İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 OKTYABR
14:24 Nişasta maskaları ilə cavanlaşın! RESEPTLƏR
14:12 İtaliya millisi rekordunu yenilədi - 81 ildən sonra
14:00 “Tozsoran şirə” – Gündə 1 stəkan və sən tərtəmizsən
13:47 Modriç “El-Klassiko“ və “Qalatasaray“la oyunu buraxacaq
13:32 13 il əvvəlki şəklini paylaşdı, tanımadılar
13:25 Başın ağrıyırsa, bunları et
13:12 Çox və dayanmadan əsnəyirsiz? - Təhlükəli əlamətlər
13:00 NASA-nın alimləri: Yerdə həyatın yaranmasında...
12:47 4 milyonluq maska alıcısını TAPDI
12:39 “Maşın“ın ilk final gecəsi baş tutdu
12:25 Heyvanın faydası haqqında
12:16 Mədəsində helikobakteriyası bu qidaları yesin – Yanma və köpə qarşı
15 OKTYABR
18:00 Yupiter böyüklüyündə “yad” planet kəşf olunub
17:48 Zehni gücləndirən FAYDALI QİDALAR
17:37 Nar qabığının MİN BİR FAYDASI
17:22 Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları
17:12 Boğaz ağrısı və öskürəyi dərhal kəsən üsul - XALQ TƏBABƏTİ
17:00 “Mən rekord axtarmıram, onlar özləri məni tapır“ - Ronaldo
16:48 Dilarə də aparıcılıq edəcək
16:33 Anar Ağakişiyev da ölkəni tərk edir: “Bitdi”
16:21 “Heç bir ifaçı ilə eyni verilişə çıxmaq istəmirəm“ — Elnarədən AÇIQLAMA
16:14 Türkiyədə müalicə alan Xalq artistimiz Bakıya qayıtdı
16:00 Tərkibi vitamin və minerallarla zəngin olan pərpətöyün sağlamlıq üçün çox faydalıdır
15:44 Ləzzətli “Küncütlü kartof“ salatını belə hazırlayın
15:36 Kivi mürəbbəsi - qeyri-adi dad
15:27 Saç tökülməsinə qarşı ayı pəncəsi yağı ilə maska
15:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
14:47 Dırnaqllara qulluq
14:39 Üz üçün maska
14:28 Ev şəraitində saçların uzanması üçün şampun hazırlanması
14:13 Lavaşdan alma ilə pirojki
14:00 Dişlərin saralmasının 5 SƏBƏBİ
13:45 NASA kosmosa ilk dəfə hamısı qadınlardan ibarət qrup yollayacaq
13:32 Marsa kiçik süni peyklər göndəriləcək
13:23 SpaceX NASA ilə birlikdə BKS-ə ilk özəl uçuş reysininin tarixini elan etdi
13:14 ABŞ-da sualtı kitabxana açılıb
13:00 Ronaldodan 700-cü qol
12:47 “Maşın“ın finalçıları bəlli oldu
12:39 Depressiya Altsheymer riskini ikiqat artırır

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85506)
2 PRESS-ANONS (34735)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31310)
4 Banan qabığı təbii məlhəmdir (29405)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28706)
Nazirlik: Əmək bazarında inkişaf meylləri davam etdiriləcək
Tarix: 06.10 | Saat: 11:42 | E-mail | Çapa göndər

