İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

23 İYUL
13:25 Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK - Səbəbləri, müalicəsi
13:16 Dırnağını göstər, xəstəliyini deyim...
13:00 “Neymarı transfer etmək çətindir“ - Qrizmann
12:47 51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb
12:33 Nadir Qafarzadə bağ evini niyə satıb?
12:24 Tarkan izləyicilərindən kömək istədi
12:12 “Xoşbəxtəm...“ - Mələkxanım Əyyubova
10:45 Los-Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası keçirilib
10:36 Gədəbəydə daha bir yol yenidən qurulur
10:27 Günün qoroskopu
10:12 Dünya birjalarında neftin qiyməti bahalaşır
10:03 Atəşkəs pozulub
10:00 Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İYUL
16:00 Yüksək təzyiqi normaya salmaq üçün ÇOX SADƏ QAYDA
15:43 Hər dəfə yeməkdən sonra etdiyiniz 5 təhlükəli səhv
15:22 Çempionlar Liqasında 3-cü mərhələnin püşkü atıldı
15:14 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:00 Şehiç “Ərzurumspor”dan gedir – “Qarabağ”a qayıdacaqmı?
14:47 Azərbaycanlı aparıcı xəstəxanaya düşdü
14:36 Neymarın əvəzinə Beyl + 90 milyon
14:35 Bu qidalar dişləri və diş ətini qoruyur
14:25 Ağrıdan dərmansız da qurtulmaq olar?
14:13 Ayaqlarda şiş yaranmasının səbəbləri – MÜALİCƏ ÜSULU
14:00 Xırda qırışları yox edən maska
13:45 Gözəl görünmək istəyənlərə 12 məsləhət
13:39 Tuheldən Neymar açıqlaması
13:27 Pilotsuz elektrobuslar istifadəyə verildi
13:15 Göz makiyajının 11 sirri
13:13 Daban çatları üçün təbii müalicə
13:00 Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi
12:46 Gəlinlik alarkən nəzərə alınmalı məqamlar
12:33 Uğurlu iş görüşməsi üçün 4 qayda
12:24 Boyunuz qısadırsa, geyiminizdə nələrə diqqət etməlisiniz?
12:15 İş təcrübəsinin az olmasını üstünlüyə necə çevirmək olar?
20 İYUL
13:00 Xərçəngdən qoruyan 7 qida - SİYAHI
12:46 Uşaqlı səfər üçün 10 qayda
12:36 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:23 Çiyələklə biskvitli rulet
12:15 Səhər və ya axşam duş qəbul etmək daha faydalıdır?
12:00 “Ayaks“ de Liqtin əvəzləyicisini tapdı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (71567)
2 PRESS-ANONS (34265)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (28806)
4 Banan qabığı təbii məlhəmdir (28286)
5 Qreyfrutun faydaları və zərərləri (23495)
Müxtəlif ölkələrin qeyri-adi səhər yeməkləri
Tarix: 10.07 | Saat: 12:13 | E-mail | Çapa göndər

