İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 AVQUST
18:00 Qara gavalı ilə TOYUQ
17:45 PSJ 55 illik rekordu təkrarladı
17:38 Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?
17:23 Zoğal bu xəstəlikləri müalicə edir
17:12 Seyrək qaşlarla vidalaşın
17:00 Ürək xəstəliklərindən qoruyan faydalı qarışıq
16:48 Feyxoanın 10 müalicəvi xüsusiyyəti
16:39 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:28 Şirin qarpız seçmək üçün 5 İPUCU
16:16 “Maşın“ realiti şousu yenidən başlayır
16:00 Oboylardan yağlı ləkələrin aparılması. Məsləhətlər
15:47 Valideynlərə 35 məsləhət
15:39 Məşhur Kleopatranın CAVANLAŞDIRICI MASKAsı
15:28 Övladınıza paylaşmağı öyrədin
15:16 Oğlu olan valideynlərə 8 məsləhət
15:00 Keniyalı aşpaz dünya rekorduna imza atıb
14:44 Dırnaq boyalarından məişətdə istifadə. 10 faydalı məsləhət
14:33 Koutinyo rəsmən “Bavariya”da
14:22 Messi qayıtdı
14:15 Məlahət Abbasova ATV-dən getdi
14:00 Artıq çəkini, qəbizliyi aradan qaldıran, ürəyi, gözləri qoruyan məhsul
13:47 Hansı göyərti nəyin dərmanıdır?
13:36 5 dəqiqədə dabanları yumşaltmağın yolu
13:23 Stressi aradan qaldırmağın 14 yolu
13:14 Kəpəkdən qısa zamanda təbii vasitələrlə xilas olmaq istəyirsinizsə...
13:00 İltihablı sızanaqlardan qurtulmaq üçün maska
12:48 Alimlərdən yeni tapıntı
12:36 Honduras millisinin hücumçusu “Sabah“da
12:22 Aygün dayanmır
12:12 Könül Xasıyeva əməliyyat olunacaq
10:36 Bu ərazilərdə qaz təchizatı dayandırılacaq
10:26 Dünya birjalarında neftin qiyməti bahalaşıb
10:16 Günün qoroskopu
10:04 Atəşkəs pozulub
17 AVQUST
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:47 Üzüm qabığının bu faydasını bilirdinizmi?
12:39 “Bavariya“dan uğursuz start
12:28 Koutinyo “Bavariya”ya keçir
12:16 Luis Suares sıradan çıxdı
12:00 Paltarlarınızdakı ləkələrdən bu cür qurtula bilərsiniz

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (76204)
2 PRESS-ANONS (34425)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (29873)
4 Banan qabığı təbii məlhəmdir (28774)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (24789)
Tarixin unutduğu ixtiraçı: ilk təkmil yazı makinasının müəllifi Peter Mitterhofer
Tarix: 14.08 | Saat: 15:12 | E-mail | Çapa göndər

