İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 AVQUST
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Üzüm qabığının bu faydasını bilirdinizmi?
12:39 “Bavariya“dan uğursuz start
12:28 Koutinyo “Bavariya”ya keçir
12:16 Luis Suares sıradan çıxdı
12:00 Paltarlarınızdakı ləkələrdən bu cür qurtula bilərsiniz
11:49 Yovşanla müalicə - Orqanizmi çürüdən hər şeyi məhv edir
11:39 Aybəniz Haşımova gənclik FOTOsunu yaydı
11:24 Afaq Bəşirqızı nəvələri ilə
11:15 Elçin Quliyev Elnarəni TƏLTİF ETDİ
10:28 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:08 Atəşkəs pozulub
16 AVQUST
18:00 Saçlarınız gec uzanırsa... - 5 SƏBƏB
17:48 “Qarabağ“la oyunlar üçün 25 futbolçu
17:35 Röya: “Mənim kimi qız elə sevgilisiz olsa yaxşıdır“
17:23 Yaşar yeni doğulan qızı ilə
17:11 Əzvayın 7 müalicəvi əhəmiyyəti
17:00 2 qaşıq alma sirkəsi ilə MÖCÜZƏ
16:45 Sarımsaqlı südün faydaları
16:32 Bir addım atın
16:24 Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
16:15 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:00 Xəyal və uğur
15:47 Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
15:39 Optimist olmaq nə verir?
15:25 Uğur qazanmanın başlıca düşmənləri
15:12 “Roma“da ikinci türk
15:00 “Cehizsiz gəlinlər” illər sonra bir arada
14:45 “Əxlaqından susursan, amma çığırmaq istəyirsən...“
14:35 Diş daşlarını ev şəraitində təmizləyən TƏBİİ ÜSULLAR
14:23 Çuğundurla limon qarışığının möcüzəvi faydası
14:14 Sinir sisteminə və qan dövranına təsir göstərən FAYDALI BİTKİ
14:00 Qəbizlikdən xilas edən DADLI KOKTEYL. Resept
13:47 Avropa Liqasında pley-offun cütlükləri
13:38 Superliqada yeni mövsüm başlayır
13:25 Hər dəri tipinə faydalı BAL MASKALARI
13:12 Dolğun saçlara sahib olmaq üçün bu 5 qaydaya MÜTLƏQ ƏMƏL EDİN
13:00 Qüsursuz dəriyə sahib olmaq üçün bunları edin - ÖZƏL MASKALAR
12:46 Üzünüzün parıldamasını istəyirsinizsə, istiotu... - MASKA

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (75833)
2 PRESS-ANONS (34368)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29768)
4 Banan qabığı təbii məlhəmdir (28731)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24658)
ABŞ-ın Milli Müdafiə Universitetində Azərbaycana dair müzakirələr aparılıb
Tarix: 07.02 | Saat: 11:26 | E-mail | Çapa göndər

Fevralın 6-da ABŞ-ın əsas və aparıcı hərbi təhsil institutlarından olan Milli Müdafiə Universitetində səfir Elin Süleymanovun universitetin Cənub və Mərkəzi Asiya Proqramının (SCAP) müəllim və tələbə heyəti üçün Azərbaycanın xarici siyasəti mövzusunda çıxışı baş tutub. Səfirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, Azərbaycan səfirinin ABŞ-ın tanınmış hərbi təhsil müəssisində artıq ənənəyə çevrilən bu çıxışı sözügedən universitetin dəvəti əsasında baş tutub. Qeyd edək ki, Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müdafiə və təhlükəsizlik strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.
E.Süleymanov ABŞ-ın müdafiə, diplomatik və hüquq-mühafizə qurumlarının yüksək rütbəli əməkdaşlarından ibarət olan sözügedən proqramın dinləyicilərinə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açıb. Diplomat Azərbaycanın sadə coğrafi məkan deyil, onun məhz böyük geosiyasi əhəmiyyətə malik ölkə və strateji mərkəz olduğuna diqqət yönəldib. Bu baxımından iştirakçılara təbii olaraq, müsəlman Şərqində ilk parlamentli respublikanın məhz Azərbaycanda yarandığı barədə məlumat verilib. Səfir cari ildə bu respublikanın 100 illiyinin tamam olduğunu bildirmiş və bu respublikanın qısa müddətdə mövcud olmasına rəğmən hətta bir sıra qərb dövlətlərindən əvvəl həyata keçirdiyi mütərəqqi islahatlardan və dövlət quruculuğu sahəsində gördüyü əhəmiyyətli tədbirlərdən danışıb.