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına imkan verib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.
Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi üzrə hesabatda əksini tapan sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.
Əmək bazarının səmərəliliyi üzrə ölkəmizin mövqeyinin dünyanın ən mötəbər reytinqində yaxşılaşması əmək bazarında davamlı inkişaf meyllərinə şərait yaratdığını göstərir. Ötən dövrdə həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasında və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb.
Ötən il açıqlanan "2016-2017 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz əmək bazarının səmərəliliyi göstəricisi üzrə əvvəlki ilə dair hesabatla müqayisədə 3 pillə irəliləmişdisə, yeni hesabatda Azərbaycan 7 mümkün xaldan 5-ni toplamaqla bundan üç dəfə çox, yəni 9 pillə irəliləyişə nail olub. Bu isə ölkədə müvafiq sahədə həyata keçirilən kompleks tədbirlərin daha yüksək effektivliyə malik olduğundan xəbər verir. Hesabatda əmək bazarının səmərəliliyi iki qrup üzrə göstəricilərin qiymətləndirilməsi əsasında ölçülür ki, bu qruplardan hər biri ümumi nəticənin müəyyən olunmasında 50 faiz səviyyəsində təsirə malikdir.
Onlardan birinci qrup "əmək bazarının çevikliyi" amili ilə bağlıdır. İşçilərin iqtisadiyyatın bir sahəsindən digər sahəsinə asan, tez, az vaxt və vəsait xərcləməməklə, sosial çətinliklərlə üzləşmədən hərəkətinin təmin olunması əmək bazarında çevikliyi şərtləndirir. Bu qrup üzrə 5 indikator (işçi-işəgötürən münasibətlərində əməkdaşlıq, əmək haqlarının müəyyən edilməsində elastiklik, işə qəbul və işdən azad etmə prosedurları, ixtisar xərcləri, vergitutmanın əməyin stimullaşdırılmasına təsiri) dair göstəricilər qeyd olunur və ümumi nəticə olaraq Azərbaycan əmək bazarının çevikliyi üzrə 4,9 xalla 29-cu yerdə qərarlaşır ki, bu da ötən ilki hesabatla müqayisədə 16 pillə yüksəkdir.
İkinci qrup isə “bacarıqlardan səmərəli istifadə” amilinə aiddir. Burada da 5 indikator (ödəmə və məhsuldarlıq, peşəkar idarəetməyə əsaslanma, ölkədə insan kapitalının saxlanılma potensialı, ölkəyə insan kapitalının cəlb edilmə potensialı, əmək qabiliyyətli əhalidə qadınların iştirakı səviyyəsi) üzrə göstəricilər əksini tapır. Həmin sahələrdə ölkəmizin əmək bazarında özünü göstərən müsbət proseslər obyektiv şəkildə qiymətləndirilir. Azərbaycan əmək bazarında “bacarıqlardan səmərəli istifadə” göstəricisi üzrə İsrail, İrlandiya, Belçika, Avstriya, Fransa və s. kimi ölkələrdən daha öndə olmaqla, 5,1 xalla dünya üzrə 16-cı pillədə, yəni ötən ilki hesabatdakına nisbətən 7 pillə yüksək mövqedə yer alır.
Beləliklə, hər iki qrup üzrə aparılan təhlillərin yekunu olaraq, Azərbaycanın “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda mövqeyi 9 pillə artırılır və Azərbaycan 137 ölkə arasında əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutur. Bu, eyni zamanda hesabatda ölkəmizin digər sahələrlə müqayisədə ən yüksək reytinq mövqeyinin məhz əmək bazarının səmərəliliyi ilə bağlı olduğunu göstərir.
Onu da bildirək ki, hər iki qrupda əhatə olunan indikatorların bir qismində yaxşılaşma dəfələrlə ölçülür. Məsələn, onlardan ödəmə və məhsuldarlıq indikatoru üzrə ölkəmizin mövqeyi iki dəfədən çox (34-cü pillədən 16-cı pilləyə), vergitutmanın əməyin stimullaşdırılmasına təsiri indikatoru üzrə 3 dəfəyə yaxın (61-dən 21-ə) və s. yüksəlib.
Sosial-iqtisadi həyatın mühüm sahəsi olan əmək bazarının inkişafı istiqamətində ölkəmizdə aparılan işlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu və Beynəlxalq Əmək Təşkilatının (BƏT) prinsiplərini özündə əks etdirir. Son illərdə tətbiq olunan əmək münasibətlərinin elektron qeydiyyatı sistemi əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmalardan irəli gələn səmərəli vasitə olmaqla, dünyanın qabaqcıl təcrübələri sırasındadır. Ölkəmizdə sosial-iqtisadi məsələlərin həllində sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması, işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi üçün də mühüm önəm kəsb edən “İşsizlikdən sığorta haqqında” qanunun qəbulu, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi nəticə etibarilə əmək bazarının inkişafına stimul yaradan tədbirlərdəndir.
Əmək və məşğulluq sahəsində həyata keçirilən tədbirlər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Bunun növbəti təzahürü kimi, cari ilin iyun ayında Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv seçilərək, bu mötəbər beynəlxalq qurumun siyasi qərarlarının qəbulunda iştirak hüququ qazanıb. 2016-cı ilin sentyabr ayında isə Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb və hazırda uğurla icra olunur.
Azərbaycan prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda digər tədbirlərlə yanaşı, əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alır. Bu tədbirlər sırasına əmək bazarında çevikliyin təmin edilməsi, peşələr üzrə monitorinq aparılması, formal (akademik) təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşə təlimi, ixtisasartırma və yenidən hazırlıq vasitəsilə əmək bazarında baş verən sürətli dəyişikliklərin qarşılanması üçün peşə standartlarının hazırlanması prosesinin davam etdirilməsi və s. daxildir. Bu tədbirlər, habelə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan müvafiq strateji hədəflərin icrası, insan kapitalının inkişaf etdirilməsi, işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin artırılması və s. sahələrdə aparılan məqsədəuyğun işlər qarşıdakı dövrdə də ölkəmizin əmək bazarında inkişaf meyllərinin davam etdirilməsinə, onun səmərəliliyinin artırılmasına imkan yaradır.

Xəbər 1501 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

14.10.2019
Atəşkəs pozulub
11.10.2019
Atəşkəs pozulub
08.10.2019
Atəşkəs pozulub
07.10.2019
Atəşkəs pozulub
03.10.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 OKTYABR
14:00 PRESS-ANONS
17 Oktyabr Anons 2019
16:00 PRESS-ANONS
17 Oktyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

“Tozsoran şirə” – Gündə 1 stəkan və sən tərtəmizsən
16 OKTYABR  |   14:00
Başın ağrıyırsa, bunları et
16 OKTYABR  |   13:25

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Nişasta maskaları ilə cavanlaşın! RESEPTLƏR
16 OKTYABR  |   14:24
Ləzzətli “Küncütlü kartof“ salatını belə hazırlayın
15 OKTYABR  |   15:44

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1362

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info