İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

25 İYUN
15:38 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:29 Üç güləşçimiz yarımfinalda - Avropa Oyunları
15:16 “15 min verib deyirsən ki, gəl toyumu korla” - Əməkdar artist
15:00 “Bilirdim bu şou-biznes etibarsız adamlarla doludur“ - Borcunu qaytarmadılar
14:46 İşçilərin motivasiyası: əsas növləri və metodları. İşçilərin motivasiya sistemi
14:33 Varlı olmağın 6 sirri: Bizə mane olan nədir?
14:25 Zəngin xanım olmaq üçün 10 taktika
14:15 Ayın mantiyasında anomal hal aşkar edilib
14:00 Havanın çirklənmə dərəcəsinin ölçülməsi üçün portativ ötürücü icad edilib
13:45 “Neftçi“nin cavab oyununun da vaxtı bilindi - Avropa Liqası
13:33 Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi
13:21 Cüdo yığmamız mübarizəni dayandırdı - “Minsk-2019“
13:11 Dünyanın ən bahalı gitarası
13:00 Bu göldə ölən heyvanlar çürümür
12:47 Yayın ən dəbli və rahat ayaqqabı stilləri
12:36 Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir
12:23 Nigar yəhudi əsilli oğlana ərə getdi
12:14 “Məşqə gəlib, şəkil çəkdirirlər ki, trenddən geri qalmasınlar“
22 İYUN
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:44 Ayaqlarda damarları görünməz etmək üçün XALQ TƏBABƏTİ vasitələri
12:36 Qaşları qalın və gözəl edən 3 TƏBİİ VASİTƏ
12:24 Bu dəfə onun toyuna yığışdılar – Müğənni ilə şıdırğı rəqs etdi
12:12 Bu gün Avropa Oyunlarında idmançılarımızdan kimlər yarışacaq?
12:00 Çili 1/4 finalda
11:48 Robot polis işə başladı
11:37 Qrenlandiya buzlaqlarının əriməsi nəticəsində okeanın səviyyəsi 2100-cü ilə qədər 33 santimetr arta bilər
11:23 Qarpız salatı - Super dadlı RESEPT
11:15 Afət Fərmanqızı ərdə olduğunu elan etdi: “Bilsinlər ki...“
10:26 Günün qoroskopu
10:13 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:07 Atəşkəs pozulub
21 İYUN
15:48 “Roma“nın hücumçusu “Spartak“da
15:25 “Beşiktaş“ 19 yaşlı hücumçu alır
15:00 Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydası
14:49 Yaşıl, qırmızı, sarı – Bolqar bibərlərinin fərqi və faydaları
13:25 70 karat çəkidə olan almaz daşına “Saxalin“ adı verilib
13:00 Faiq Ağayevdən Aygün Kazımova ilə küsülü olmasına münasibət
12:49 “Gündəmə gəlmək üçün meymunluq edirlər”
12:35 Tibb sahəsində süni intellektin tətbiqi üzrə dünya lideri
12:25 Afət Fərmanqızı ərə gedib?

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (67680)
2 PRESS-ANONS (34092)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (27901)
4 Banan qabığı təbii məlhəmdir (27840)
5 Qreyfrutun faydaları və zərərləri (22743)
Utancaqlığın səbəbi nədir? Ondan qurtulmaq olarmı?
Tarix: 13.06 | Saat: 15:39 | E-mail | Çapa göndər