Daha sonra diplomat ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun iqtisadiyyatının inkişafına, həmçinin regionlararası körpülərin qurulmasına əsaslı töhfə verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanda əldə edilən uğurlar digər post-sovet ölkələrindən fərqli olaraq ölkə rəhbərliyinin strateji baxışı və atdığı müdrik addımlar ilə əlaqədardır. E.Süleymanov əlavə edərək bildirib ki, ölkəmizi hətta təbii resurslarla zəngin olan bəzi digər dövlətlərdən fərqləndirən əsas amil onun Azərbaycan xalqının rifahına və bütövlükdə regionun gələcəyinə yönəlmiş strateji xəttinin olmasıdır.
Bu xüsusda, dinləyicilərə Azərbaycanın qurduğu uğurlu enerji strategiyası, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilmiş və bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda bildirilib ki, enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb.
Bundan əlavə, diplomat Azərbaycanın həyata keçirdiyi iri miqyaslı nəqliyyat infrastruktur layihələri barədə danışıb və bu xüsusda ötən ildə Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsinin tarixi İpək yolunun bərpası baxımından əhəmiyyətinə toxunub.
Daha sonra qeyd edilib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu və ardıcıl siyasət nəticəsində bu gün Azərbaycan Respublikası nəinki öz müstəqilliyini qoruyub saxlayıb, hətta ölkəmiz qlobal səviyyədə cərəyan edən hazırkı mürəkkəb geosiyasi mühitdə regionda ən müstəqil siyasət yürüdən dövlət kimi tanınır.
E. Süleymanov Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, eləcə də Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə də danışıb. Həmçinin Azərbaycandakı tolerantlıq mühitinə, ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsinə diqqət yönəldilmiş, Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyini bildirilib.
Diplomat regionda sülh və inkişafa mane olan əsas amil kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Bildirilmişdir ki, təəssüf ki, post-sovet ölkələrində olan münaqişələr oxşar köklərə və oxşar elementlərə malik olduğuna baxmayaraq, onlara münasibət eyni deyil və bu da Azərbaycan cəmiyyətində ölkəmizə və xalqımıza qarşı ikili standartların tətbiq edildiyi təəssüratı yaradır. Səfir Azərbaycanla Ermənistanı müqayisə edərək, Azərbaycanın çoxmillətli və multikulturalizm ideyalarını təşviq edən və öz gələcəyini regionun inkişafında görən dövlət olduğu halda, Ermənistanın monoetnik və öz əməlləri nəticəsində regiondan təcrid olunmuş siyasət yürütdüyünü diqqətə çatdırdı və bildirdi ki, təəssüf ki, Ermənistan rəhbərliyi hazırda bunu başa düşmür və onun hazırkı siyasəti öz maraqlarını qurban verməkdən ibarətdir. Hazırda məhz bu siyasət nəticəsində, Ermənistanın faktiki olaraq müstəqilliyini itirib.
Sonda dinləyicilər fəal şəkildə sual-cavab mərhələsində iştirak edib, Azərbaycan-ABŞ tərəfdaşlığını və Azərbaycanın terrorçuluğa qarşı səylərə töhfələrini təqdir edib və səfir E.Süleymanova Cənubi Qafqazda təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri, həmçinin ölkəmizin xarici siyasətinin digər istiqamətlərinə aid suallar veriblər.
Eyni zamanda, 5 fevral tarixində ABŞ Milli Müdafiə Universitetinin Hərbi Kollecinin region üzrə tədqiqat aparan və ABŞ-ın müxtəlif dövlət strukturlarını təmsil edən bir qrup dinləyiciləri üçün Səfirlikdə brifinq təşkil edilib və tədbirdə yuxarıda qeyd edilən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər 515 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Üzüm qabığının bu faydasını bilirdinizmi?
17 AVQUST  |   12:47
Yovşanla müalicə - Orqanizmi çürüdən hər şeyi məhv edir
17 AVQUST  |   11:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Paltarlarınızdakı ləkələrdən bu cür qurtula bilərsiniz
17 AVQUST  |   12:00
Saçlarınız gec uzanırsa... - 5 SƏBƏB
16 AVQUST  |   18:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info