İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (94013)
2 PRESS-ANONS (35032)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33112)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (32122)
5 Banan qabığı təbii məlhəmdir (29990)
Zinger tikiş maşınlarının sirri
Tarix: 09.06 | Saat: 17:27 | E-mail | Çapa göndər

1851-ci il 12 avqust tarixində amerikalı mühəndis və sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Etibarlı konstruksiya və təkmilləşdirilmiş mexanizminə görə bu tikiş maşınları tezliklə populyarlaşdı, lakin şirkətin uğurunun böyük bir hissəsi İsaak Zingerin istedadına əsaslanırdı. Belə ki, onun effektiv marketinq qərarları və addımları milyonlarla ailəni tikiş maşınının zəruriliyinə inandırmışdır.
Tikiş maşının satışa çıxarılan ilk nümunəsi 100 dollar qiymətində dəyərləndirilmişdir, lakin həmin dövr üçün çox az adam tikiş maşınının faydalılığını zəruri bilirdi. Belə ki, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əməkdən istifadə etmək daha əlverişli idi.
Əhalidə tələbi formalaşdırmaq üçün prinsipial yenilik lazım idi. Buna görə də İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. İsaak Zinger müşahidə etmişdi ki, həmin dövr üçün spesifik olan bütün texnoloji məhsullarda nasazlıq baş verəndə onları ev şəraitində təmir etmək mümkün olmurdu. Buna görə də əhali ən yaxşı halda ustaya müraciət edirdi, pis halda isə məhsulu zibil yeşiyinə atmalı olurdu. Situasiyadan mahircəsinə yol tapan və bundan faydalanan İsaak Zinger tikiş maşınının ehtiyat hissələrini ayrılıqda istehsal edib satışa buraxdı. Artıq onun müştəriləri tikiş maşının hər hansı hissəsi xarab olduqda rahatlıqla yenisini sifariş edə bilirdilər. İsaak Zingerin istehsal və marketinq təşəbbüsü hesabına tikiş maşını ev şəraitində təmir oluna bilən ilk məişət avadanlığına çevrildi.
İsaak Zinger satışı stimullaşdırmaq üçün tikiş maşınlarını sənaye sahələri üçün deyil, məişət istifadəsi üçün istehsal edirdi. Marketinq yanaşması tezliklə öz bəhrəsini verdi. Tezliklə zinger tikiş maşınları ən prestijli məhsullara çevrildi. Hər bir ailə bu tikiş maşınlarına yiyələnməkdən qürur duyurdu.
"Zinger ovçuları”
Zinger şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr mövcuddur. Misal üçün, bəzi mənbələrdə vurğulanır ki, qədim zinger tikiş maşınları qiymətli metallardan hazırlanıb.
Ən məşhur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal olan polladiumun olması haqqındadır. Bu əfsanə bir neçə ölüm hadisəsinə səbəb olmuşdur. Belə ki, əfsanələrə inanan "zinger ovçuları” cinayət törətməkdən çəkinmirdilər. Belə cinayətlərin qurbanlarından biri də yaşlı qadın olmuşdu. Naməlum şəxslərin üzünə qapını açan qadın evindəcə qətlə yetirilmişdi, daha sonra qatillər onun evindən zinger tikiş maşınını oğurlamışdılar. Evdə axtarış keçirən polislər aşkar etmişdilər ki, tikiş maşınından başqa evdən heç nə oğurlanmayıb.
Digər əfsanəyə əsasən isə 1998-ci ildə Zinger kompaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan verir. Hesab olunur ki, həmin seriyalı tikiş maşınları Rusiya və keçmiş Sovet ölkələrinin ərazisində yerləşir.
Daha bir əfsanə isə vurğulayır ki, 300 ədəd zinger tikiş maşını tamamilə qızıldan hazırlanıb. Rusiyadakı inqilabdan sonra əhalinin firavan təbəqəsi sürətli şəkildə Avropaya emiqrasiya edirdilər, lakin sərhəddən yalnız məişət avadanlıqlarının keçirilməsinə icazə verilirdi. "Qaymaq təbəqə” isə öz qızıllarını xilas etmək üçün həmin qızılı zinger tikiş maşını formasında əridib qara rəngə boyayırdılar. Bu üsulla mülklərini özləri ilə ölkədən çıxarmağa nail olurdular.
2009-cu ildə Səudiyyə Ərəbistanında yeni bir əfsanə peyda oldu. Hansı ki, bu əfsanə qədim zinger tikiş maşınlarının iynələrində əfsanəvi maddə "qırmızı civə”nin mövcudluğundan bəhs edirdi. Bu maddənin kiçik bir hissəsi 2-3 mln dollar dəyərində qiymətləndirilir.
publika.az

Xəbər 1136 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.12.2019
“Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
02.12.2019
Marsda “suvuran” qüllələr aşkar edilib
02.12.2019
Maraqlı faktlar
02.12.2019
Özü özünü təmizləyən beton
02.12.2019
Ən qədim şahmat fiquru tapılıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info