Yulaf yarması, buterbrodlar, qəhvə. Bunları yaddan çıxarın! Xarici ölkələrə səfərləriniz zamanı müxtəlif ölkələrin səhər yeməkləri barədə bilikləriniz sizə lazım ola bilər. Hansı ölkədə səhərlər süfrəyə "baba qanuş" verilir, səhər yeməyində bar nəyə lazımdır və "kayseki" səhər yeməyi nə deməkdir?
İtaliya. Demək olar ki, səhər yeməyi olmadan: qəhvə, qəzet, bar masası
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyada səhər yeməyində qəhvəni kruassanla (kornetto) içmək qəbul edilib. Adama elə gəlir ki, burada qeyri-adi heç nə yoxdur. Lakin burada əsas ab-havadır.
"İtalyanlar səhər yeməyini barda yeyirlər. Bu zaman onlar səhər qəzetlərini gözdən keçirir, orada yemək yeyən tanışları ilə ünsiyyət qururlar. Oradakı barlar çox vaxt digər ölkələrdəki ilə müqayisədə daha sadə olur: yalnız bar masası. Lakin bir neçə evə yetəcək bar masası demək olar ki, hər evin qarşısında yerləşir. Əsl İtaliya məhz oradadır", - deyə İtaliyanın turizm üzrə milli agentliyində bildiriblər.
Otellərdə ənənəvi italyan səhər yeməyi təklif olunur. Buraya, bir qayda olaraq, müxtəlif cür çörək məhsulları (o cümlədən əlbəttə ki, kruassan, hətta kəpəklisi belə), tostlar, vetçina, pendir, yağ, şirələr, qəhvə daxildir.
Yaponiya. Yüksək səviyyəli mətbəx: qıcqırdılmış paxla və üç növ xörək
Ənənəvi yapon səhər yeməyinə düyü, "tamaqo-yaki" (soya sousu ilə rulet şəklində bükülmüş omlet), miso-şorba, marinadlaşdırılmış tərəvəz və "natto" - qıcqırdılmış soya paxlasından olan xörək aid edilir. Təcrübəli səyyahların sözlərinə görə, paxlanın dadı olduqca spesifikdir, bu səbəbdən də əcnəbilərin heç də hamısı onu qəbul etmir. "Dadı şortəhərdir, ətri isə ammonyaka bənzəyir" - nattonu reseptlərdə belə təsvir edirlər.
Əgər turist rökanda - klassik yapon mehmanxanasında qalıbsa, o zaman "kayseki röriyə" - qeyri-adi və çox dadlı səhər yeməyinə və ya nahara hazır olmalıdır. Bu ənənəvi yemək yüksək səviyyəli yapon mətbəxidir. Axşam yeməyində azı 7 cür yemək təklif edilir. Ənənəvi olaraq isə bu yeməklərin sayı 12-dən daha çox olur. Yaxşı rökanlarda "kayseki röri" tərkibində azı 3 cür xörəklə təqdim edilən səhər yeməyidir. Bu yeməklərin hazırlanması və süfrəyə verilməsi əsl incəsənət, yapon mətbəxinin əsas mahiyyətidir: şorbadan ("itidzü"), qəlyanaltıdan ("sansay") tutmuş susi, sasimi, mövsümi balıq, tərəvəz və desertədək. Düyü mütləqdir.
Norveç. Sadəcə buterbrod deyil, habelə pendir, vafli və çoxlu balıq
"Norveç səhər yeməyində ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin bu, belə deyil. Məsələn, Norveç dilində buterbrodu hazırlamaq üçün çörəyin arasına qoyulan ərzaqlar bir sözlə - poleqlə (pålegg) ifadə olunur", -deyə Norveçin turizm üzrə şurasının direktoru Olqa Filippenko bildirir. Poleq qismində bir çoxları qəhvəyi bryunust pendirini seçirlər. Şirintəhər dada malik (bəziləri bu pendiri şortəhər bişmiş qatılaşdırılmış süd ilə müqayisə edirlər) pendir süd qarışığının (inək, qoyun və ya keçi südü), qaymaq və zərdabın buxara verilməsindən alınır. Məşhur Norveç pendiri təzə bişən vafli ilə çox uyğun gəlir. Yəqin ki, heç bir norveçli belə səhər yeməyindən imtina etməz.
Oteldə səhər yeməyi qonaqları məyus etməyəcək. Bir çoxları Norveçi dəniz və balıqsız təsəvvür etmirlər. Bu səbəbdən də müxtəlif souslarda siyənəyin bir neçə növü, hisə verilmiş skumbriya, təzə qızılbalıq dilimləri və moyva balığının kürüsü səhər süfrəsinin əvəzolunmaz yeməkləridir.
