
Lazımsız və boş insanlar həyatımdan gəlib keçir. Mən nədənsə, onlara inanıb yanımda saxlayıram. Bu, məni əsəbiləşdirir. İnsanın özünə qoyduğu qadağalarda gözəllik var. Onlar nə qabardılmalı, nə də kiçildilməlidir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov "MTV Azərbaycan"a açıqlamasında bildirib. Sənətçi özünə qoyduğu çərçivələrdən də danışıb.
Eldar daha sonra şou-biznesdə dostunun olmadığını açıqlayıb: "Mənim dostlarım universitet illərində tanıdıqlarım "Eurovision"dan qabaq gördüklərimdir. İndiyədək onlarla dostluq edirəm".
Bundan əlavə, ifaçı qeyd edib ki, müğənnilər sənətlərini toya qurban edirlər: "Şou-biznes yoxdur, toy biznesidir. İnsanlar bütün sənətini toya çağırılmaq üçün edirlər. Onları qınamaq olmur. Mən toylara nadir hallarda gedirəm. Şərtim o olur ki, məclisdə öz mahnılarımı ifa edəcəyəm. Bu, mənim üçün çox vacibdir. Kimsə mənə yaxınlaşıb deməsin ki, filan mahnını oxu. Ona görə də siyahı ev sahibinə öncədən təqdim olunur".
|