İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93268)
2 PRESS-ANONS (35014)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32949)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (31736)
5 Banan qabığı təbii məlhəmdir (29938)
Dünyanın ən bahalı 10 KÜÇƏSİ
Tarix: 08.07 | Saat: 13:27 | E-mail | Çapa göndər

Yayı turizm mövsümü hesab edirlər. Insanların gəldikləri ölkələrin tarixi yerlərini, gözəl mənzərələrini seyr etməklə yanaşı, mütlət ən böyük alış-veriş mərkəzlərinə də baş çəkməyi unutmurlar. Bu günki insana nəyi geyinməyi öyrətmək lazım deyil. Daha doğrusu ona seçimində bir balaca istiqamət versən, yetər. Lakin bəzi paltarlar var ki, onu ancaq xüsusi yerlərdən, məsələn, müəyyən ölkənin ən bərkgedən mərkəzi küçəsindəki mağazalardan almaq olar. Bu zaman adi şoppinq, bir növ, rituala çevrilir. Ən bahalı paltarlar, ən ekstraordinar brendlər yalnız belə yerlərdə olur. Buradan bazarlıq etsəniz, bununla bütün dostlarınızın içərisində fəxr edə bilərsiniz. Haqqında danışacağım ən bahalı 10 küçənin Azərbaycan prototipi Fəvvarələr meydanı da daxil olmaqla Torqovıdır. Düzdür, Torqovıda bazarlıq edən şəxs İtaliya istehsalı olan pencək alanda əmin olmur ki, bu mal, həqiqətən, Appenindən gətirilib. Dərhal ağla Türkiyənin və ya ən pessimistlərdə isə yerli sexlərin birinin məhsulu olduğu gəlir. Amma ən bahalı 10 küçədə belə şübhələrə yer yoxdur. Bəs onlar hansılardır? Harada yerləşirlər? Adları nədir?
10) Laugavegur
Milli.Az gencaile.az-a istinadən bildirir ki, ənənəyə görə axırdan əvvələ gələk. Nağıllar ölkəsi kimi xarakterizə olunan İslandiyanın paytaxtı Reykyavikdə Laugavegur küçəsi yerləşir. Bu küçə keçmişlə müasirliyin kəsişdiyi nadir nöqtələrdən biridir. Qəribədir ki, Laugavegur Reykyavikin mərkəzi küçəsi deyil. Buranı heç dəbin baş qərargahı da adlandırmaq olmaz. Lakin nə deyəsən ki, vikinqlər bahalı brendlərin əksərini bu küçəyə cəlb edə biliblər. Bir də unutmayaq ki, İslandiya Avropanın ən bahalı ölkələrindən sayılır. Və əgər Laugavegur küçəsindən bir paltar alsanız, sonra isə başqa bir ölkədə ziyafətə oradan alınmış kostyumda getsəniz, əmin ola bilərsiniz ki, heç kim də bu dəstdən olmayacaq.
9) The Magnificient Mile
Çikaqonun bu küçəsi bütün ABŞ-da və ondan kənarda olduqca populyardır. Miçiqan Avenyunun "Möhtəşəm Mili" kimi tərcümə olunan bu küçə dəbin episentridir. Adı dillər əzbəri olan brendlərdən əlavə, ən son ticarət markalarının məhsullarını bu küçədə tapmaq olar. Həmin markalardan Brooks Brothers, Cartier, FAO Shwartz, Gucci, Lord&Taylor, Louis Vuitton, Neiman, Marcus, Tiffany, Hermes və Versace-ni göstərmək olar.
8) Avinguda Diagonal
Bu küçəyə getmək üçün çox səbəb var. Ən azı ona görə ki, Avinguda Diagonal Kataloniyanın mərkəzi şəhəri olan Barselonanın tacıdır. Bizdən yaxşı bilirsiniz ki, Barselopna Avropanın ən qədim və antik memarlıq abidələri ilə zəngin şəhərlərindən biridir. Odur ki, ən bahalı brendlər burada qotik üslublu binaların birinci mərtəbəsində vitrin açmaq üçün dəridən-qabıqdan çıxırdılar. Keçmiş zamanda yazdım, çünki indi nəinki Diaqonal prospektində, hətta adi küçələrdə belə boş yer qalmayıb. Əgər nə vaxtsa Barselonaya getsəniz, bu küçəni mütləq ziyarət edin. Heç nə almaq lazım deyil. Sadəcə olaraq, yay vaxtı bayırda qurulmuş kafelərin birində oturaraq ispan qəhvəsi içə-içə bu füsunkar şəhərin gözəlliyini seyr edin. Sizi əmin edirəm ki, həmin an həyatınıza əbədi həkk olunacaq.
