İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 OKTYABR
18:00 Üz üçün 5 ən yaxşı maska
17:44 Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır
17:33 Astronomlar nəhəng planet kəşf etdi
17:24 Ağardıcı düyü maskası
17:14 Qırışlara qarşı 3 effektli maska
17:05 Qədim yeraltı qitələrin sirri açıldı
17:00 Dərin qırışlar üçün maska
16:47 Saçlar üçün yumurta maskası
16:39 Bədən üçün skrab
16:23 Təmiz və parlaq dəri üçün maska
16:13 Millimizlə oyunu buraxacaq - Uels yığmasında itki
16:00 Azərbaycanlı aparcının estetiksiz arxiv fotosu yayıldı
15:48 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:35 Sağlam arıqlamağın SİRRİ AÇILDI
15:25 Yığmamızın rəqibi Paraqvayla heç-heçə etdi
15:12 Bədii və aerobika gimnastlarının yarış həyəcanı başa çatıb
15:00 Bubon nədir ?
14:49 Salyanda güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışları təşkil olunacaq
14:39 Payızın ən faydalı meyvələrində biri - Kimlər bol FEYXOA yeməlidir?
14:25 “Altın Kelebek”in azərbaycanlı namizədləri - Röya yenə gedir
14:11 “Avro 2020”: Bu gün səkkizinci tur çərçivəsində daha yeddi qarşılaşma keçiriləcək
14:00 Modapərəstlərin qəlbini fəth edən payız dəbi
13:49 Veteran güləşçilərimiz dünya çempionatında uğurla çıxış ediblər
13:38 Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin beşinci turunda mübarizə aparacaqlar
13:24 Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub
13:13 Quru göz sindromu nədir və necə müalicə olunur
13:00 Miri Yusif xanımını klipinə çəkdi
12:48 “Maşın”da ikinci dəfə qaldı, sözünün üstündə durdu
12:31 Südəmər uşaqlarda qaşınma
12:21 Patoloji reflekslər
12:11 Hansı çörək faydalıdır: ağ, yoxsa qara?
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:05 Atəşkəs pozulub
12 OKTYABR
13:00 Fransa millisində ciddi itki
12:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:38 Çillər üçün maskalar
12:23 Saçların tökülməsinə qarşı təbii maska
12:12 Üz üçün yumurta maskası
12:00 Nanənin bilmədiyiniz faydaları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85285)
2 PRESS-ANONS (34721)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31269)
4 Banan qabığı təbii məlhəmdir (29395)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28643)
“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
Tarix: 15.10 | Saat: 12:00 | E-mail | Çapa göndər

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 27 milyon 420 min manat olan “Yunəyrici-boyaq” fabrikinin, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanılıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.
Dövlətimizin başçısı Lənkəranda xalça emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. “Azərxalça” ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.
Bildirildi ki, “Azərxalça” ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 13 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Qeyd olundu ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.
Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət etdilər.
Xalçaçılar Sevda Cəbrayılova, İradə Əliyeva, Nargilə Qəhrəmanova və başqaları ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Sonda xatirə şəkli çəkdirildi.

Xəbər 469 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

14.10.2019
Atəşkəs pozulub
11.10.2019
Atəşkəs pozulub
08.10.2019
Atəşkəs pozulub
07.10.2019
Atəşkəs pozulub
03.10.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

15 OKTYABR
14:00 PRESS-ANONS
15 Oktyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Sağlam arıqlamağın SİRRİ AÇILDI
14 OKTYABR  |   15:35
Bubon nədir ?
14 OKTYABR  |   15:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Üz üçün 5 ən yaxşı maska
14 OKTYABR  |   18:00
Ağardıcı düyü maskası
14 OKTYABR  |   17:24

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1362

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info