İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 SENTYABR
13:00 Saç telini qalınlaşdırmaq üçün belə edin
12:47 Mixəyin müalicəvi təsirləri
12:38 “Barselona” ciddi itki var – 6 həftə oynamayacaq
12:28 Bu gün dünya çempionatı başlayır
12:14 Röyadan övladı ilə bağlı DUYĞULANDIRAN ETİRAF: Təəssüflər olsun ki, ...
12:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
11:45 Suares heyətdədir
11:33 İnternet istifadəçiləri payız istirahəti üçün ən yaxşı ölkələri seçiblər
11:23 Arxeoloqlardan yeni tapıntılar: ibtidai insanların...
11:12 Yüz yaşını qeyd edən yaponların sayı 70 min nəfəri ötüb
10:27 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:06 Atəşkəs pozulub
13 SENTYABR
18:00 Klopp birinci oldu
17:46 Arktikada yeni ada və boğaz tapıldı
17:33 Qırışları yox edən möcüzəli maska
17:25 Dərinin gözəlliyi üçün ZEYTUN YAĞI maskaları
17:12 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:00 Yulaf yarmasından peçenye
16:46 Ev şəraitində üzün dərin təmizlənməsi
16:33 Premyer Liqada ayın ən yaxşısı seçildi
16:25 Dünyanın ən yaxşı universitetləri açıqlandı
16:14 Abbas Əhməd Bakıya qayıtdı
16:00 Min dərdə dərman imiş - Dadı acı olsa da...
15:47 Min bir dərdin dərmanı olan doşab haqqında bilmədikləriniz...
15:39 Çuğundurun bitib tükənməyən, bilmədiyiniz faydaları...
15:24 Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA
15:15 Folqanı ev işlərində belə istifadə edin
15:00 Oynaq ağrılarına sarıköklə SON -İNANILMAZ FAYDASI
14:47 Kartofun ağciyərə inanılmaz faydası
14:35 Pendirin xarab olmasını istəmirsinizsə, belə saxlayın - QAYDA
14:25 Qaraciyəri təmizləyən və işini yaxşılaşdıran MƏHSULLAR
14:13 Dərinin yağlılığını necə azaltmaq olar? 3 TƏBİİ VASİTƏ
14:00 Musiqinin ürək sağlamlığına faydaları
13:46 “Evimə heç qohumum olan kişilər də gələ bilməz“ - Məleykə Əsədova
13:33 Sakit okeanın suları təhlükəli səviyyəyə qədər istiləşib
13:25 “Starship” robot arabası tələbələrə yemək çatdıracaq
13:12 Avropa klublarından 5,79 milyardlıq transfer
13:00 “Çelsi“də 4 illik müqavilə
12:49 “Mənim qeyrətli qızım...“

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80337)
2 PRESS-ANONS (34585)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30533)
4 Banan qabığı təbii məlhəmdir (29061)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26338)
Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupu təsis edilib
Tarix: 09.02 | Saat: 12:13 | E-mail | Çapa göndər