Bir məclisə gedəndə yeni insanlarla tanış olmaq, onlarla danışmaq fikri sizi qorxudurmu? Ya da kütlə qarşısında çıxış etməyi və ya bir tədbirdə aparıcı olmağı düşünmək belə sizi tərlədirmi? Elədirsə, tək deyilsiz.
Akindele Michael utancaq uşağı idi. Nigeriyada vaxtının çoxunu ailəsinin evində keçirirdi. Amma valideynləri heç utancaq deyildilər. Akindele düşünür ki, evdəki qoruyucu mühitdə böyüdüyü üçün utancaq olub. Bu, həqiqətən də belədirmi?
Londondakı "Kings College"-də inkişaf etmiş davranışın genetikası professoru Thalia Eley bunun qismən doğru olduğunu bildirir:
"Utancaqlıq xasiyyətdən irəli gəlir, xasiyyət isə şəxsiyyətlə əlaqəli deyil. Kiçik yaşlı uşaqlar digər insanlarla ünsiyyət qurmağa başlayanda tanımadıqları biriylə danışırkən davranışlarındakı rahatlıq səviyyəsi dəyişir".
Eley həmçinin deyir ki, utancaqlığın sadəcə 30 faizi genetika ilə bağlıdır, yerdə qalan hissəsi ətraf təsirlərdən qaynaqlanır.
Genetikanın təsirini öyrənmək istiqamətindəki araşdırmalar bir-birinin genetik eynisi olan tək yumurta əkizləri üzərində aparılır.
Eley hesab edir ki, bu tip xüsusiyyətlərin yaranmasında yan faktorlar daha əhəmiyyətlidir. Genetika ilə bağlı maraqlı məqamlardan biri də bizi ətraf təsirlərin içində bizə uyğun qismə yönəltməsidir.
Məsələn, utancaq uşaq oyun parkındakı digər uşaqlarla oynamaq əvəzinə, daha çox onları müşahidə etməyə meyilli olur. Bu halın təkrarlanması uşağın tək olanda özünü daha rahat hiss etməsiylə nəticələnə bilər.
"Əslində, bu və ya digəri demək olmaz, genetika və ətraf mühit bir-birinə təsir edir və onlar birlikdə fəaliyyət göstərirlər. Bu, dinamik bir sistemdir, ona görə də psixoloji müalicə ilə dəyişdirmək mümkündür" - Eley belə deyir.
sosiallaşmaq
Bəs, utancaqlıq pis şeydirmi?
Londondakı Həyəcan Pozğunluqları və Travma Mərkəzinin psixoloqu Chloe Foster hesab edir ki, utancaqlıq çox yayılmış və normal haldır, sosial narahatlıq yaratmadığı müddətcə başqa bir problem yaratmır.
Foster deyir ki, insanlar "görməli olduqları bir çox işdən yayındıqları zaman" müalicə olunmaq istəyirlər. Bu, iş yoldaşları ilə normal dialoq qura bilməmək, sosiallaşmağa çətinlik çəkmək və başqaları tərəfindən mühakimə ediləcəyini düşünmək kimi hallara aiddir.
Təkamülə bağlı səbəblər
Eley hesab edir ki, insanlarda utancaqlıq hissinin inkişaf etməsi, ola bilsin, təkamül prosesinin nəticəsidir:
"Qupunuzdakı insanların kənara kəşfə çıxıb yeni qruplarla rabitə qurması faydalı ola bilər, amma risk sevməyən və içəridə qalıb balaları qorumaq işini daha yaxşı təşkil edən insanlara da ehtiyac olmalıdır".
Eley deyir ki, utancaq olan və sosial narahatlıq daşıyan insanlar üçün ən təsirli müalicə idraki davranış terapiyasıdır (BDT). Bu müalicə zamanı insanın düşüncə və davranış qəliblərini dəyişdirməyə çalışırlar.
BDT bu cür neqativ düşüncələrin və faydalı hesab etdiyimiz davranışların təsbitinə yardım edir. Deyəcəyi söz üçün əvvəlcədən hazırlaşmaq və ya göz təmasından qaçmaq insanda daha çox narahatlıq yarada bilir.
sosiallaşmaq
Foster deyir ki, utancaqlığa görə kütlə qarşısında danışmağa çətinlik çəkən insanların əsas problemi bir çox hallarda özləri üçün yüksək performans standartları müəyyənləşdirmələrindən qaynaqlanır:
"Halbuki, bir az sakitləşib özümüzə bir-iki dərin nəfəs almaq fürsəti versək, narahatlığımız bir qədər azalacaq",
Bundan başqa, ətrafda baş verənlərə fokuslanmaq da faydalıdır. Özümüzə yox, dinləyiciyə diqqət etmək səhv sözlər seçmək qorxusunun azalmasına kömək edə bilər.
Sosiallaşma mühitlərinə yeni yanaşma lazımdır. Biz o mühitlərdə ən çox nədən qorxduğumuzu özümüzdən soruşa bilərik. Darıxdırıcı biri olaraq görünməkdən, yoxsa deməyə bir söz tapmamaqdan qorxuruq? Narahatlığımız barədə nə qədər çox şey bilsək, ona meydan oxumaq şansımız bir o qədər çox olar.
