İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

25 İYUN
15:38 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:29 Üç güləşçimiz yarımfinalda - Avropa Oyunları
15:16 “15 min verib deyirsən ki, gəl toyumu korla” - Əməkdar artist
15:00 “Bilirdim bu şou-biznes etibarsız adamlarla doludur“ - Borcunu qaytarmadılar
14:46 İşçilərin motivasiyası: əsas növləri və metodları. İşçilərin motivasiya sistemi
14:33 Varlı olmağın 6 sirri: Bizə mane olan nədir?
14:25 Zəngin xanım olmaq üçün 10 taktika
14:15 Ayın mantiyasında anomal hal aşkar edilib
14:00 Havanın çirklənmə dərəcəsinin ölçülməsi üçün portativ ötürücü icad edilib
13:45 “Neftçi“nin cavab oyununun da vaxtı bilindi - Avropa Liqası
13:33 Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi
13:21 Cüdo yığmamız mübarizəni dayandırdı - “Minsk-2019“
13:11 Dünyanın ən bahalı gitarası
13:00 Bu göldə ölən heyvanlar çürümür
12:47 Yayın ən dəbli və rahat ayaqqabı stilləri
12:36 Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir
12:23 Nigar yəhudi əsilli oğlana ərə getdi
12:14 “Məşqə gəlib, şəkil çəkdirirlər ki, trenddən geri qalmasınlar“
22 İYUN
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:44 Ayaqlarda damarları görünməz etmək üçün XALQ TƏBABƏTİ vasitələri
12:36 Qaşları qalın və gözəl edən 3 TƏBİİ VASİTƏ
12:24 Bu dəfə onun toyuna yığışdılar – Müğənni ilə şıdırğı rəqs etdi
12:12 Bu gün Avropa Oyunlarında idmançılarımızdan kimlər yarışacaq?
12:00 Çili 1/4 finalda
11:48 Robot polis işə başladı
11:37 Qrenlandiya buzlaqlarının əriməsi nəticəsində okeanın səviyyəsi 2100-cü ilə qədər 33 santimetr arta bilər
11:23 Qarpız salatı - Super dadlı RESEPT
11:15 Afət Fərmanqızı ərdə olduğunu elan etdi: “Bilsinlər ki...“
10:26 Günün qoroskopu
10:13 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
21 İYUN
15:48 “Roma“nın hücumçusu “Spartak“da
15:25 “Beşiktaş“ 19 yaşlı hücumçu alır
15:00 Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydası
14:49 Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin fərqi və faydaları
13:25 70 karat çəkidə olan almaz daşına “Saxalin“ adı verilib
13:00 Faiq Ağayevdən Aygün Kazımova ilə küsülü olmasına münasibət
12:49 “Gündəmə gəlmək üçün meymunluq edirlər”
12:35 Tibb sahəsində süni intellektin tətbiqi üzrə dünya lideri
12:25 Afət Fərmanqızı ərə gedib?

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (67680)
2 PRESS-ANONS (34092)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (27901)
4 Banan qabığı təbii məlhəmdir (27840)
5 Qreyfrutun faydaları və zərərləri (22743)
Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?
Tarix: 13.06 | Saat: 14:49 | E-mail | Çapa göndər

