
Azərbaycan 1-ci divizionunda 24-cü turun daha bir oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, "Xəzər" "Binə"ni qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə xalını 44-ə çatdıran "Xəzər" turnir cədvəlində 2-ci pillədəki mövqeyinə qayıdıb.
20 aprel (cümə)
"Xəzər" – "Binə” - 3:0
Qollar: Tural Qürbətov, 11, 76, Fuad Məmmədzadə, 51
|