarici siyasət yürütməklə və heç bir hərbi alyansa üzv olmamaqla, Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunmasında və milli və beynəlxalq səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər göstərir.
“Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, Hərəkata üzv dövlətləri Azərbaycana Nazirlər Şurasının iclasında iştiraka dəvət etməkdən məmnunluq duyuram. Biz iclasın keçirilməsi tarixi kimi 2018-ci ilin aprel ayını təklif edirik və məsələ ilə bağlı müvafiq Nota üzv dövlətlər arasında yayılıb. Ümid edirəm ki, sizin yekdil dəstəyinizlə gələn il xarici işlər nazirləri səviyyəsində Bakıda yenidən görüşəcəyik”, - deyə nazir çıxışını yekunlaşdırıb.

Xəbər 1189 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 28 il keçir
17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qidalar soyuducuda necə saxlanılmalıdır?
19 OKTYABR  |   11:48
Kardioloqlar infarktın yaxınlaşmasının üç əlamətini müəyyən ediblər
19 OKTYABR  |   11:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Unudulmaz nağıl tortu
19 OKTYABR  |   13:00
Şokoladlı çiyələkli tort
19 OKTYABR  |   12:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1364

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info