İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 İYUL
15:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Lobya turşusu necə hazırlanır? - RESEPT
14:49 Həyati əhəmiyyətli kalsium minerallı qidalar
14:39 “Yuventus“dan növbəti transfer
14:25 Keçəlləşmənin qarşısını alan qidaların SİYAHISI
14:14 Bu qidaları yeyin ki, ağlınız artsın – Beyni gücləndirən SİNK
14:00 Təngnəfəslik nəyin xəbərçisi ola bilər?
13:46 “Nyukasl“ Benitesə əvəzləyici tapdı - Rəsmi
13:33 Gözün görə bilmədiyini görən polarizasiya kamerası
13:24 Kahı yığan süni intellektli tərəvəz robotu
13:15 “2019-cu ildə Avropanın ən yaxşı adaları“ açıqlanıb
13:00 Robotlar Ayın səthindən Yer kürəsini müşahidə edəcək teleskoplar quraşdıracaq
12:45 “Beşiktaş“dan ikinci transfer
12:38 Almaniya millisinin üzvü “Bavariya“da
12:29 Həmidə Ömərova kitab yazdı
12:14 Mətanət İsgəndərli oğluna və özünə ad günü etdi
16 İYUL
13:00 Alimlər yeni elementar hissəciklər kəşf ediblər
12:45 Dünyanın üzən ilk südçülük ferması fəaliyyətə başlayıb
12:33 Çempionlar Liqasında cavab oyunları başlayır
12:21 Bu ölkə “Avroviziya“dan imtina etdi
12:12 Nadir qayınanası ilə FOTOsunu paylaşdı
15 İYUL
18:00 Ayaqqabılara qulluq. MƏSLƏHƏTLƏR
17:49 “Fənərbaxça“dan La Liqa klubuna
17:38 Düzgün ütüləmənin incəlikləri
17:28 Nazik dodaqları böyük göstərməyin yolları
17:13 Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyur
17:00 Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları
16:47 Almanın bu faydaları da varmış. Mütləq oxuyun!
16:36 Ürək otu CİNCİLİM. Faydaları
16:23 Ölümdən başqa hər şeyə çarə olan Hil çayı
16:13 Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni için
16:00 UEFA “Səbail“in oyununa təyinatları açıqladı
15:49 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:37 “Zirə“ yunanıstanlı müdafiəçi alır
15:28 “Sevilya“dan 10-cu transfer
15:14 Əhalisinin sayı azalan ölkələrin TOP 10-luğu
15:00 115 milyon yaşı olan zanbaq TAPILDI
14:49 Sızanaqlardan xilas olmağın yolu
14:37 Saxaranın yerində dəniz olub - Alimlərdən şok
14:23 Kartof dilimlərini soyuducuda saxlayın, sonra... - GÖZƏLLİK SİRLƏRİ

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (70650)
2 PRESS-ANONS (34250)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (28689)
4 Banan qabığı təbii məlhəmdir (28187)
5 Qreyfrutun faydaları və zərərləri (23343)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
Tarix: 08.11 | Saat: 10:36 | E-mail | Çapa göndər

Berlində Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan sərginin açılışı və rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Bundestaqın deputatları, Almaniya hökumətinin təmsilçiləri, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sərgi ilə tanış olublar.
Daha sonra keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev Fondunun o cümlədən Almaniya ilə mədəniyyət mübadiləsinə önəm verdiyini, bu ölkədə çoxsaylı elm və mədəniyyət tədbirləri həyata keçirdiyini vurğulayıb.
Bugünkü respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edən səfir ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlərin bizə Xalq Cümhuriyyətindən miras qaldığını bildirib. Səfir vurğulayıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu sayəsində uğurla reallığa çevrilir. Bu siyasətin nəticəsidir ki, ölkəmiz regionda aparıcı iqtisadi qüvvəyə çevrilib və Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerdə qərarlaşıb.
Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfərinin bütün sahələrdə dinamik inkişaf edən əlaqələrin daha da yaxınlaşması üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Ölkəmizin Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşı olduğunu, Almaniya şirkətlərinin “Cənub Qaz Dəhlizi” layihəsində uğurla iştirak etdiklərini, 200-ə qədər alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Ramin Həsənov Prezident İlham Əliyevin və Kansler Angela Merkelin iştirakı ilə iki ölkənin iş adamları ilə keçirilmiş görüşün Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığında yeni layihələrin həyata keçirilməsi üçün geniş meydan yaratdığını qeyd edib.
Ramin Həsənov, həmçinin xalqlarımız arasında münasibətlərin 200 illik tarixinə toxunaraq, elmi, mədəni və humanitar sahədə mövcud əməkdaşlıqdan danışıb. Buna nümunə olaraq, Azərbaycanda alman irsinin təşviq olunmasını, Almaniyada azərbaycanlı gənclərin təhsil almasını, Bakıda Göte İnstitutunun açılmasını, Bakı və Mayns, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında mövcud olan “qardaşlaşma”ları, nüfuzlu Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib. Ramin Həsənov vurğulayıb ki, Almaniya hökumətinin də bölüşdüyü Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazisi olması faktını işğalçı Ermənistan nəhayət ki qəbul etməlidir.
Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars çıxışında 20 ildən bəri davam edən deputat fəaliyyəti dövründə Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, rəhbərlik etdiyi parlament qrupunun adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Almaniyalı deputat bildirib ki, bundestaqdakı Cənubi Qafqaz parlament qrupunun Azərbaycanla bağlı fəaliyyəti iki prioritetə malikdir. Bunlardan biri ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin təşviqi, digəri isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdir. Yohannes Kars sözügedən münaqişənin hər zaman yenidən alovlana biləcəyini əsas gətirərək onun tezliklə həllinə nail olunmasının zəruriliyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi səfir Haydrun Tempel qeyd olunan 100 illik yubiley münasibətilə Almaniya hökuməti adından Azərbaycanı təbrik edib. Alman diplomat ölkəsinin digər sahələrlə yanaşı, mədəni və humanitar məsələlərdə də Azərbaycanla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə həyata keçirilən layihələri vurğulayıb. Haydrun Tempel, həmçinin Azərbaycanın nəhəng regional layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu, ölkəmizin bölgədə böyük iqtisadi gücə çevrildiyini qeyd edib. Almaniya hökumətinin təmsilçisi, eyni zamanda, 2016-ci ilədək Almaniyanın ölkəmizdə səfiri olması ilə əlaqədar respublikamızın 100 illik yubileyinin onun diplomatik fəaliyyətinə birbaşa aidiyyəti olduğunu bildirib.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə tanınmış musiqiçilər Elçin Şirinovun, Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.

Xəbər 557 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

03.07.2019
Azərbaycanın Xarici İşlər naziri Peruya işgüzar səfərə yola düşüb
19.06.2019
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
13.06.2019
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir
13.06.2019
Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir
13.05.2019
Kaliforniyanın Örvayn şəhərində mayın 28-i Azərbaycan Milli Günü elan edilib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

18 İYUL
14:00 PRESS-ANONS
18 İyul Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Həyati əhəmiyyətli kalsium minerallı qidalar
17 İYUL  |   14:49
Keçəlləşmənin qarşısını alan qidaların SİYAHISI
17 İYUL  |   14:25

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Lobya turşusu necə hazırlanır? - RESEPT
17 İYUL  |   15:00
Ayaqqabılara qulluq. MƏSLƏHƏTLƏR
15 İYUL  |   18:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1354

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info