İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93809)
2 PRESS-ANONS (35027)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33082)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (32040)
5 Banan qabığı təbii məlhəmdir (29986)
“Çəkimdə özümə rəqib görmürəm” – 6 qat Dünya çempionu
Tarix: 26.12 | Saat: 15:00 | E-mail | Çapa göndər

Muradov Cumarin Etibar oğlu. 1989-cu il sentyabr ayının 25-də Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində 106 saylı orta məktəbə təhsil alıb və 17 yaşından məşqçi kimi fəaliyyət göstərir. Əvvəllər karate ilə məşğul olub. 2006-cı ildən isə professional döyüşməyə qərar verib, kontakt karate əlbəyaxa döyüşə yaxın olduğu üçün karyerasını bu döyüş üzrə davam etdirməyə başlayıb. Hazırda "Uğur” İdman Klubuna rəhbərlik edir. Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edən Qaydasız döyüş üzrə (MMA) 6 qat dünya çempionu, kimboks üzrə Dünya ikincisi Cumarin Muradov Azadinform-un suallarını cavablandırıb:

- Qaydasız döyüş idman növünə maraq sizdə haradan yaranıb? Ailədə sizdən başqa bu işlə məşğul olan var?
- Atam idmançı olub. İdmana da 50% öz istəyim olubsa, 50%-də atamdan görüb-götürdüklərim məni bu yolda addım atmağa sövq edib.

- İlk qələbənizi necə xatırlayırsınız?
- İlk çempionluğum Fransada oldu. Fransada keçirilən Dünya çempionatının qalibi oldum. Sonra İran, Gürcüstan, Türkiyə, Rusiya və başqa ölkələrdə keçirilən yarışlarda qələbələr qazandım. Rusiyada Əlbəyaxa Döyüş növləri Olimpiya oyunlarına daxil edilməsə də 5 ildən bir olimpiada keçirilir. 2011-ci ildə həmin yarışlara qatıldım və 1-ci yerə layiq görüldüm. Olimpiyada zamanı full kontakt karate növündə 2-ci oldum. Full kontakt bir az yüngül növ olduğu üçün çətinlik çəkirəm. Çünki, mən kontak növünə öyrəşmişəm. Olimpiyada zamanı mən Azərbaycana 1 kubok və 1 medalla qayıtdım.

- Sizi daha çox 2011-ci ildən sonra tanımağa başladıq, hansı ki, erməni idmançısını məğlub etmişdiniz...
- Bəli, 2011-ci ildə Macarıstanda final döyüşündə erməni idmançısına qalib gəlmişəm. Çətin döyüş idi, lakin qalib gələcək əzmim və iradəm var idi. Vətənə qalibiyyətlə dönmək hər idmançının arzusudur. Amma erməni idmançısına qalib gəlmək ikiqat məsuliyyətdir. O zaman mətbuatda mənim bu qələbəmi yaxşı işıqlandırdı (gülür).

- Daha çox hansı beynəlxalq yarışın qalibi olmaq istəyərdiniz?
- Əlbəyaxa döyüş növündə əldə etmədiyim uğur yoxdur. Altı qat Dünya çempionuyam. Bizim idman növü qeyri - olimpiya idman növü olsa da, (zədə ağır olur) burada ən böyük və güclü yarış Dünya çempionatıdır. Bu yarış növü üzrə sonuncu Dünya çempionatı İstanbulda keçirildi. Bu yarışa Azərbaycandan 20 nəfər qatıldı. 14 nəfər "Şaolin” döyüş sənətindən, 6 nəfər isə Əlbəyaxa Döyüş nümayəndəliyi adından iştirak edib. Əlbəyaxa Döyüş nümayəndəliyinin rəhbəri Səməd İbrahimov, "Uğur” İdman Klubunun rəhbəri olaraq mən və 4 tələbəmiz yarışa qatıldı. Yarışda çox gözəl nəticə əldə etdik, 5 qızıl medal. Burada mən MMA (qaydasız döyüş) vuruşmağımla yanaşı, kimboks üzrə də döyüşdüm. Kimboks üzrə Dünya ikincisi oldum.

- Dəfələrlə Dünya çempionu olmusunuz, ehtiyat etdiyiniz döyüşçü olubmu?
- Təvazökarlıq olmasın, çəkimdə özümə rəqib idmançı düşünmürəm. İdman zalında çox əziyyət çəkirəm, formada qalmağa çalışıram. Hər hansı bir idmançıdan geri qalacağımı düşünmürəm. Buna baxmayaraq, bu sahədə öyrənəcəyim hələ çox şeyin olduğu qənaətindəyəm. Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov bizə məşqlərdə çox böyük dəstək olur. Məşqçi olsam da bu gün Azad Əsgərovdan öyrənəcəyimiz çox şey var və öyrənməyə də davam edirik.

- Bakıda qaydasız döyüş üzrə yarışlar təşkil edilirmi?
- Bu yaxınlarda qraplinq üzrə Azad Əsgərov böyük yarış təşkil etdi. Hardasa yarışlar 4 gün davam etdi. Telekanallar vasitəsilə yarışlar canlı yayımlandı. Deyərdim ki, Azərbaycanda ilk dəfə idi ki, bu yarış üzrə yüksək səviyyədə çempionat keçirilib. Yarışlara yüksək səviyyəli qonaqlar qatılmışdı. İstərdim ki, Azərbaycanda MMA üzrə də yüksək səviyyəli yarışlar keçirilsin. Məhz bu şəkildə təşkil olunsun. Azad Əsgərov təşkilatçılığı çox gözəl elədi.

- Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda daha güclü yarışların keçirilməsi üçün çalışırıq. İnşallah gələcək üçün keçirilən yarışlarda daha gözəl, professional şəkildə çıxış edəcəyik. Əsas məqsədimiz Azərbaycanın şanlı bayrağını ucaltmaqdır. Daim fikrimiz, istəyimiz bundan ibarətdir.

Xəbər 1033 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.12.2019
“Qızıl top“un sahibi bu gün müəyyənləşir
02.12.2019
Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
02.12.2019
“Düdelanj“dan böyükhesablı qələbə
02.12.2019
Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
02.12.2019
İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info