İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

12 OKTYABR
13:00 Fransa millisində ciddi itki
12:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:38 Çillər üçün maskalar
12:23 Saçların tökülməsinə qarşı təbii maska
12:12 Üz üçün yumurta maskası
12:00 Nanənin bilmədiyiniz faydaları
11:49 Kartofun bilmədiyiniz faydaları
11:36 “Avro-2020“: bu gün daha 8 oyun var
11:24 Saçı tökülənlər bu qidaları yesin
11:14 NASA orbitə yeni peyk buraxdı - Yerin ion təbəqəsini tədqiq edəcək
11 OKTYABR
18:00 Dişlərə qulluq
17:49 Londonda Konqo adlı şimpanzenin çəkdiyi rəsmlər sərgilənəcək
17:35 Üz üçün xiyar maskaları
17:24 Klopp yenə birinci oldu
17:15 Dəri ekran ixtira olunub
17:00 Tava tortunu necə bişirək
16:43 Çox dadlı göbələk qəlyanaltısı
16:36 Qırmızı velvet keks
16:25 Quru dərilər üçün ən ideal maska-Üzüm maskası
16:12 Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri
16:00 Gözaltı torbalardan azad olmaq üçün 7 usul
15:45 Çinarə Məlikzadə özünü təbrik etdi: “Yaxşı ki varsan“
15:33 Artıq çəki ürək çatışmazlığından müdafiə edir
15:24 Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir
15:15 Kunq-fu üzrə açıq Bakı kuboku turniri keçiriləcək
15:00 Sərbəst güləşçilərimiz Dmitri Korkin Memorialında iştirak edirlər
14:49 Yeniyetmə şahmatçılarımız dünya çempionatında liderlər qrupunda yer alıblar
14:36 “Əvvəl bacımı, sonra qardaşımı itirdim”
14:28 20 yaşında 20 oyun
14:15 Nazarovla yeni müqavilə
14:00 Armudun bitməyən faydaları – İnanmayacaqsız!
13:46 Asan yuxuya getməyin 7 qaydası
13:35 Kəklikotunun faydası
13:24 İdman etmək üçün 10 səbəb
13:12 Zoğal və onun faydası
13:00 Ağ pendirin faydaları
12:46 Göz ətrafı qırışları zeytun yağı ilə azaldın
12:36 Kalamarlar nəsillərini belə qoruyurlar - Alimlərdən YENİ ARAŞDIRMA
12:23 Səsverməni gözləmədən əlini maşından çəkdi
12:15 “Qarabağ“ “Sumqayıt“la qarşılaşacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85105)
2 PRESS-ANONS (34721)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31256)
4 Banan qabığı təbii məlhəmdir (29389)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28562)
Şəkərin, babasilin, iltihablanmanın dərmanı olan alaq bitkisi - Əsl zamanıdır...
Tarix: 10.07 | Saat: 14:21 | E-mail | Çapa göndər

