İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

20 İYUL
13:00 Xərçəngdən qoruyan 7 qida - SİYAHI
12:46 Uşaqlı səfər üçün 10 qayda
12:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:23 Çiyələklə biskvitli rulet
12:15 Səhər və ya axşam duş qəbul etmək daha faydalıdır?
12:00 “Ayaks“ de Liqtin əvəzləyicisini tapdı
11:43 “Real”ın hücumçusu İtaliya klubunda
11:32 Süni intellekt sahəsində layihələrin sayı 10 dəfə artacaq
11:21 Hərbi xidməti başa vuran “Miran“ köhnə imicinə qayıdır
11:13 “Biz çəkəndə, Azərbaycanda heç kim film çəkmirdi“
19 İYUL
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:46 Ətirli şokoladlı pryaniklər
14:38 Obi Mikel millidən getdi
14:27 Şahzadələr üçün gecə maskası: səhər özünü tanımayacaqsan!
14:12 Ekspertdən xəbərdarlıq - İsti havada bu meyvələri qəbul edin
14:00 Günəşi heç vaxt belə görməmisiniz - NASA tarixin ən nadir FOTOsunu yaydı
13:45 “Arsenal“ 20 yaşlı müdafiəçi aldı
13:33 Möhtəşəm tətil yaşamağın sirləri: bu detallar istirahətinizi unudulmaz edəcək
13:25 Şüşədə okeana atılmış məktub 50 il sonra tapıldı
13:11 180 minə aldığı oyunçunu 18 milyona satır - “Fənər“dən supertransfer
13:00 “Roma“dan yeni transfer
12:45 “Benfika“ “Yuventus“un qapıçısını geri qaytardı - zədəsinə görə
12:39 Nəsrin Cavadzadə: “7 uşaq istəyirəm”
12:24 Könül Kərimova nənə oldu
12:13 Mətanət İsgəndərli valideynləri ilə
18 İYUL
14:35 Dərini təmizləyən çox ucuz və effektli vasitə
14:27 “Qarabağ“ın “Dundalk“la oyunlarının vaxtı açıqlandı
14:15 “Qarabağ“ Azərbaycanın xalını artırdı - UEFA reytinqi
14:00 Bu da Aynur Dadaşovanın qızı - İLK DƏFƏ ÜZÜNÜ GÖSTƏRDİ
13:48 Rusiyada Avropanın ən böyük almazı aşkar olunub
13:39 Bardaş qurub oturmağın MÖCÜZƏVİ FAYDASI
13:27 Varikoz, baş ağrısı, ostexondroza qarşı - DƏFNƏLİ YAĞ
13:16 Qanazlığında qidalanma - Gündəlik menyu cədvəli
13:00 Gilas meyvələrinin qəbulu qanı təmizləyir və arıqlamağa kömək edir
12:48 Min ildir bu adaya heç kim girə bilmir
12:35 Mars missiyası üçün 3D sümük və dəri istehsal edilir
12:25 Oğlunun Adriana Lima ilə sevgili olmasına ŞOK OLDU
12:14 Muradla Ülviyyə aparıcılığa başlayır
17 İYUL
15:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Lobya turşusu necə hazırlanır? - RESEPT

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (71267)
2 PRESS-ANONS (34261)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (28776)
4 Banan qabığı təbii məlhəmdir (28257)
5 Qreyfrutun faydaları və zərərləri (23445)
Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının qeydiyyatı başlanıb
Tarix: 13.06 | Saat: 11:00 | E-mail | Çapa göndər

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elektron ərizələrin qəbulu iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır.
Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaq.
Müsabiqədə iştirak ödənişsizdir.
Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalavrlar ixtisas seçimində DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyənləşdirdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I, II, III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcəklər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar ixtisasların uyğunluğu cədvəlinə müvafiq olaraq, seçdikləri komissiya üzrə - V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya - dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.
İxtisas seçimi zamanı eyni yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək:
1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.
Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) müvafiq orta ixtisas təhsili müəssisəsi tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək təsdiqlənməlidir.
Yuxarıda qeyd olunan göstəriciləri “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilən və cari ilin buraxılış kursunda oxuyan kollec məzunları da müsabiqədə iştirak edə bilərlər.
Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.
Subbakalavrlar ali təhsil müəssisələrinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər. Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.
Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyənləşdirdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilər.
İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Xəbər 291 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

08.07.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına başlanılıb
03.07.2019
Attestatların verilməsinə başlanılıb
13.05.2019
Abituriyentlərin nəzərinə!
10.05.2019
Paytaxt məktəblərində Qələbə Günü qeyd olunub
06.05.2019
Kosmik hava proqnozu açıqlanıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

22 İYUL
11:00 PRESS-ANONS
22 İyul Anons 2019
15:00 PRESS-ANONS
22 İyul Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Xərçəngdən qoruyan 7 qida - SİYAHI
20 İYUL  |   13:00
Ətirli şokoladlı pryaniklər
19 İYUL  |   14:46

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Uşaqlı səfər üçün 10 qayda
20 İYUL  |   12:46
Çiyələklə biskvitli rulet
20 İYUL  |   12:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1354

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info