İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 NOYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:49 Könülün qardaşının toyu oldu
12:33 Bu adada cəmi 9 insan yaşayır
12:25 Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
12:14 Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
12:00 Asan hazırlanan PORTAĞALLI PİROQ
11:46 Düyü maskası. Cavan, hamar dəri!
11:38 Mançinidən tarixi rekord
11:29 Gül kələminin 10 faydası – Bu xəstələr üçün çarədir
11:14 Demet Özdemir Bakıda
10:30 Günün qoroskopu
10:26 Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir
10:07 Atəşkəs pozulub
15 NOYABR
17:36 UŞAQLARDA ÖZGÜVƏN PROBLEMLƏRİNİ NECƏ HƏLL ETMƏLİ?
17:24 “Anamla, bacımı itirdikdən sonra...“ - Nüşabə Ələsgərli
17:12 Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz“
17:00 Uşağa oyuncaq alarkən nələrə diqqət etməli?
16:44 UŞAĞI SƏLİQƏ SƏHMAN YARATMAĞA NECƏ ÖYRƏTMƏK OLAR?
16:36 UŞAQ SÖZƏ BAXMIR? BU 9 MƏSLƏHƏTƏ ƏMƏL EDİN
16:23 İDEAL VALİDEYNLİK ÜÇÜN İDEAL ÜNSİYYƏT
16:11 Dünən toy aparırdı, bu gün ana oldu
16:00 Yuri Maksimovun yeni klubu müəyyənləşdi
15:46 Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
15:36 Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
15:25 Qışın vazkeçilməzi olan şabalıdın FAYDALARI
15:12 Kök börəyi
15:00 Az kalorili, çox dadlı yulaflı alma
14:47 Tezbazar hazırlanan portağallı peçenye
14:39 UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
14:24 Premyer Liqamızda oyunların vaxtı açıqlandı
14:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:00 Sumaqlı, narlı kartof şorbası
13:48 Qış süfrəsinin bəzəyi: ətli balqabaq
13:39 Alma və darçınla DADLI PEÇENYE
13:22 Şokoladlı mannik. Dadlı, tez və sadə!
13:12 Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL
13:00 “Tobol“da qalıram“ - Emil Balayev
12:49 “Mənim oğlanlarım mənə qulaq asmır“ - Manafdan GÖZLƏNİLMƏZ ETİRAF
12:37 Qara ciyər – çox vacib orqandır
12:28 Nə üçün yatarkən ağzımızdan su gəlir? - Bilmədiyiniz SƏBƏBLƏR

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (89659)
2 PRESS-ANONS (34867)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32106)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30398)
5 Banan qabığı təbii məlhəmdir (29642)
Bu gün Milli Musiqi Günüdür
Tarix: 18.09 | Saat: 10:36 | E-mail | Çapa göndər

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir. Builki festivalda Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış edəcək. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında - Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ümumilikdə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, festival çərçivəsində sentyabr 25-də Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunacaqdır. Həmçinin həmin gün Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.
Festival günlərində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin, Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimatları, Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi və digər təqdimatlar keçiriləcək.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 111 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Xəbər 278 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.11.2019
Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetin fəxri professoru seçilib
08.11.2019
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.
07.11.2019
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub
01.10.2019
Azərbaycanlı kinematoqrafçıların Los-Anceles şəhərində təqdimatı keçirilib
28.09.2019
Bakıda III “ZİMA“ uşaq estrada mahnıları festivalı keçiriləcək.


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
16 NOYABR  |   12:25
Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
16 NOYABR  |   12:14

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Asan hazırlanan PORTAĞALLI PİROQ
16 NOYABR  |   12:00
Düyü maskası. Cavan, hamar dəri!
16 NOYABR  |   11:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1367

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info