4 min illik tarixi olan pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir.
XIX əsrdə Avropaya gətirilən pərpətöyünü Qədim Misirdə xörəyə əlavə ediblər.
Orta əsrlərdə Ərəblər pərpətöyünü “bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda daha çox dərman bitkisi kimi tanınması öz ifadəsini Hipokratın əsərlərində tapıb. Pərpətöyünlə ilan sancmasını, müxtəlif yaraları, hətta yuxusuzluğu müalicə edirdilər. Məşhur təbib Böyük Plini bitkilər arasında məhz pərpətöyünü “istifadəyə məcbur” hesab etmişdi. Məşhur şərq loğmanı İbn Sina da onu ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Hindistan və Fransada, Qafqaz və Aralıq dənizi ölkələrində yetişdirilir.
Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Bir çox bölgələrdə ona pərpərəng də deyirlər.
Pərpətöyünün tərkibi A, B1, B2, B6, E, K, PP, C, vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan, omeqa 3 və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.
-Zəhərli ilan və həşəratların sancması zamanı, araciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur.
-Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.
-Enterokolit və hemorroy (babasil) zamanı ağrı hissiyyatını aradan qaldırır.
-Tərkibindəki K vitamin qankəsici təsir göstərir.
-Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.
-Mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir.
-Ürək fəaliyyətini normallaşdırır
- Qanda xolesterinin səviyyəsini azaldır
-Arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır
-Gövdəsinin və yarpaqlarının tərkibində olan selikli maddələr dəri və selikli qişaların regenerasiyasını artırır
-Dərialtı kollagenin parçalanmasını ləngidir
-Tərkibindəki A vitamini dərinin qidalanmasını yaxşılaşdırır
-Dəri yaşlanmasının qarşısını alır
-Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır və qırışların hamarlanmasını təmin edir
DİQQƏT
Hər bitki kimi pərpətöyünü də kor təbii şəkildə istifadə etmək olmaz. Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar. Uşaqlığın tonusunu artırdığına görə hamilə qadınların istifadə etməsi məsləhət deyil.
Pərpətöyündən həm qovurma, həm salat, həm də turşu hazırlanır.
Pərpətöyündən müalicəvi reseptlər də hazırlanır.
2 xörək qaşığı təzə pərpətöyün üzərinə 1 stəkan su əlavə edilir, zəif ocaqda 10 dəqiqə qaynadılır, ocaqdan götürülür, yun dəsmala bükülərək 1,5-2 saat dəmlənir, süzülür. Alınan dəmləmə artrit, kişilərdə cinsi fəaliyyətin zəifləməsi zamanı 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir, baş dərisində kəpəklənmə və saç tökülməsi zamanı saçların diblərinə çəkilir.
Pərpətöyün turşusu
1 kq iri, ətli pərpətöyün zoğları yarpaqları ilə birlikdə axar su altında təmiz yuyulur. Hərəsində 10-12 ədəd olmaqla dəstə-dəstə bağlanır, sıra ilə 2 litrlik şüşə bankaya yığılır, hər sıranın arasına 1-2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı, quru şüyüd toxumları, kərəviz yarpaqları, 3-4 ədəd qara istiot dənəsi əlavə edilir. 3 xörək qaşığı iri xörək duzu, 4 fincan üzüm sirkəsi və 2 fincan suyun qarışığı üzərinə çıxana qədər əlavə edilir, qapağı bağlanır. Sərin yerdə saxlanır.
Qatıqlı pərpətöyün salatı
- 1 böyük dəstə təzə pərpətöyün
- 2 fincan süzmə qatıq
- 2 diş əzilmiş sarımsaq (miqdarı zövqə görə müəyyənləşdirilir)
- Quru nanə (zövqə görə)
- Duz, qırmızı bibər (zövqə görə)
- Zeytun yağı.
Hazırlanması qaydası:
Pərpətöyün təmizlənir, yarpaqları ilə birlikdə iri-iri doğranır, axar su altında təmiz yuyulur, suyu süzülərək qurudulur. Süzmə qatıqla əzilmiş sarımsaq bir qabda qarışdırılır, pərpətöyün əlavə olunaraq qarışdırılır. Tam qarışandan sonra zövqə görə duz və nanə əlavə edilir. Hazır salat dayaz boşqaba çəkilir, üzərinə bir qədər zeytun yağı gəzdirilir, qırmızı istiot səpilərək süfrəyə verilir.
Pərpətöyünlü ayrannaş
Pərpətöyün yuyulur, sərt olmayan gövdələri ilə birlikdə doğranılır, yumru düyü ilə qaynadılır. Bişirdikdən sonra istəyə görə sarımsaq əlavə edilir. Digər göylərdən də istifadə edə bilərsiz. Kənarda qatıq çalınır, üzərinə tökülür. Çiy dovğa şəklində içilir. Ayrannaş dovğadan daha faydalıdır. Çünki ayrannaşda qatıq bişirilmir. Bəzi yerlərdə ayrannaşa "soyuq şorba" da deyirlər.
Təqdim etdiyimiz reseptlər pərpətöyünlə hazırlanan yeməklərdən sadəcə olaraq bir neçəsi idi. Dünya mətbəxində ətlə, tərəvəzlə də hazırlanan bu bitkinin möcüzəsindən hazır fəsliykən siz də yararlanın.
TurpKimi.com

Xəbər 410 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

12.10.2019
Nanənin bilmədiyiniz faydaları
12.10.2019
Kartofun bilmədiyiniz faydaları
12.10.2019
Saçı tökülənlər bu qidaları yesin
11.10.2019
Dişlərə qulluq
11.10.2019
Artıq çəki ürək çatışmazlığından müdafiə edir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nanənin bilmədiyiniz faydaları
12 OKTYABR  |   12:00
Kartofun bilmədiyiniz faydaları
12 OKTYABR  |   11:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Çillər üçün maskalar
12 OKTYABR  |   12:38
Saçların tökülməsinə qarşı təbii maska
12 OKTYABR  |   12:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1362

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info