İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI
17:00 Xatirə əri ilə şəkil paylaşıb, şayiələrə son qoydu
16:46 Elməddinin özündən hündür oğlu
16:35 Azərbaycanın “Avroviziya-2020“də iştirakı rəsmən təsdiqləndi
16:23 Damla fotoşopla başqa biri oldu
16:14 “Beşinci element” bitib?
16:00 Befstroqanov resepti
15:49 Sadə və effektli CAVANLAŞDIRICI MASKA
15:35 Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ
15:23 Qaşlar və kirpiklər üçün kosmetik maskalar
15:15 İşgüzar qarderobun 10 dəb qanunu
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU
14:38 Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
14:24 Sağlam dişlərə bu yolla sahib olun
14:13 ÇL-də 8 oyuna hakim təyinatları açıqlandı
14:00 Çox səyahət edən uşaqlar daha uğurlu olurlar
13:48 Biotexnoloji şirkət tamfunksiyalı mini-ürəyin surətini hazırlayıb
13:39 Varlı olmağa mane olan 6 vərdiş
13:25 Bir milyonçuya görə uğurlu insanın 3 gizli keyfiyyəti
13:11 Taxtadan retro “Mercedes“ hazırladı
13:00 “Qarabağ”dan iki rekord
12:46 Mövsümdə ilk
12:35 Xatirə İslam HİCAB BAĞLADI
12:22 “Hacı Nuran hər hansı bir yerə transfer olunmayıb”
12:12 Murat Boz peşman oldu
12:00 Salyanda yaşayan aztəminatlı ailələrin övladları məktəb ləvazimatları ilə təmin olunublar
11:12 Bakı məktəblərində “Bilik günü” qeyd olunub
11:00 Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
10:45 Bakı-Tbilisi-Qars dəmir yolu ilə yeni növ yüklərin daşınmasına başlanılıb
10:38 Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
10:28 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb
10:06 Atəşkəs pozulub
14 SENTYABR
13:00 Saç telini qalınlaşdırmaq üçün belə edin
12:47 Mixəyin müalicəvi təsirləri
12:38 “Barselona” ciddi itki var – 6 həftə oynamayacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80493)
2 PRESS-ANONS (34594)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30545)
4 Banan qabığı təbii məlhəmdir (29061)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26375)
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
Tarix: 15.03 | Saat: 10:45 | E-mail | Çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər üçün tövsiyələr verilib.
AZƏRTAC xəbər verir ki, həmin tövsiyələr DİM-in saytında yerləşdirilib.
Şagirdlərin diqqətinə çatdırılır ki, imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın;
“İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlin;
İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır;
İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşin;
İmtahan zalında imtahan qaydalarına və sakitliyə tam riayət etmək lazımdır;
Zal nəzarətçisinin sizə verdiyi cavab vərəqlərində və sual kitabçasında yazılmış məlumatların sizə aid olduğunu dəqiqləşdirin, uyğunsuzluq olduqda dərhal nəzarətçiyə bu barədə məlumat verin;
Sizə verilmiş cavab vərəqlərinin 1-ci və 2-ci bəndlərini diqqətlə oxuyun və imzanızla təsdiqləyin;
Sual kitabçasını və cavab vərəqlərini qatlamayın, əzməyin, orada lazımsız qeydlər etməyin;
Sual kitabçasında yazılmış qeydlər hüquqi əsasa malik deyil. Topladığınız bal hesablanarkən yalnız cavab vərəqindəki cavablar nəzərə alınır;
“Sual kitabçası”nda 45 test tapşırığı təqdim olunur: 1-15 nömrəli tapşırıqlar xarici dil, 16-35 nömrəli tapşırıqlar Azərbaycan dili, 36-45 nömrəli tapşırıqlar riyaziyyat fənninə aiddir. Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır;
Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır;
“Cavab vərəqləri” 2 hissədən ibarətdir:
I hissə – qapalı tipli tapşırıqlar üçün;
II hissə – ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan tapşırıqlar üçün.
Birinci hissə xarici dili fənnindən 1-4 və 7-11, Azərbaycan dili fənnindən 16-20 və 26-30 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.
İkinci hissə xarici dili fənnindən 5-6 və 12-15, Azərbaycan dili fənnindən 21-25 və 31-35, riyaziyyat fənnindən 36-45 nömrəli tapşırıqların cavablandırılması üçün nəzərdə tutulub.
İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şərait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcək;
Səhv cavabların nəticələri düz cavablara təsir etmir;
1-4, 7-11, 16-20, 26-30 nömrəli tapşırıqlar qapalı tipli tapşırıqlardır. Bu tapşırıqlarda 5 cavab variantından yalnız biri doğrudur. Doğru bildiyiniz variantı seçib “Cavab vərəqləri”nin I hissəsində həmin sualın nömrəsinə uyğun sətirdə müvafiq dairəni qaralayın. İki və daha artıq dairə qaralanarsa, cavab səhv hesab edilir;
5-6, 12-15, 21-25, 31-35, 36-45 nömrəli tapşırıqlar ətraflı şəkildə yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardır. Bu tapşırıqların həllərini və cavablarını “Cavab vərəqləri”nin II hissəsində həmin tapşırıqların cavablandırılması üçün ayrılmış hissədə səliqəli və oxunaqlı xətlə yazın;
Dinləmə mətni üzrə təqdim olunmuş 1-6 nömrəli tapşırıqları cavablandırmazdan əvvəl nəzarətçinin audioqurğuda səsləndirdiyi mətni diqqətlə dinləyin.
Dinləmə mətni üzrə verilən tapşırıqlarla tanışlıq – 2 dəqiqə;
Dinləmə mətninin ilk dəfə səsləndirilməsi;
Dinləmə mətninin ilk dəfə səsləndirilməsindən sonra tapşırıqlara bir daha baxılması – 2 dəqiqə;
Dinləmə mətninin ikinci dəfə səsləndirilməsi;
Dinləmə mətni üzrə verilən tapşırıqların yerinə yetirilməsi.
Nəzərə alın ki, dinləmə mətni imtahan zamanı yalnız iki dəfə səsləndiriləcək;
Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Nəzərə alın ki, həlliyazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;
43-45 saylı tapşırıqlar situasiyaya aiddir. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və orada verilmiş məlumatlardan istifadə edərək həmin tapşırıqları cavablandırın. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər;
Hər bir tapşırığın cavabını (və ya tapşırıqla bağlı fikirlərinizi, tapşırığın həllini) cavab vərəqində həmin tapşırığın sual kitabçasındakı nömrəsinə uyğun hissədə qeyd edin və ya yazın;
Tapşırıqları cavablandırmaq üçün ayrılmış vaxt tamam olduqda cavab vərəqlərinizi və sual kitabçasını mütləq nəzarətçiyə təhvil verin.

Xəbər 784 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

16.09.2019
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
03.09.2019
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir
28.08.2019
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu başlanıb
27.08.2019
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır
23.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
16 SENTYABR  |   17:37
Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
16 SENTYABR  |   17:24

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Befstroqanov resepti
16 SENTYABR  |   16:00
Sadə və effektli CAVANLAŞDIRICI MASKA
16 SENTYABR  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1358

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info