İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

20 İYUL
13:00 Xərçəngdən qoruyan 7 qida - SİYAHI
12:46 Uşaqlı səfər üçün 10 qayda
12:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:23 Çiyələklə biskvitli rulet
12:15 Səhər və ya axşam duş qəbul etmək daha faydalıdır?
12:00 “Ayaks“ de Liqtin əvəzləyicisini tapdı
11:43 “Real”ın hücumçusu İtaliya klubunda
11:32 Süni intellekt sahəsində layihələrin sayı 10 dəfə artacaq
11:21 Hərbi xidməti başa vuran “Miran“ köhnə imicinə qayıdır
11:13 “Biz çəkəndə, Azərbaycanda heç kim film çəkmirdi“
19 İYUL
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:46 Ətirli şokoladlı pryaniklər
14:38 Obi Mikel millidən getdi
14:27 Şahzadələr üçün gecə maskası: səhər özünü tanımayacaqsan!
14:12 Ekspertdən xəbərdarlıq - İsti havada bu meyvələri qəbul edin
14:00 Günəşi heç vaxt belə görməmisiniz - NASA tarixin ən nadir FOTOsunu yaydı
13:45 “Arsenal“ 20 yaşlı müdafiəçi aldı
13:33 Möhtəşəm tətil yaşamağın sirləri: bu detallar istirahətinizi unudulmaz edəcək
13:25 Şüşədə okeana atılmış məktub 50 il sonra tapıldı
13:11 180 minə aldığı oyunçunu 18 milyona satır - “Fənər“dən supertransfer
13:00 “Roma“dan yeni transfer
12:45 “Benfika“ “Yuventus“un qapıçısını geri qaytardı - zədəsinə görə
12:39 Nəsrin Cavadzadə: “7 uşaq istəyirəm”
12:24 Könül Kərimova nənə oldu
12:13 Mətanət İsgəndərli valideynləri ilə
18 İYUL
14:35 Dərini təmizləyən çox ucuz və effektli vasitə
14:27 “Qarabağ“ın “Dundalk“la oyunlarının vaxtı açıqlandı
14:15 “Qarabağ“ Azərbaycanın xalını artırdı - UEFA reytinqi
14:00 Bu da Aynur Dadaşovanın qızı - İLK DƏFƏ ÜZÜNÜ GÖSTƏRDİ
13:48 Rusiyada Avropanın ən böyük almazı aşkar olunub
13:39 Bardaş qurub oturmağın MÖCÜZƏVİ FAYDASI
13:27 Varikoz, baş ağrısı, ostexondroza qarşı - DƏFNƏLİ YAĞ
13:16 Qanazlığında qidalanma - Gündəlik menyu cədvəli
13:00 Gilas meyvələrinin qəbulu qanı təmizləyir və arıqlamağa kömək edir
12:48 Min ildir bu adaya heç kim girə bilmir
12:35 Mars missiyası üçün 3D sümük və dəri istehsal edilir
12:25 Oğlunun Adriana Lima ilə sevgili olmasına ŞOK OLDU
12:14 Muradla Ülviyyə aparıcılığa başlayır
17 İYUL
15:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Lobya turşusu necə hazırlanır? - RESEPT

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (71267)
2 PRESS-ANONS (34261)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (28776)
4 Banan qabığı təbii məlhəmdir (28257)
5 Qreyfrutun faydaları və zərərləri (23445)
“ARB Günəş”in istehsalı olan “Xocalı” klipi təqdim edilib
Tarix: 20.02 | Saat: 12:00 | E-mail | Çapa göndər

Fevralın 20-də Beynəlxalq Mətbuat Mərkəzində ölkənin ilk uşaq telekanalı “ARB Günəş”in istehsalı olan “Xocalı” klipinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, klipin çəkilməsində məqsəd ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı əməllərini unutmamaq və Xocalı həqiqətləri haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Klipin quruluşçu rejissoru Dəyanət Rzayev ekran işi ilə bağlı məlumat verib. Deyib ki, klip 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda uşaqların başına gətirilən müsibətlərdən, onların aldığı psixoloji və mənəvi zərbələrin ağırlığından bəhs edir. Həmin gecə 63 uşaq qətlə yetirilib, 76 uşaq yaralanıb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Klipin əsas süjet xətti müharibənin uşaqlara yaşatdığı acılar, savaşa onların gözü ilə baxmaq üzərində qurulub. Bildirib ki, çəkilişlər Quba rayonunun Qalaxudat kəndində aparılıb. Rolları məşhur çapar, “Sərhədçi” atçılıq idman klubunun üzvü doqquz yaşlı Gülay Fərzəliyeva, şair Zülfüqar Qalaxudatlı, bəstəkar Sevinc Tofiqqızı, Elmar Hacıyev, Mais Allahverdiyev, Azər Sultanov və digərləri canlandırıb. Klipin musiqi kompozisiyası tanınmış bəstəkar Sevinc Tofiqqızına məxsusdur.
Sonra klip təqdim olunub.
Klipin təqdimatından sonra Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək erməni millətçilərinin Xocalıda törətdikləri qanlı cinayətlərdən danışıb. Vurğulanıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş bu soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Həmin gecə düşmən keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın köməyi ilə 613 nəfər günahsız insanı, o cümlədən qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetirib. Xocalı faciəsinin insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu deyən Ə.Amaşov bu hadisənin dünyanın bir sıra ölkələrində soyqırımı kimi tanındığını xatırladıb. Klipin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edən Ə.Amaşov “ARB Günəş” televiziyasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb.
Bildirilib ki, “ARB Günəş” televiziyası Qarabağ, cəbhə uşaqları mövzularına həmişə diqqət və həssaslıqla yanaşıb. Telekanal mütəmadi olaraq cəbhəyanı ərazilərdə müharibə şəraitində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb.
Milli Məclisin deputatı Fazil Mustafa, tanınmış bəstəkar Sevinc Tofiqqızı və başqaları çıxış edərək Xocalı soyqırımının tarixi əhəmiyyətindən danışıb, kliplə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edilib ki, Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi təmsil edən “ARB Günəş”in nümayəndə heyəti Xocalı həqiqətlərini, ermənilərin vəhşiliyi nəticəsində həlak olan, valideynlərini və ailə üzvlərini itirən azərbaycanlı uşaqların acı həyat hekayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Xəbər 1506 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

28.03.2019
İmadəddin Nəsiminin 650 ilik yubileyinə və Nəsimi ilinə həsr olunmuş konfrans keçirilib
14.02.2019
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib
30.10.2018
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib
26.10.2018
“Qarabağ dünən və bu gün” mövzusunda tədbir keçirilib
01.10.2018
Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

22 İYUL
11:00 PRESS-ANONS
22 İyul Anons 2019
15:00 PRESS-ANONS
22 İyul Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Xərçəngdən qoruyan 7 qida - SİYAHI
20 İYUL  |   13:00
Ətirli şokoladlı pryaniklər
19 İYUL  |   14:46

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Uşaqlı səfər üçün 10 qayda
20 İYUL  |   12:46
Çiyələklə biskvitli rulet
20 İYUL  |   12:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1354

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info