Hindistanın Uttar Pradeş ştatında yol-nəqliyyat qəzası nəticəsində 8 nəfər ölüb, 30 yaralı var.
AZƏRTAC Hindistanın NDTV telekanalına istinadla xəbər verir ki, ağır qəza əyləci sıradan çıxan avtobusun yük maşın ilə toqquşması nəticəsində baş verib. Ölən və yaralananlar Noida şəhərinə gedən ikimərtəbəli avtobusun sərnişinləridir. Toqquşma nəticəsində avtobusun ön tərəfinin tamamilə əzildiyi bildirilir. Yaralanan sərnişinlər xəstəxanaya çatdırılıb.
Əyalət polisi insidentlə bağlı təhqiqat aparır.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info