"Fənərbaxça" mövsümün əvvəlində heyətinə qatdığı Mixael Freylə yollarını ayırmağa hazırlaşır.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu isveçrəli hücumçunu transferə çıxarıb. Ərsun Yanalın komandada görmək istəmədiyi 24 yaşlı futbolçu yayda satılacaq. Artıq Freyin menecerlərinə oyunçuya yeni klub tapmaları ilə bağlı göstəriş verilib.
Qeyd edək ki, Freyin "Fənərbaxça" ilə hələ 2 illik müqaviləsi var.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info