7) Ginza
Avinguda Diagonal-dan Avrasiya materinin tam əsk qütbünə- Günəşin hamıdan tez oyandığı Yaponiyaya gedək. Dünyanın ən bahalı şəhəri Tokioda bir neçə küçə var ki, orada ciblər sürətlə boşalır. Həmin küçələrdən biri də Ginza-dır. Bu küçədə o qədər brend adına rast gəlirsən ki, istər-istəməz başın gicəllənir. Buna qiymətlərin də böyük təsiri var. Bütün vitrinlər Yaponiyanın milli üslubunda bəzədilib. Bir şey almasanız belə, orada gəzən yaponların mehriban və səmimi üzlərinə baxmaq nəyə istəyirsən, dəyər. Ginza gecə xüsusilə gözəldir. Küçənin istənilən yerində yanan saysız-hesabsız və rəngarəng neon lampalar ona xüsusi görkəm verir.
6) Fifth Avenue
Beşinci Avenyu- Manhettenin ən populyar və bahalı küçəsi dilimizdə məhz belə səslənir. Gucci, Henri Bendel, Tiffany, Bergdorf Goodman, Steuben, Christian Dior və Versace öz yerində, bu küçənin ən bahalı və nüfuzlu mağazaları sırasına Saks Fifth Avenue, Bloomingdales və ya Macy"s brendləri də daxildir. Deyilənə görə, bir əlamətə görə hamı dərhal anlayır ki, siz turistsiniz. Məhz mağazaların vitrinlərinin qeyri-adiliyindən gəlmələrin ağzı açılır. Bu da ona gətirib çıxara bilər ki, sizin kimi məftun olmuş başqa bir turistlə toqquşa bilərsiniz.
5) Rodeo Drive
Beverly Hills barəsində eşitmisiniz. Onun haqqında eşitməmək mümkün deyil. Bir çox mütəxəssisin fikrincə, dəbin lap qaynar nöqtəsi elə Rodeo Drive-dir. Cəmi 3 kvartaldan ibarət bu küçəni tez-tez Hollivud ulduzları ziyarət edir. Zarafat deyil, elə paltar dəstləri var ki, onların qiyməti 10 min dollardan başlayır.
4) Bond Street
İngiltərəyə aid nə varsa, onun əsas nöqtəsi qədimliyi ilə bağlı olur. Bu mənada Londonun Bond Street küçəsi də istisna təşkil etmir. 1616-cı ildə bu küçənin adı bir dövlət kitabına düşüb. Dəb ustaları isə Bond Street-i XIX yüzillikdə bəyəniblər. Piccadily Circus-la Oxford Street arasında yerləşən bu küçə ilə qədimliyi ücbatından iki yerə - Old Bond və New Bond-a ayrılıb. Old Bond Street-də aristokrat təbəqəü çün pal-paltar satılır.Cavanların isə New Bond-da alış-veriş etməsi məsləhətdir.Burada antikvariat məhsulların auksionu tez-tez keçirilir.Məhz bu səbəbdənSothbey"s və Phillips auksionlarının baş ofisi Bond Street-də yerləşir.
3) Bahnhofstrasse
Saatlar, banklar və başqa belə dəyərli atributların vətəni İsveçrə siz bu onluq bir qədər solğun görünərdi.Saatlar ölkəsinin ən bahalı şəhəri Sürix bu küçənin yerləşdiyi şəhərdir.Isveçrəlilərin mentalitetini bilmək istəsəniz, bu küçəni gəzməyiniz yetər.Təmizlik, dəqiqlik, səliqə - Bahnhofstrasse küçəsindən alacağınız ilk təəssürat məhz bu şəkildə olacaq. Küçənin uzunluğu 1,5 km olsa da, onun mağazalarının vitrinlərindəki malların minimum qiyməti 1,5 milyon avrodan çoxdur.
2) Via Monte Napoleone
Bu küçə İtaliya sənayesinin mərkəzi olan Milanı bu Top 10-da təmsil edir. Gucci, Cartier, Yyes Saint Laurent, Alexander McQueen, Boucheron, Versace, Valentino, Prada öz yerində, sadəcə olaraq, bir şeyi deyim ki, bu küçənin lap yaxınlığında La Skala yerləşir. Artıq şəhrə ehtiyac yoxdur.
1) Champs Elysees
Və nəhayət zirvə. Dəbdən danışan da Parisin adını çəkməmək günah olardı. Indi əmin olabilərsiniz ki, biz bugün ahabatanlardan olmadıq. Çünki ən bahalı küçə məhz Fransanın paytaxtında yerləşir.Qədim yunanlar Elyses deyəndə axirət dünyasını nəzərdə tuturdular. Yelisey çöllərinin mənası o dünya deməkdir.Ölümdən elə-belə danışmadım.Çünki bu küçədədə ölmək olar, lakin gözəllikdən.Yelisey çölləri turistlərin cibini boşaltmaqda rəqib tanımadığından ən bahalı küçənominasiyasının qalibi olub.Lakin rəfiqənizlə bu küçə boyu gəzib ona heç nə almasanız belə, sizdən inciməz.Axı Champs Elysees-də gəzmək hər cütlüyə nəsib olmur.

Xəbər 254 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.12.2019
“Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
02.12.2019
Marsda “suvuran” qüllələr aşkar edilib
02.12.2019
Maraqlı faktlar
02.12.2019
Özü özünü təmizləyən beton
02.12.2019
Ən qədim şahmat fiquru tapılıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info