
Müğənni Tacir Şahmalıoğlunun paylaşımı izləyicilərini kədərləndirib.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, o, mərhum anası ilə fotosunu "İnstaqram" səhifəsində yayımlayıb.
Sənətçi fotosuna bu şeiri əlavə edib:
"Yağdı saçlarıma həsrətin qarı,
Heç oldu gözümdə həyatın varı.
Yeriyə bilmədim qəbrinə sarı,
Süründüm dizimi daşlar apardı.
İnana bilməzdim vüqarım sına,
Ürəyim dözmədi ana yasına.
Yaman öyrəşmişdim yaz havasına,
Üşüdüm ömrümü qışlar apardı".
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva 31 iyulda vəfat edib.
|