İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 SENTYABR
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:45 Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır…
14:32 Quru ənciri zeytun yağında saxlayın və... – Öskürəyə qarşı RESEPT
14:24 ÇL-in oyunları bu kanallarda
14:15 “Mən Musaya görə saçımı süpürgə etmişəm“ - Təranə Qumral danışdı
14:00 “Yemin“də çəkilən azərbaycanlı aktrisa kimin qızıdır?
13:46 Vüsalə Əlizadə: “Bir gün ağlınla vicdanın arasında qalsan…“
13:39 Karbondioksiddən maye yanacaq əldə edildi
13:23 Avropanın ən böyük araşdırma parkı açılacaq
13:13 Forma dəyişdirə bilən avtonom zibil toplama cihazları
13:00 Robotlara ağrını hiss etmə qabiliyyəti verən elektron dəri hazırlandı
12:47 ÇL-də daha 8 oyuna hakim təyinatları açıqlandı
12:38 Çempionlar Liqasında qrup mərhələsi başlayır
12:29 “Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” - Zöhrə Abdullayeva uzun zaman sonra efirdə
12:14 Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
11:00 Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
10:48 Yasamal rayonunun bu küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb
10:35 Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
10:27 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:18 Günün qoroskopu
10:08 Atəşkəs pozulub
16 SENTYABR
17:47 “Qalatasaray“ın oyununda slovaniyalı hakimlər
17:37 Qanazlığından əziyyət çəkənlər üçün çox faydalı resept
17:24 Əsəbləri sakitləşdirən, immuniteti yüksəldən yağ – ÖZÜNÜZ HAZIRLAYIN
17:14 Göyərtinin növlərinə görə FAYDALARI
17:00 Xatirə əri ilə şəkil paylaşıb, şayiələrə son qoydu
16:46 Elməddinin özündən hündür oğlu
16:35 Azərbaycanın “Avroviziya-2020“də iştirakı rəsmən təsdiqləndi
16:23 Damla fotoşopla başqa biri oldu
16:14 “Beşinci element” bitib?
16:00 Befstroqanov resepti
15:49 Sadə və effektli CAVANLAŞDIRICI MASKA
15:35 Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ
15:23 Qaşlar və kirpiklər üçün kosmetik maskalar
15:15 İşgüzar qarderobun 10 dəb qanunu
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLU
14:38 Badımcanın özü kimi saplaqları da FAYDALIDIR
14:24 Sağlam dişlərə bu yolla sahib olun
14:13 ÇL-də 8 oyuna hakim təyinatları açıqlandı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (80675)
2 PRESS-ANONS (34598)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30545)
4 Banan qabığı təbii məlhəmdir (29067)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (26442)
Müdafiə naziri Zakir Həsənov: Azərbaycan ilə NATO arasında 25 illik dayanıqlı tərəfdaşlıq mövcuddur
Tarix: 03.05 | Saat: 10:36 | E-mail | Çapa göndər

