İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 AVQUST
13:00 Ləzzətli toyuqlu kökələr
12:45 Bu gün A seriyası başlayır
12:39 3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
12:27 Təmiz və hamar dəri üçün ZƏY MASKASI
12:16 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:00 Mozaika muzeyini rekord sayda insan ziyarət edib
11:47 Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
11:38 Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
11:24 Ürək-damar sistemi xəstəliklərindən qoruyan MÖCÜZƏVİ BİTKİ
11:13 DÇ-2022 Bakıda
10:44 Donald Tramp G7 sammitində danışıqların məhsuldar olacağını gözləyir
10:35 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:08 Atəşkəs pozulub
23 AVQUST
18:00 “Bavariya“nın futbolçusu Fransa klubunda
17:46 “Mançester Yunayted“də itki
17:32 Sağlam ürək üçün əzgilin balla qarışığı
17:25 Damarları sağlam edən, təzyiqi salan ucuz və əlçatan MƏHSUL
17:13 Portağal qabıqlarını atmayın! Çox faydalı resept
17:00 İllər sonra yeniyetməlik sevgilisinə ərə gedən məşhur aparıcıdan ŞOK ETİRAF: Vaxtında...
16:47 Kələmin bilmədiyiniz faydaları
16:38 Aloe bitkisinin tükənməz faydaları
16:22 Darçınla alma sobada. Dadlı desert
16:12 Armudun faydası - İnanmayacaqsınız!
16:00 Şirniyyat istəyini bu vasitə ilə aradan qaldıracaqsınız
15:49 Misir kraliçalarının 5 yaş gəncləşdirən maskası
15:25 “Qalatasaray”ın futbolçusu İspaniya klubunda
15:12 Albalı mürəbbəsinin hazırlanması
15:00 “Napoli” tarixinin ən bahalı transferi oldu
14:47 “Qəbələ“nin futbolçusu Küveyt klubunda
14:39 Quarejma “Beşiktaş“dan ayrılır? - son qərarını açıqladı
14:25 Üztanıma funksiyalı eynəklərin sınaqları keçirilir
14:15 Dünyanın ən qədim romanı bu ölkədə yazılıb
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:49 Buxaqdan qurtulmağın yolları
13:22 Kosmetikanı necə saxlamaq lazımdır. MƏSLƏHƏTLƏR
13:14 Yemiş mürəbbəsi. Qeyri-adi dad
13:00 İpək kimi hamar dəriyə sahib olun! MÖHTƏŞƏM MASKA
12:47 Nefti karbon qazına və metana parçalayan mikroorqanizm aşkarlanıb
12:37 Azərbaycanlı aktrisa ana olacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (77102)
2 PRESS-ANONS (34452)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (30030)
4 Banan qabığı təbii məlhəmdir (28832)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24965)
TANAP iyulun 1-dən Avropaya təbii qaz nəqli üçün tam hazırdır
Tarix: 01.07 | Saat: 11:48 | E-mail | Çapa göndər

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi tamamlanıb. Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti iyulun 1-dən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində TAP vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib.
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi ötən il iyunun 12-də keçirilmiş açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri keçən ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP tarixə, eyni zamanda, Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. Ötən il Azərbaycan və qardaş Türkiyənin prezidentlərinin iştirakı ilə TANAP üzərindən Türkiyəyə ilk qazın nəqlinə başladıq. Bu gün isə TANAP artıq Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir və yalnız TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik.
Azərbaycan bu gün bütün dünyaya bir daha göstərib ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollaradək vəsaitə qənaət edərək layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olub. Bu hadisə başda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, belə bir tarixi missiyanı bizə həvalə etmiş Azərbaycan və Türkiyə xalqlarının möhtəşəm uğurudur.”
TANAP layihəsinin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirən SOCAR-ın prezidenti qeyd edib: “Bizə hər zaman yol göstərən, cəsarət verən möhtərəm dövlət başçılarımız başda olmaqla Türkiyə və Azərbaycanın dəyərli ictimai qurum və təşkilatlarına və onların rəhbərlərinə, öz etimad və dəstəkləri ilə fəaliyyətimizə dəyər qatan layihə tərəfdaşlarımıza – “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin timsalında Azərbaycanın bütün dövlət qurumlarına, “Botaş” və BP şirkətlərinə və onların dəyərli rəhbərlərinə, həvəslə çalışaraq və işinə hörmətlə yanaşaraq, bu nəhəng layihəni addım-addım ərsəyə gətirən, işlərin ən qaynar vaxtında sayı 10 minlərlə olan TANAP əməkdaşlarına, o cümlədən layihəyə rəhbərlik edən TANAP-ın dəyərli baş direktoru Saltuk Düzyola, bilik və bacarığını, var qüvvəsini əsirgəməyən və uğurumuzda böyük payı olan podratçılara, tədarükçülərə və digər tərəfdaşlarımıza, layihəyə böyük dəstək verən vətəndaş cəmiyyətlərinə, ictimaiyyəti maarifləndirmə sahəsində vəzifəsini məsuliyyətlə yerinə yetirən mətbuat nümayəndələrinə və gücümüzə güc qatan, təqdirləri ilə bizi qələbələrə həvəsləndirən əziz Azərbaycan və Türkiyə xalqlarına səmimi qəlbdən minnətdarlığımızı bildiririk”.
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılıb. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işləri başlayıb. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan ilk mərhələsi ötən ilin iyununda tamamlanıb. Həmin il iyunun 12-də iki qardaş ölkənin dövlət başçılarının iştirakı ilə Türkiyədə TANAP-ın açılış mərasimi keçirilib. Türkiyəyə kommersiya məqsədli ilk qazın nəqli ötən il iyunun 30-da Əskişəhərdəki çıxış nöqtəsində başlayıb. Bu ilin iyunun sonunadək layihənin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci mərhələsi də uğurla başa çatdırılıb.
Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarə olunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanıbdır. TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bu günədək 1000-dək sosial və ətraf mühit layihəsini həyata keçirilib, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunub.
TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51 faiz), “Botaş” (30 faiz), BP (12 faiz) və “SOCAR Turkey Enerji A.Ş” (7 faiz) şirkətləridir.

Xəbər 166 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

24.08.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
23.08.2019
Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib
23.08.2019
Şamaxı rayonunda 5 yaşayış məntəqəsinin yolu yenidən qurulur
23.08.2019
Dünya birjalarında neftin qiyməti bahalaşıb
22.08.2019
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

26 AVQUST
11:00 PRESS-ANONS
26 Avqust Anons 2019
14:00 PRESS-ANONS
26 Avqust Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Əncir südünün sağlamlığa 10 faydası - Ən qiymətli süddür
24 AVQUST  |   11:47
Qalxanvari vəzini təmizləyir, həyat gücünü artırır - SİRLİ ELİKSİR
24 AVQUST  |   11:38

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ləzzətli toyuqlu kökələr
24 AVQUST  |   13:00
3 sadə NƏMLƏNDİRİCİ MASKA. Reseptlər
24 AVQUST  |   12:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1356

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info