İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

20 AVQUST
18:00 Messinin son durumu
17:46 Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
17:35 Yanmış saçlardan xilas olmağın ən asan və ucuz yolu!
17:28 “Yuventus“ yeni transferini icarəyə göndərdi
17:15 “Fənərbaxça“da ciddi itki
17:00 Ən dadlı pryanik belə hazırlanır - RESEPT
16:47 “Sevda təyyarədə elə qışqırırdı ki...“ - Tolik
16:39 Müğənni Nazənin həyat yoldaşı Məhəbbətin FOTOsunu paylaşdı
16:29 Uzun və xoşbəxt evliliklərin sirri
16:15 İdeal valideyn kimdir?
16:00 Üzr istəməkdən çəkinməyin!
15:49 Uşaq ailənin güzgüsüdür
15:35 Alma cemi ilə şokoladlı peçenye
15:23 Dadlı ətin bişirilməsi qaydaları. Faydalı məsləhətlər
15:14 Qızılgül mürəbbəsinin hazırlanması
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:49 Süd məhsulları nə zaman qəbul edilməlidir ki, orqanizmə faydası olsun
14:36 Ağız qoxusu - Səbəbləri və çarələri
14:23 Daha sağlam yaşamaq üçün 6 bitki çayı
14:13 Ağrınız varsa nanə qəbul edin
14:00 Müalicəvi cirə çayı
13:48 Yumurta qabığının faydası
13:37 Riberi “Fiorentina“ya doğru
13:23 “Qarabağ“ın futbolçusu yenidən millidə
13:14 Daniel Staric İstanbulda
13:00 Qadın orqanizmi üçün ən vacib qida məhsulları
12:49 İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus
12:35 C vitamini deposu limon qabığının 10 faydası - Xərçəngə qarşıdır
12:24 Dünyada elektron kağız üçün ilk printer təqdim olunub
12:14 Azərbaycanlı məşhur QƏZAYA DÜŞDÜ - Avtomobili bu hala qaldı
11:00 “Silva” operettası nümayiş olunacaq
10:48 Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
10:36 Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:08 Atəşkəs pozulub
19 AVQUST
18:00 Qara gavalı ilə TOYUQ
17:45 PSJ 55 illik rekordu təkrarladı
17:38 Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?
17:23 Zoğal bu xəstəlikləri müalicə edir

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76341)
2 PRESS-ANONS (34434)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29900)
4 Banan qabığı təbii məlhəmdir (28789)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24828)
Həyatın mənası itib, nə gülür, nə sevinirsiniz? - “Peşəkar yanma“ sindromu
Tarix: 04.06 | Saat: 13:48 | E-mail | Çapa göndər