Hindistan. Çayla süd də ədvalı və acıdır
Hindistanda adətən səhər yeməyi içərisində kiçik fincanların - katorilərin qoyulduğu böyük qabda, yaxud məcməyidə verilir. Bu, "dal makhani" ("dal" ilə hazırlanan ədviyyatlı yemək), "poha" (düyüdən hazırlanan qəlyanaltı), ağartı məhsullarından bişirilən yeməklər, "karri"də yumurta, kartofla pendirdən hazırlanan kürəciklər, tərəvəzlər ola bilər. Hər şey ədvalı və çox acı olur. Səhər yeməyinə mütləq düyü ilə mərci və düyü unundan bişirilmiş nazik "dosa" kökələri əlavə edilir. Ənənəvi içki - masala çayıdır (süddə, ədvalı). Əsas qayda isə yeməklərin sağ əllə, çəngəl-qaşıq istifadə etmədən yeyilməsidir.
Moskvadan olan turist Natalya Venediktova deyir: "Qoada biz oteldə deyil, turist zonasından uzaqda yerləşən kiçik evdə qalmağa qərar verdik. Hər səhər evin sahibi bizə yemək gətirirdi. O, bizim üçün lobyalı və ədviyyatlı kartof sıyığı, soğanlı və ədviyyatlı kökələr, kotletə bənzəyən düyü kürəcikləri hazırlayırdı. Əlbəttə ki, bir də masala çayı".
Efiopiyadan tutmuş Kareliyayadək: şorba, meyvə ilə balıq və doqqaz
Praktik olaraq, hər bir ölkənin səhər süfrəsinin öz xüsusiyyətləri var. Məsələn, Vyetnamda ənənəvi səhər yeməyi əriştəli şorbadır: "fo-bo" - mal əti ilə və ya "fo-qa" - toyuq ilə. Peruda "seviçe" (laym şirəsində marinadlaşdırılmış balıq və dəniz məhsulları), Yamaykada isə duzlu balığı yerli meyvələrlə hazırlayırlar.
Efiopiyada səhər yeməyində ıncera - ənənəvi çörək təqdim edirlər. Diametri azı bir metrə çatan kökə həm yemək, həm də boşqab rolunu oynayır: kökənin üstünə ət, düyü, kartof, souslar qoyulur.
Məşhur "hər şey daxil" sisteminə Türkiyədə ənənəvi səhər yeməyi təqdim edilir. Buraya dadlı və faydalı yeməklər - tərəvəzlər, təzə çörək, müxtəlif pendir növləri, o cümlədən keçi pendiri də daxildir. Adətən axşama doğru içilən məşhur qəhvənin əvəzinə səhəri türksayağı çayla qarşılayırlar.
Rusiya regionlarında da maraqlı ənənələr az deyil. Məsələn, marilərin (Mari Respublikası) səhər yeməyi "pulaşkamuno" (yumurta, süd, kartof və göyərtidən hazırlanan xörək), Kareliyada isə "kalitki"dir.
Tur şirkətlərində milli səhər yeməyi təklif olunur: sıyıq, dadlı Kareliya duzlu balığı, qara çörək, mərsin və quşüzümündən hazırlanan mors, kartof və darılı "kalitki"lər. Qafqazda səhər yeməyinə ruletlər təqdim olunur: məsələn, içərisinə pomidor, ədviyyə qoyulan lavaş, yumurtadan, həmçinin bol göyərtili, souslu balıq və ətdən hazırlanmış müxtəlif yeməklər. Həmçinin badımcan və lobyadan hazırlanan qəlyanaltılar da çox populyardır. Bu cür səhər yeməyi dadlı və doyumludur.

Xəbər 82 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.07.2019
51 il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb
22.07.2019
Pilotsuz elektrobuslar istifadəyə verildi
22.07.2019
Uğurlu iş görüşməsi üçün 4 qayda
22.07.2019
İş təcrübəsinin az olmasını üstünlüyə necə çevirmək olar?
20.07.2019
Süni intellekt sahəsində layihələrin sayı 10 dəfə artacaq


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK - Səbəbləri, müalicəsi
23 İYUL  |   13:25
Dırnağını göstər, xəstəliyini deyim...
23 İYUL  |   13:16

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Xırda qırışları yox edən maska
22 İYUL  |   14:00
Gözəl görünmək istəyənlərə 12 məsləhət
22 İYUL  |   13:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1354

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info