Azərbaycan Respublikası Milli Məclisinin Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi (PƏK) üzrə nümayəndə heyəti Avropa Parlamentində (AP) səfərdədir.
APA-nın xəbərinə görə, səfər çərçivəsində Aİ-Azərbaycan PƏK-in həmsədri Cavanşir Feyziyev, PƏK üzvləri - millət vəkilləri Azər Kərimli, Sahibə Qafarova, Çingiz Qənizadə və Elman Nəsirovdan ibarət nümayəndə heyəti AP-nin bir sıra üzvləri ilə görüşlər keçirmiş və fikir mübadiləsi aparıblar.
AP üzvləri 2016-cı ilin sonunda Avropa parlamenti ilə Milli Məclis arasında münasibətlərin bərpa olunmasından sonra əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətdən məmnun olduqlarını bildirmiş, münasibətlərin daha da yaxınlaşdırılması üçün qarşılıqlı rəsmi və işgüzar səfərlərin əhəmiyyətini vurğulamışlar. Milli Məclis nümayəndə heyətinin üzvləri öz həmkarlarını regionda və xüsusilə Azərbaycanda mövcud durumla bağlı məlumatlandırılmış, bu il Azərbaycanda Respublika quruculuğunun və Şərqdə - müsəlman dünyasında ilk Parlament Respublikasının yaradılmasının 100 illiyi ilə bağlı ölkə prezidentinin imzaladığı Sərəncam haqqında məlumat vermiş və bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin həyata keçiriləcəyini öz həmkarlarının diqqətinə çatdırmış, həm qarşıdan gələn prezident seçkilərində və həm də ilboyu keçiriləcək digər tədbirlərdə iştirak etmək üçün onları Azərbaycana dəvət etmişlər.
Fevralın 7-də Strasburqda Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və AP-nin Latviyadan olan üzvü Andrey Mamikinsin birgə dəvəti ilə Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupunun təsis olunması ilə bağlı rəsmi ziyafət təşkil edilmişdir. 50 nəfərin iştirak etdiyi rəsmi ziyafətdə parlament nümayəndə heyətimizin üzvləri, Azərbaycan Respublikasının Aİ-dakı səfiri Fuad İsgəndərov, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov, həmçinin Avropa Parlamentinin 40-a yaxın üzvü iştirak etmişdir.
Rəsmi ziyafəti giriş sözü ilə açan PƏK-nin həmsədri Cavanşir Feyziyev 2017-ci ildə Milli Məclis ilə AP arasında münasibətlərdə ciddi irəliləyişlərin əldə edildiyini, əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan parlamentinin bu tendensiyanı 2018-ci ildə də davam etdirmək əzmində olduğunu diqqətə çatdırmışdır. Cavanşir Feyziyev qeyd etmişdir ki, “Azərbaycanın Avropaya, Avropanın isə Azərbaycana ehtiyacı vardır və münasibətlərimizə zərər vermək istəyənlər nə Azərbaycanın, nə də Avropanın maraqlarına xidmət edir. Azərbaycan və Avropanın bir-birinə qarşılıqlı ehtiyacını dərk edən və münasibətlərimizin inkişafına əhəmiyyət verən siyasətçilərin öz güclərini birləşdirməsi və Avropa ilə Azərbaycanın daha da yaxınlaşması üçün təşkilatlanmış halda fəaliyyət göstərməsi daha faydalı ola bilər. Məhz buna görə də fərqli siyasi qrupları və siyasi baxışları təmsil etmələrinə baxmayaraq, Avropa-Azərbaycan dostluğu naminə bir masa ətrafına əyləşən dostlarımızı daha mütəşəkkil fəaliyyət göstərməyə çağırıram”.
Daha sonra AP-nin Latviyadan olan üzvü Andrey Mamikins çıxış edərək AP-də “Azərbaycanın Dostları Klubu”nun təsis olunmasını təklif etmiş və belə bir klubun Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə ümid etdiyini bildirmişdir. A. Mamikins demişdir: “Bu ölkə güclü dəstəyə layiqdir. Bu gün biz burada Azərbaycanın dostları olaraq sözügedən qurumun rəsmi olaraq təsis edildiyini elan etmək üçün yığışmışıq. Mən burada AP-də mövcud olan bütün siyasi qrupların təmsilçilərini görürəm və bu çox sevindirici haldır. Azərbaycana dost münasibətlərimiz bir-birindən fərqli düşünən həmkarlarımızı bir araya gətirib. Bu, məhz belə olmalı idi. Çünki Azərbaycan Avropanın vacib bir hissəsidir. Avropanı Azərbaycansız, Azərbaycanı isə Avropasız təsəvvür etmək mümkün deyil, bunu bilməli və öz fəaliyyətimizi də buna uyğun qurmalıyıq”.
Rəsmi ziyafətdə iştirak edən digər qonaqlar – Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, AP-nin çexiyalı üzvü Yan Zahradil, AP-nin Xarici əlaqələr komitəsinin üzvü, AP-nin sloveniyalı üzvü İvo Vayql, AP-nin vitse-prezidenti, AP-nin finlandiyalı üzvü Heydi Hautala, AP-nin İtaliyadan olan keçmiş üzvü, Xarici əlaqələr komitəsinin keçmiş sədr müavini Fiorello Provera və Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov çıxışlar etmişlər.
Sonda millət vəkili Cavanşir Feyziyev bir daha ziyafətə qatılmış bütün qonaqlara Azərbaycan Respublikası Milli Məclisi və onun nümayəndə heyəti adından təşəkkür etmiş, Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupunun təsis edildiyini rəsmən elan etmiş, yeni yaranan qrupa üzvlüyün Azərbaycana siyasi və mənəvi dəstək vermək arzusunda olan bütün AP üzvləri üçün açıq olduğunu bildirmişdir. Millət vəkili növbəti mərhələdə üzvlər arasında müvafiq məsləhətləşmələr aparılacağını və tezliklə qrupun həmsədrlərinin seçiləcəyini, baş katibin təyin ediləcəyini və rəsmi internet səhifəsinin təqdim ediləcəyini də ziyafət iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyətinin Avropa Parlamentinə səfəri başa çatmışdır.

Xəbər 1113 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Mixəyin müalicəvi təsirləri
14 SENTYABR  |   12:47
Min dərdə dərman imiş - Dadı acı olsa da...
13 SENTYABR  |   16:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Saç telini qalınlaşdırmaq üçün belə edin
14 SENTYABR  |   13:00
Qırışları yox edən möcüzəli maska
13 SENTYABR  |   17:33

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1358

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info