İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq
12:27 Avroliqada gecənin bütün nəticələri
12:15 Səməd Səmədov oxuyur, Cavanşir Məmmədov müşayiət edir — 30 ilin FOTOSU
11:13 Bolqarıstanın 8 bölgəsində yanğın təhlükəsi elan olunub
11:00 Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
10:47 Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur
10:37 Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb
10:36 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
10:27 Günün qoroskopu
10:16 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:05 Atəşkəs pozulub
22 AVQUST
18:00 Tənqid etmək taktikası
17:49 Oynaq ağrılarının limon qabığı ilə müalicəsi - Xalq təbabəti
17:37 Əgər qidanızdan badımcan əksik etməsəniz...
17:28 Premyer Liqamızda 3-cü turun oyunlarının saatı açıqlandı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76908)
2 PRESS-ANONS (34445)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29993)
4 Banan qabığı təbii məlhəmdir (28827)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24906)
“Azərxalça”nın Tərtər filialında tarixi Qarabağ çeşniləri əsasında xalçaların toxunmasına başlanıb
Tarix: 04.02 | Saat: 10:35 | E-mail | Çapa göndər

“Xalçaçılığın inkişafı qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır”
Tarixi köklərimizə bağlılıq, adət-ənənələrimizin yaşadılması, milli-mənəvi dəyərlərimizin gənc nəslə ötürülməsi bu gün dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı istiqamətində atılan addımlar, “Azərxalça” ASC tərəfindən ölkəmizin bölgələrində xalça istehsalı müəssisələrinin inşa edilməsi mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev digər sahələr kimi, xalçaçılığın da inkişaf etdiyini vurğulayaraq deyib: “Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq".
“Azərxalça” ASC-nin filiallarının xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm rol oynamış Qarabağ bölgəsində də yaradılması təsadüfi deyil. 2016-cı ildə Füzuli rayonunun Horadiz şəhərində, 2017-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyətə başlayan filiallarda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxunur. “Azərxalça” ASC-nin daha bir filialı isə Tərtər şəhərində yaradılıb. Filial binasının tikintisinə ötən ilin aprel ayında başlanılıb və tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb.
Filialın əməkdaşı Vüsal Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarət müəssisə lazımi inventar, xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplər, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Binada istilik və müşahidə sistemləri qurulub. Artıq emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Burada əsasən Qarabağ qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük veriləcək.
Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Müəssisədə Tərtər şəhərindən və rayonun kəndlərindən olan, həmçinin rayonda məskunlaşan məcburi köçkün qadınlar işlə təmin edilib. Artıq “Azərxalça” ASC-nin təşkil etdiyi tədris-hazırlıq kurslarında təcrübəçi xalçaçılar tərəfindən bu peşəyə yiyələnən qadınlar filialda əmək fəaliyyətinə başlayıblar. Filialda işlə təmin olunanlar həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirəcək, həm də yaxşı əməkhaqqı almaqla ailələrinin sosial rifahını yaxşılaşdıracaqlar.
Məcburi köçkün Güləndam Məmmədova hələ Ağdam şəhərində xalçaçılıqla məşğul olub. Hazırda "Azərxalça"nın Tərtər filialında qədim el sənətinin incəliklərini ilmələrin dili ilə gənc xalçaçılara mənimsədir. O, xalçaçılığın inkişaf etdirilməsinə görə sevincini belə ifadə edib: "Qədim el sənəti olan xalçaçılıq bizə nənələrimizdən qalıb. Təəssüf ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi nəticəsində uzun illərdir Qarabağda xalçalar toxunmurdu. Bu gün “Azərxalça” ASC tərəfindən bölgələrimizdə, o cümlədən Qarabağda filialların yaradılması biz xalçaçıları çox sevindirir. Çünki xalçaçılıq sənəti yaşadılır, inkişaf etdirilir və gənc nəslə ötürülür. Eyni zamanda, yeni iş yerləri açılır, qadınlar işlə təmin olunurlar. Bütün bunlara görə, bir xalçaçı kimi Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Xalça toxumağı gənc qızlara sevə-sevə öyrədirəm. Onlar da xalçaçılığa böyük maraq göstərirlər. Ən böyük arzum isə Qarabağ xalçalarının yenidən hazırda işğal altında olan torpaqlarımızda toxunmasıdır".
Rayon sakini Gülnar Həsənli də qədim el sənətini həvəslə öyrənir. “Xalça toxumağa uşaqlıqdan böyük marağım olub. Tərtərdə xalça fabrikinin açılması ilə bu arzuma çatdım. Nənələrimizdən bizə yadigar qalan xalça toxumağı öyrənirəm. Sevinirəm, çünki həm sevdiyim sənətlə məşğul olacaq, həm də əməkhaqqı alacağam. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm", - deyə gənc xalçaçı vurğulayıb.

Xəbər 381 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.08.2019
Atəşkəs pozulub
22.08.2019
Atəşkəs pozulub
21.08.2019
Atəşkəs pozulub
20.08.2019
Atəşkəs pozulub
19.08.2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Sağlam ürək üçün əzgilin balla qarışığı
23 AVQUST  |   17:32
Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
23 AVQUST  |   17:25

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Darçınla alma sobada. Dadlı desert
23 AVQUST  |   16:22
Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
23 AVQUST  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info