Elə bir insan tapılmaz ki, nə vaxtsa dişi ilə bağlı problem yaşamasın.
Statistikaya görə, dünya əhalisinin 90%-ə qədəri diş sırasının və dişlərinin düz olmamasından şikayətlənir. Hər üç nəfərdən biri isə ixtisaslaşmış ortodontik müdaxilə tələb edir. Bəzən isə körpə uşaqlarda belə süd dişlərinin əyri çıxması halları müşahidə edilir.
Dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu gün Azərbaycan bu baxımdan inkişaf edib.
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən stomatoloq Ramil Yusubovun sözlərinə görə, daimi dişlər 12-14 yaşda tam çıxaraq tamamlanır. Bu dövrdən 40-45 yaşa qədər insanlarda breketlərdən istifadə edərək diş əyriliyini bərpa etmək mümkündür: "Ancaq bəzi yaşlı insanların damaqlarında diş əti qaçmış və ya dişin 1/3 hissəsinin sümükdə yerləşməsi kimi paradonit hallar olur ki, belə dişlərə breket tətbiq etmək olmur”.
Mütəxəssisin sözlərinə görə, breket qoymaqda məqsəd diş cərgəsində olan problemləri aradan götürməkdir.
"Bəzən erkən yaşlarda çənə-sümük sisteminə də təsir etmək mümkün olur. Çənə-sümük sistemindəki problemlərə praqmatiya, alt çənənin nisbətən önə çıxması, üst çənənin inkişafdan geri qalması və s. hallar daxildir. Ancaq sümük formalaşdıqdan, yəni 18-20 yaşdan sonra breket çənə-sümük sisteminə çox da effektiv təsir etmir. Ancaq diş cərgəsini düzəltmək mümkün olur”, - deyə R.Yusubov bildirib.
Stomatoloqun sözlərinə görə, hazırda istifadə edilən breketlər daha keyfiyyətli və daha rahatdır: "Öncələr yalnız uşaqların diş forması düzəldilirdi. Bir az yaş artıqdan sonra bu, mümkün olmurdu. Ancaq hazırda 40 yaşlı pasiyentin də diş cərgəsində olan əyrilikləri bərpa etmək mümkündür”.
"Bəzən dişləri düzəldikdən sonra yenidən əyilmə hallarına rast gəlinir, bu nədən irəli gəlir” sualını da cavablandıran stomatoloq hər bir patoloji prosesin yaranma səbəbinin olduğunu vurğulayıb: "Dişin əyriliyini yaradan səbəbi aradan götürmədən düzəltsək, həm nəticəni gec əldə edəcəyik, həm də dişlər yenidən əyilər. Yəni residiv baş verər.
Məsələn, pasientdə hər hansı burun boşluğundakı problemlərdən yaranan rahat tənəffüs etməmək halları çənədə bir sıra qüsurlara səbəb olur. Pasient rahat nəfəs üçün ağızla nəfəs alır, bu zaman ağız boşlugundakı hava axını rahat olsun deyə dili yuxarı damağa söykənir, bunun hesabına əng sümüyü irəli doğru inkişaf edir. Vaxtında valideyn bu vəziyyətə müdaxilə etsə, ağız boşluğundakı problemin də qarşısı alınar”.
Bundan əlavə, stomatoloq uşaqlarda dişlərin əyri çıxmasının səbəblərindən də bəhs edib: "Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir. Uşaqları bəd vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər.
16 -25 yaş ərəfəsində ağıl dişi çıxarkən diş cərgəsində ağıl dişinə yer olmadıqda 16 yaşına qədər pasientin diş cərgəsi ideal olsa da, sonradan ağıl dişinin təsiri nəticəsində əyilmə baş verir”.
Ramil Yusubov diş əyriliyinin səbəbinin genetik faktorlardan da asılı ola biləcəyini qeyd edərək, uşaqları vaxtında diş müayinəsinə aparmağı tövsiyə edib.

Xəbər 59 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

22.06.2019
Ayaqlarda damarları görünməz etmək üçün XALQ TƏBABƏTİ vasitələri
21.06.2019
Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydası
21.06.2019
Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin fərqi və faydaları
20.06.2019
Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin! - Yanlış nəticə alacaqsınız
20.06.2019
Yağlı yeməkdən sonra soyuq su içməyin, yoxsa...


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

27 İYUN
12:00 PRESS-ANONS
27 İyun Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Ayaqlarda damarları görünməz etmək üçün XALQ TƏBABƏTİ vasitələri
22 İYUN  |   12:44
Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydası
21 İYUN  |   15:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Zəngin xanım olmaq üçün 10 taktika
25 İYUN  |   14:25
Yayın ən dəbli və rahat ayaqqabı stilləri
25 İYUN  |   12:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info