Kaliforniya Davis Universitetində şəxsiyyətin psixologiyası üzrə doktorluq işi müdafiə etmiş Jessi Sun utancaqlıqla içinə qapanmağın eyni şey olmadığını deyir.
Adətən, insanlar içinə qapanmağı daxili müşahidəçiliyə və ya düşüncə kəşfinə maraq kimi qiymətləndirirlər. Amma psixoloqlar hesab edirlər ki, bu, yeni təcrübələrə hazır olmaq kimi fərqli bir xarakter xüsusiyyətidir.
Utancaq adamlar əsasən içinə qapanmış olurlar, amma bu xüsusiyyət utanacaq olmayan, sadəcə tək qalmağı xoşlayan şəxslərdə də var.
Sun deyir ki, "şəxsiyyət xüsusiyyətləri xoşbəxtlik proqnozu baxımından ən güclü göstəricilərdən biridir və ünsiyyətcil olmaqla özünü yaxşı hiss etmək arasında güclü bir əlaqə var".
"Ünsiyyətcil adamlar daha çox həyəcan, coşğu və sevinc hissi yaşayırlar, içinə qapalı adamlarda isə bu hisslər nisbətən zəif olur" - Sun belə deyir.
Bəs, içinə qapalı insanlar ünsiyyətcil olmağa çalışsalar, eyni coşğu və həyacanı hiss edə bilərlərmi?
Sun bir həftəlik qısa bir təcrübəsi zamanı iştirakçılardan həmişəkindən daha ünsiyyətcil, aktiv, cəsur və israrlı davranmağı xahiş edib. Məlum olub ki, ünsiyyətcil adamlar daha pozitiv və orijinal hisslər yaşayıblar, amma içinə qapalı olanların hisslərində xüsusi bir artım olmayıb. Hədsiz səviyyədə aqapalı adamlarda isə hətta yorğunluq və daha neqativ hisslər müşahidə edilib.
Sun deyir ki, içinə qapalı və ya utancaq adamlardan bir həftə boyu bu qədər fərqli davranış gözləmək çox da doğru deyil, amma qısa zaman kəsiklərində belə davranmaları onlar üçün faydalı ola bilər.
Mədəniyyətlərin təsiri
İnsanın utancaq olub-olmadığını müəyyənləşdirməkdə ətraf mühitin təsirini bilmək vacibdirsə, bəs, içinə qapalı şəxslərin xoşbəxtliyinə mədəniyətlərin də təsiri varmı?
Belə hesab olunur ki, ABŞ-da özünə inamlı, ünsiyyətcil adamlara daha çox üstünlük verilir. Amma Yaponiya və Çin də daxil olmaqla, Asiya ölkələrində sakit və özünə qapalı insanlar təqdir edilir.
Göz təmasına münasibət də ölkədən-ölkəyə dəyişir. Qərbdə göz təmasına müsbət xüsusiyyət kimi yanaşırlar, Asiya və Afrika kimi digər mədəniyyətlərdə isə bunu sayğısızlıq və meydanoxuma kimi qiymətləndirə bilərlər.
Sun vurğulayır ki, bu cür mədəniyyət fərqlərinə baxmayaraq bütün ölkələrdə ünsiyyətcil insanlar daha xoşbəxtdirlər.
Amma içinə qapalı olmaq da özü-özlüyündə mənfi xüsusiyyət hesab olunmur.
"Səssizlik: dayanmadan danışılan bir dünyada içinə qapananların gücü" adlı kitab yazan Susam Cain belə deyir:
"İçinə qapalılığı müalicə edilməli bir şey kimi görməyin... Ən yaxşı natiq olmaqla ən yaxşı fikirlərə sahib olmaq arasında zərrə qədər də əlaqə yoxdur".
Milli.Az

Xəbər 61 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

25.06.2019
İşçilərin motivasiyası: əsas növləri və metodları. İşçilərin motivasiya sistemi
25.06.2019
Varlı olmağın 6 sirri: Bizə mane olan nədir?
25.06.2019
Ayın mantiyasında anomal hal aşkar edilib
25.06.2019
Havanın çirklənmə dərəcəsinin ölçülməsi üçün portativ ötürücü icad edilib
25.06.2019
Marsda canlı həyat tapıldı - NASA alimləri etiraf etdi


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

27 İYUN
12:00 PRESS-ANONS
27 İyun Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Ayaqlarda damarları görünməz etmək üçün XALQ TƏBABƏTİ vasitələri
22 İYUN  |   12:44
Sağlamlığı qorumaq istəyənlər qarpız yesin! Nəhəng giləmeyvənin 7 faydası
21 İYUN  |   15:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Zəngin xanım olmaq üçün 10 taktika
25 İYUN  |   14:25
Yayın ən dəbli və rahat ayaqqabı stilləri
25 İYUN  |   12:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info