Hazırda bir çox psixoloq və terapevtlərin çox işlətdiyi, dəbdə olan "peşəkar yanma" sindromu artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlikləri siyahısına daxil edilmək ərəfəsindədir.
Milli.Az medicina.az-a istinadən ətrafımızda çox insanların üzləşdiyi bu sindromun səbəb və əlamətlərini təqdim edir. Diqqətlə baxın, əgər sizdə bu əlamətlərdən 3-ü varsa, deməli, artıq yanma prosesindəsiz.
1.Nə sevinc var, nə kədər
Emosional yanma zamanı insan nəinki dərin kədər, qüssə hissindən, həmçinin sevincdən də məhrum olur. Əvvəllər sizi xoşbəxt edən səbəblər, sevimli yer, qəhvə, şokolad, yemək heç bir hiss yaratmır. Siz özgələrinin və özünüzün belə başına gələn pis bir xəbərə, hadisəyə ürəkdən kədərlənmirsiz. Artıq heç nə vecinizə olmur.
2.İştahınız və yuxunuz yoxdur
Sanki daim tox, daim yuxulu gəzirsiz. Uzun müddət bu hala öyrəşdikdən sonra, orqanizm özünü elə aparır ki, sanki ona yuxu və yemək heç lazım deyil. Sanki illər boyu qulluq etmədiyiniz, qayğısına qalmadığınız bədən və can qisasını alır: "Mənə vaxtında yaxşı baxmadın, al payını".
Səhər 4 olur, amma oyaqsız. Həkimlər sizə nevroz diaqnozu qoyur. Amma diaqnozunuz bu deyil. Çox yorulsanız da, yatmırsız. "3 saat yatım, bəs edər".
3.Özünə güvən və dəyər sıfıra enib
Hər şeydə özünüzü günahlandırır, deməli mən pisəm düşünürsüz. Bu qədər işlədim, can yandırdım, heç kimə yarımadımsa, bundan sonra nə düzələcək.
4.Problemlərə təslim olursuz
Əvvəllər nəinki doğmaların, hətta yadların belə problemini üstələyib, onun həlli üçün qaçırdız. Artıq o resursunuz bitib. Emosional yanma sizə özünü ələ alıb, iradə göstərmək gücünü əlinizdən alıb. Bu ona bənzəyir ki, bronxitdən öskürən adama yalvarırsan ki, nə olar, öskürmə, sağal. Belə yardım olmur. Sizə iradə yox, artıq yardım lazımdır.
5.Rəhm, mərhəmət hissiniz ölüb
Göz yaşınız belə əvvəlki kimi axmır. Dərdli birinə laqeydsiz. Özünüzə qarşı mərhəmətiniz necə azalıbsa, başqalarının da dərdinə acizlik kimi baxıb, heç nə olmaz, dözər düşünürsünüz.
Kiməsə xeyriyyəçilik etmək isə mənasız gəlir. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyinizi düşünürsüz. Hər kəs dərdini özü çəkməlidir.
Kimlər bu sindroma tutulur?
Bu orqanizm və psixikanın normadan artıq yüklənmədən çökməsi, sönməsindən yaranır. İnsan yaradılanda onun beyni, hüceyrələri, ruhu, psixikası həyatda müəyyən qədər ciddi stresslərə tab gətirməyə proqramlaşdırılıb: bu hər hansı itki, doğmaların itkisi, təbiət hadisəsi, gözlənilməyən bəla və s. Amma elə insanlar var ki, işi, peşəsi, ixtisası bu stresi onlara illərlə, aylarla yaşadır. Ona görə sinir sistemi bu yüklənmədən yanır. Sanki sayğac atır və işıqlar sönür.
-İşi ilə bağlı müxtəlif insanlarla ünsiyyətdə olan, məsələləri həll edənlər
-Böyük, çətin məsuliyyəti olanlar
-İşində öz zəhməti ilə yüksələnlər
-Həftənin 7 günü, 20 saat işinə bağlı olanlar
-İşi, olduğu yer ürəyiycə olmayıb, könülsüz çalışanlar
-İşində daim yüksəlmək və bunun üçün əlavə kurslar, seminarlar və s. keçənlər
-Eləcə də həm işləyib, həm çalışan gənc valideynlər, hansı köməkləri yoxdur
Hansı peşələrdə bu daha çox baş verir:
-Psixoloq, psixiatrlar
-Xilasedicilər
-Həkimlər
-Xeyriyyə fondları işçiləri
-İncəsənət adamları
-Hərbçilər
-Proqramistlər, kibernetiklər
Siyahını uzatmaq olar. Hətta işində çox yaxşı satıcı olan biri də 10 il ərzində peşəkar yanmaya tutula bilir.
Bütün bu sahələrdə çalışanlar işləri ilə bağlı, bəzən heç özlərinə aid olmayan stresin zərbəsini birinci qəbul edirlər.
Başqalarının oduna yananlar desək daha düzgün olar.
Bir gün sinir sistemi "bəsdir, məndənbu qədər" deyib insanın həyatı üçün vacib olan bütün hissləri söndürərək yanma rejiminə keçir.
Təbii ki, bütün xəstəliklər kimi bu sindrom da öncədən yüngül simptomlarla özünü göstərir. Əgər iştahınız azalırsa, işə könülsüz gedirsizsə, işlə bağlı zənglərə əsəbi cavab verirsizsə, illərdir istirahət etmir, heç yerə getmirsizsə, tez-tez səbəbsiz ağrılar, baş ağrıları, yorğunluq, yuxusuzluq sizi üzürsə, siz artıq uçurumun bir addımlığındasız.
Nəzərə alaq ki, ilkin mərhələdə xilas olmaq mümkündür, nəinki artıq yanma baş verdikdə.
Nə etməli?
-İlk növbədə işdən uzunmüddətli fasilə, məzuniyyət götürülür. Siz hətta dəhşətli xəstəliyə tutulub müalicə alarkən necə işdən imtina edəcəksizsə, o cür davranmalısız. Çünki professional yanma xərçəngdən də qorxuludur.
- Telefon, sosial şəbəkələr, bir sıra mobil texnoloji vasitələrdən istifafəni minimuma endirirsiz
-Musiqi, rəqs, komediya - yalnız bunlara baxıb,qulaq asmalısız
-Özünüzdən tələblərinizi azaldın. İdeal olmağı unudun. Özünüzü dünyanın ən key, bacarıqsız insanı hesab edin.
-Özünüzü təhlükəsiz hiss edin. Sizin həyatınız üçün təhlükə yoxdursa, qalanı boş şeydir.
-Ətrafdan, doğmalardan diqqət tələb edin, arzularınızı bildirin, ya da heç olmasa sizi narahat etməsin.
-Uşaqlığınıza qayıdın. Uşaqlıqda sizi nə sevindirirdisə, onları edin. Şirniyyat, şirin pambıq, cizgi filmi, yelləncək. İnanın ki, beyniniz buna görə sizə təşəkkür edəcək.
-Bədəninizi və beyninizi illərlə adət etdiyi hərəkətlərdən, vərdişlərdən uzaqlaşdırın. Nəyi illərlə etmisizsə, onları yox, tamam başqa əks şeylər etməlisiz. Bu zaman beyin neyronları yeni bir həyata açılmaq istədiyinizi anlayacaq.
-Ürəyiniz istədiyiniz, sizə rahatlıq verən insanlarla ünsiyyətdə olun.
Digər insanlarla münasibəti sıfıra endirin. Sanki yoxsuz. Lazım gəlsə yeni tanışlıqlar edin. Müxtəlif qruplara qoşulun.
-Bədəninizə qulluq edin. Buna özünüzü məcbur etməlisiz. Gəzinti, masaj, yoqa, hovuz, müxtəlif kosmetoloji vasitələr, müalicəvi prosedurlar - mütləqdir.
-Kənardan kömək alın. Yaxşı bir psixiatr, nevroloq və psixoloqla beyninizi, psixikanızı müalicə edin.

Xəbər 531 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

20.08.2019
Uzun və xoşbəxt evliliklərin sirri
20.08.2019
İdeal valideyn kimdir?
20.08.2019
Üzr istəməkdən çəkinməyin!
20.08.2019
Uşaq ailənin güzgüsüdür
20.08.2019
İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Süd məhsulları nə zaman qəbul edilməlidir ki, orqanizmə faydası olsun
20 AVQUST  |   14:49
Ağız qoxusu - Səbəbləri və çarələri
20 AVQUST  |   14:36

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Gur saçlara nail olmağın yolları – Xanımlara məsləhət!
20 AVQUST  |   17:46
Yanmış saçlardan xilas olmağın ən asan və ucuz yolu!
20 AVQUST  |   17:35

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info