İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 İYUL
13:00 Alimlər yeni elementar hissəciklər kəşf ediblər
12:45 Dünyanın üzən ilk südçülük ferması fəaliyyətə başlayıb
12:33 Çempionlar Liqasında cavab oyunları başlayır
12:21 Bu ölkə “Avroviziya“dan imtina etdi
12:12 Nadir qayınanası ilə FOTOsunu paylaşdı
15 İYUL
18:00 Ayaqqabılara qulluq. MƏSLƏHƏTLƏR
17:49 “Fənərbaxça“dan La Liqa klubuna
17:38 Düzgün ütüləmənin incəlikləri
17:28 Nazik dodaqları böyük göstərməyin yolları
17:13 Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyur
17:00 Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları
16:47 Almanın bu faydaları da varmış. Mütləq oxuyun!
16:36 Ürək otu CİNCİLİM. Faydaları
16:23 Ölümdən başqa hər şeyə çarə olan Hil çayı
16:13 Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni için
16:00 UEFA “Səbail“in oyununa təyinatları açıqladı
15:49 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:37 “Zirə“ yunanıstanlı müdafiəçi alır
15:28 “Sevilya“dan 10-cu transfer
15:14 Əhalisinin sayı azalan ölkələrin TOP 10-luğu
15:00 115 milyon yaşı olan zanbaq TAPILDI
14:49 Sızanaqlardan xilas olmağın yolu
14:37 Saxaranın yerində dəniz olub - Alimlərdən şok
14:23 Kartof dilimlərini soyuducuda saxlayın, sonra... - GÖZƏLLİK SİRLƏRİ
14:11 Erkən saç ağarmasının səbəbi AÇIQLANDI
14:00 Dünyada sadəcə 3 ölkədə olan maral təsvirli saxsı sərgilənib
13:45 “Qarabağ“ - “Partizani“ oyununun hakimləri açıqlandı
13:21 AzTV-nin 61 yaşlı Sevdası illərə meydan oxuyur
13:13 Safurə məsləhətlər verdi: “Övladlarınız...“
13:00 Xəyyam Nisanov qızını göstərdi - İLK DƏFƏ
12:44 Təbii daşların heç yerdə rast gəlməyəcəyiniz MÖCÜZƏVİ FAYDALARI: bu xəstəlikləri sağaldır
12:32 Faiq Ağayev imicini dəyişdi
12:25 MƏŞHUR aparıcı 2-ci dəfə ƏRƏ GEDİR
12:16 “Hər səhnəyə çıxanda on il qocalırıq”
13 İYUL
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:49 Soğan qabığı dəmləməsi ilə MÖHKƏM və QALIN SAÇLAR
12:38 Qüsursuz dəri üçün ƏRİK MASKALARI
12:28 Bağırsaqları ən yaxşı təmizləyən 4 təbii vasitə
12:12 Kimə qarpız yemək olmaz?
12:00 Skaloni Argentina millisində qalır

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (70495)
2 PRESS-ANONS (34245)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (28616)
4 Banan qabığı təbii məlhəmdir (28168)
5 Qreyfrutun faydaları və zərərləri (23281)
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
Tarix: 23.05 | Saat: 10:36 | E-mail | Çapa göndər

Heydər Əliyev Fondu mayın 22-də müqəddəs Ramazan ayında Şamaxı rayonunda iftar süfrəsi açıb. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Şamaxı Cümə məscidində açılan iftar süfrəsində 300-ə yaxın rayon sakini iştirak edib.
Bildirilib ki, respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Bu gün Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsidir. Ölkəmizdə birlik və sabitlik hökm sürür, dini məbədlər təmir və bərpa olunur, islami və milli mənəvi dəyərlər qorunur.
Həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə bütün torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o torpaqlarda da dini ayinlərin icra ediləcəyinə və iftar süfrələrinin açılacağına əminlik ifadə olunub.
İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.
Qeyd edək ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək, təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir edilib.
Şamaxı Cümə məscidi daha sonra Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

Xəbər 208 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

12.07.2019
Atəşkəs pozulub
09.07.2019
Atəşkəs pozulub
08.07.2019
Atəşkəs pozulub
06.07.2019
Atəşkəs pozulub
05.07.2019
Göyçayda taxıl biçini başa çatıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 İYUL
11:00 PRESS-ANONS
17 İyul Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Bir ovuc tum bizi 10 xəstəlikdən qoruyur
15 İYUL  |   17:13
Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları
15 İYUL  |   17:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ayaqqabılara qulluq. MƏSLƏHƏTLƏR
15 İYUL  |   18:00
Düzgün ütüləmənin incəlikləri
15 İYUL  |   17:38

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1354

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info