NATO ilə tərəfdaşlığımızın 25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda qazandığımız nailiyyətlərimizin təcəssümüdür. Bu uğur Azərbaycanın 25 il əvvəl çətin dövrdə qərar verdiyi istiqamətlər üzrə həyata keçirdiyi kompleks fəaliyyətlərin nəticəsidir.
Bunu Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” (SNT) çərçivə sənədini imzalaması ilə Azərbaycan SNT proqramına qoşulduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu proqram NATO ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında səmərəli hərbi əməkdaşlığın və uyarlığın təmin olunmasında ən uğurlu mexanizmlərdən biri kimi özünü doğruldub.
NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avratlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir.
Qeyd olunub ki, Azərbaycan üzləşdiyi çağırışlara baxmayaraq, ilk günlərdən etibarən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib.
Əfqanıstan İslam Respublikasında həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq. Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir.
Zakir Həsənov deyib: “Çox yaxşı dərk edirik ki, qloballaşan dünyada hər bir böhran və ya münaqişə digər ölkələrə təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan Avroatlantik məkanda sülhə və təhlükəsizliyə nail olmaq üçün NATO ilə əməkdaşlıq edir və bundan sonra da edəcək.
Təsadüfi deyil ki, Azərbaycan “Planlaşdırma və analiz prosesi”nə qoşulan ilk ölkələrdən biridir. Praktiki əməkdaşlığın təməlini təşkil edən bu mexanizm müasir ordu quruculuğunun əsaslarına söykənən müdafiə islahatlarının həyata keçirilməsinə, zəruri əməliyyat uyarlığının təmin edilməsinə və Silahlı Qüvvələrin transformasiyasına töhfə verir.
Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun “Əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy” proqramından səmərəli istifadə edir. Azərbaycan Ordusu 2004-cü ildə proqrama bir bölüklə qoşulub. Bu gün isə bütün qoşun növlərindən olan bölmələr bu proqrama cəlb edilib. Hərbçilərimiz qazandıqları təcrübə ilə təkcə respublika daxilində deyil, həm də digər tərəfdaş ölkələrlə bölüşərək proqramın inkişafına töhfə verirlər.
Təbii ki, hərbi sahədə müvəffəqiyyətə nail olunması əməliyyat uyarlığı səviyyəsi ilə düz mütənasibdir. Lakin dayanıqlı tərəfdaşlığın əldə edilməsi insan uyarlığının və həmfikirliyin əldə olunması ilə bağlı olan danılmaz bir faktdır. Bu kontekstdə mən NATO-nun “Tərəfdaşlığın qərargah vəzifəsi” proqramını xüsusi ilə qeyd etmək istərdim”.
General-polkovnik Z.Həsənov bildirib ki, 2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib. Hazırda da NATO qərargahlarında 8 zabitimiz xidmət edir. Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir.
Bizim NATO ilə substantiv əməkdaşlığımız Alyansın təhsil və təlim standartlarının peşəkar hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə edir. On ildən artıqdır ki, Azərbaycan NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramı çərçivəsində yeni çağırışlara, mürəkkəb və dinamik strateji mühitdə bütün növ təhdidlərə cavab verə biləcək liderlərin hazırlanmasını həyata keçirir.
NATO-nun müxtəlif əməkdaşlıq proqramları müsbət dəyişikliklər istiqamətində təsirli vasitə kimi özünü göstərir. Düşünürük ki, Avroatlantik məkanının ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin apardıqları daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın, eləcə də bütün regionun müdafiə və təhlükəsizlik sahəsində islahatlar üçün çərçivənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır və regional, o cümlədən Avroatlantik məkanın təhlükəsizliyini möhkəmləndirir.
“Qeyd etmək lazımdır ki, üzvlərinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması baxımından Alyansın tarixi müvəffəqiyyətləri, SNT ölkələri də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığının başlıca amillərindən biridir. Alyans təkcə bu prinsipləri dəstəkləməklə kifayətlənmir, həm də Avroatlantik təhlükəsizliyin əsası kimi onları siyasi cəhətdən müdafiə edir. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya minnətdardır.
Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli bir regiondur. Bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir. Bu baxımdan münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin tələblərinə uyğun həll edilməsi beynəlxalq ictimaiyyətin marağındadır.
Ölkəmiz hər zaman sülh ideyalarına sadiqliyini nümayiş etdirir və müvafiq siyasəti həyata keçirməklə regional və qlobal miqyasda sabitliyin saxlanılmasını hər vəchlə dəstəkləyir. 25 illik çoxşaxəli əməkdaşlığımız, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə verdiyimiz töhfə və Avroatlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyimiz uğurlu layihələr müvəffəqiyyətli tərəfdaşlığımızın təzahürüdür. İnanıram ki, bu günədək əməkdaşlıqda qazanılmış nailiyyətlər gələcək uğurlarımızın carçısıdır. Əminəm ki, biz bu strateji əhəmiyyətli tərəfdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik”, - deyə Azərbaycan Respublikasının müdafiə naziri bildirib.

Xəbər 483 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.09.2019
Hikmət Hacıyev: Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır
16.09.2019
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
09.08.2019
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
29.07.2019
Susana Manqana: Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər
23.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır…
17 SENTYABR  |   14:45
Quru ənciri zeytun yağında saxlayın və... – Öskürəyə qarşı RESEPT
17 SENTYABR  |   14:32

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Befstroqanov resepti
16 SENTYABR  |   16:00
Sadə və effektli CAVANLAŞDIRICI MASKA
16 SENTYABR  |   15:49

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1359

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info