Dünyada bəzi elmi kəşf və texniki ixtiralar paralel olaraq bir-birindən xəbərsiz şəkildə araşdırma aparan şəxslər tərəfindən edilib, yaxud da bir müəllif digərinin hansısa bir mərhələdəki önəmli uğurundan bəhrələnərək, kütləvi istehsala yararlı modellər hazırlayıb.
AZƏRTAC xəbər verir ki, belə ixtiraçılardan biri də avstriyalı dülgər Peter Mitterhofer (1822-1893) olub. O, uzun illər yazı makinası üzərində çalışıb. Dülgər tam 150 il bundan öncə - 1869-cu ilin avqust günlərində öz hazırladığı yazı makinası üzərində ilk məktubunu yazıb. Əslində, piano kimi dilləri olan musiqi aləti üzərində çalışan P.Mitterhofer 1864-cü ildən diqqətini yazı makinasına yönəldir. Bir neçə uğursuz və natamam modeldən sonra o, 1869-cu ildə öz təkmil modelini təqdim edir. Elmi dairələrdə bu beşinci modelin adı “Vyana modeli 1869” olaraq keçir.
Avstriya, Almaniya, İsveçrə və Fransada uzun illər tədris səfərlərində olan dülgər doğulduğu Tirol əyalətindəki Parçins kəndinə qayıdır və himayədarı Frans fon Qoldeqqin maddi dəstəyi ilə yeni ixtirası üzərində çalışır. Onun 1869-cu ildə hazırladığı təkmil model 82 klavişdən ibarət olmaqla, həm böyük, həm də kiçik hərfləri, eləcə də rəqəm və durğu işarələrini əhatə edirdi. İxtiraçı bu günümüzə qədər gəlib çıxan və makinada yazılan ilk məktubunu isə himayədarı F.fon Qoldeqqə ünvanlayıb.
P.Mitterhofer öz yeni ixtirasını Vyanada imperator sarayına təqdim etsə də, imperatorun ixtiralara rəy verən münsifləri bu icadı yalnız “qeyri-adi maşın” kimi dəyərləndirməklə kifayətləndilər. Dövlət qurumları tərəfindən bu ixtiranın düzgün qiymətləndirilməməsi P.Mitterhoferi ruhdan saldı və o, yazı makinaları üzərində işini dayandırdı. Hətta qəzetlər rişxəndlə sadə bir dülgərin heç nəyə lazım olmayan yazı makinası hazırladığını, bundan sonra düşünmə makinası da ixtira olunarsa, məktəblərə ehtiyac qalmayacağına dair yazılar dərc etdilər. İmperator xəzinəsində P.Mitterhoferə bu ixtirasına görə 150 qulden mükafat verildi, ixtiranın seriya istehsalı barədə düşünən belə olmadı.
Cəmi dörd il sonra ABŞ-da “Sholes & Glidden” adlı ilk yazı makinalarının kütləvi istehsalına start verildi. Bu modeldə P.Mitterhoferin yazı makinasının konstruksiya elementlərinə rast gəlinirdi və belə hesab olunur ki, amerikanlar 1873-cü ildə Vyanada Ümumdünya Sərgisində Mitterhoferin modeli ilə yaxından tanış ola bilmişdilər.
Qeyd edilməlidir ki, Mitterhoferə kimi yazı makinaları üçün bir sıra cəhdlər olmuşdu. Alman Karl Drays (1821), italyan Turri (1808) və Novara (1855), fransız Jan Bernand Fuko (1855) yazı üçün makinalar icad etsələr də, bir çox çatışmazlığı olan bu makinalardan heç biri kütləvi istehsala yaramırdı. Mitterhoferin ixtirası isə müasir yazı makinaları üçün mühüm elementlər təqdim etdi: tiplər üçün qaldırıcı başlıq, üçcərgəli blok klaviaturası və bir klavişdən çoxfunksiyalı istifadə bu qəbildəndir. Eyni zamanda, onun makinası ilə yazı yazarkən mətni görmək də mümkün idi. Amerikada icad olunan makinalarda isə bu imkan yox idi. Yalnız “Underwood” şirkəti 1896-cı ildə belə bir model təqdim edə bildi. Şirkətin 12 milyon ədəd satılan bu modeli tarixə ən çox satılan yazı makinası kimi də düşüb.
Şöhrət və məşhurluqdan kənar yoxsulluq içində dünyasını dəyişən P.Mitterhoferin məzar daşı üzərində isə bu sözlər yazılıb: “Onun istedadının meyvələrini dərmək ondan bəhrələnənlərə nəsib oldu”.
Bu gün P.Mitterhoferin doğulduğu Parçinsdə onun adını daşıyan muzeydə dülgərin həyat və yaradıcılığı ilə, ixtiralarını əks etdirən eksponatlarla yaxından tanış olmaq mümkündür.

Xəbər 50 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.08.2019
Şirin qarpız seçmək üçün 5 İPUCU
19.08.2019
Valideynlərə 35 məsləhət
19.08.2019
Övladınıza paylaşmağı öyrədin
19.08.2019
Oğlu olan valideynlərə 8 məsləhət
19.08.2019
Keniyalı aşpaz dünya rekorduna imza atıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?
19 AVQUST  |   17:38
Zoğal bu xəstəlikləri müalicə edir
19 AVQUST  |   17:23

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Qara gavalı ilə TOYUQ
19 AVQUST  |   18:00
Seyrək qaşlarla vidalaşın
19 AVQUST  |   17:12

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1355

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info