İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

12 OKTYABR
13:00 Fransa millisində ciddi itki
12:47 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:38 Çillər üçün maskalar
12:23 Saçların tökülməsinə qarşı təbii maska
12:12 Üz üçün yumurta maskası
12:00 Nanənin bilmədiyiniz faydaları
11:49 Kartofun bilmədiyiniz faydaları
11:36 “Avro-2020“: bu gün daha 8 oyun var
11:24 Saçı tökülənlər bu qidaları yesin
11:14 NASA orbitə yeni peyk buraxdı - Yerin ion təbəqəsini tədqiq edəcək
11 OKTYABR
18:00 Dişlərə qulluq
17:49 Londonda Konqo adlı şimpanzenin çəkdiyi rəsmlər sərgilənəcək
17:35 Üz üçün xiyar maskaları
17:24 Klopp yenə birinci oldu
17:15 Dəri ekran ixtira olunub
17:00 Tava tortunu necə bişirək
16:43 Çox dadlı göbələk qəlyanaltısı
16:36 Qırmızı velvet keks
16:25 Quru dərilər üçün ən ideal maska-Üzüm maskası
16:12 Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri
16:00 Gözaltı torbalardan azad olmaq üçün 7 usul
15:45 Çinarə Məlikzadə özünü təbrik etdi: “Yaxşı ki varsan“
15:33 Artıq çəki ürək çatışmazlığından müdafiə edir
15:24 Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir
15:15 Kunq-fu üzrə açıq Bakı kuboku turniri keçiriləcək
15:00 Sərbəst güləşçilərimiz Dmitri Korkin Memorialında iştirak edirlər
14:49 Yeniyetmə şahmatçılarımız dünya çempionatında liderlər qrupunda yer alıblar
14:36 “Əvvəl bacımı, sonra qardaşımı itirdim”
14:28 20 yaşında 20 oyun
14:15 Nazarovla yeni müqavilə
14:00 Armudun bitməyən faydaları – İnanmayacaqsız!
13:46 Asan yuxuya getməyin 7 qaydası
13:35 Kəklikotunun faydası
13:24 İdman etmək üçün 10 səbəb
13:12 Zoğal və onun faydası
13:00 Ağ pendirin faydaları
12:46 Göz ətrafı qırışları zeytun yağı ilə azaldın
12:36 Kalamarlar nəsillərini belə qoruyurlar - Alimlərdən YENİ ARAŞDIRMA
12:23 Səsverməni gözləmədən əlini maşından çəkdi
12:15 “Qarabağ“ “Sumqayıt“la qarşılaşacaq

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (85058)
2 PRESS-ANONS (34721)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (31253)
4 Banan qabığı təbii məlhəmdir (29385)
5 Tüpürcək vəzi iltihabı və müalicəsi (28549)
Dünyanın ən gözəl 25 küçəsi
Tarix: 03.10 | Saat: 13:46 | E-mail | Çapa göndər

Tarixi dəyəri, unikal xarakteri və ya əsrarəngiz görüntüsünə görə dünyanın ən gözəl küçələri ziyarətçiləri orada dayanmağa və ətrafda olan hər şeyi seyr etməyə sadəcə məcbur edir...
Milli.Az qafqazinfo-ya istinadən dünyanın dörd bir tərəfində yerləşən ən gözəl 25 küçəni təqdim edir:
Parisin (Fransa) Yelisey çölləri
Fransanın ən məşhur küçəsi həm də ən "turistik" hesab olunur. 230 fut eni olan prospekt Razılıq (Konkord) meydanından "Arc da Triomphe" abidəsinə qədər ərazini əhatə edir. Bu küçə bayram vaxtı daha gözəl olur.
San-Fransiskoda (ABŞ) Lombard-strit
Hayd və Livenvortun arasında yerləşən Lombart-strit bütün dünyada ensiz ziqzaqları ilə məşhurlaşıb. Ona bir çox Hollivud filmlərində rast gəlmək olar.
Ez kommunasının (Fransa) Əsas Küçəsi
Nitsadan bir neçə kilometr aralıda, hündür dağlarda yerləşən qədim Ez kəndi orta əsrlərə aid ən əsrarəngiz, daşlı-çınqıllı küçələri ilə şöhrət qazanıb.
Buranoda (İtaliya) Fondamenta-San-Mauro küçəsi
Bu və onun yaxınlığında yerləşən digər küçələr rəngarəng boyaları ilə işıq saçırlar. Venetsiyanın yaxınlığında yerləşən Burano şəhəri, şübhəsiz ki, sizi öz balaca balıqçı qayıqları olan kanalları və binalarının güllü-çiçəkli fasadları ilə təəccübləndirəcək.
Havanada (Kuba) sahilyanı Malekon
Malekon sahillərinə çırpılan dalğaların görüntüsü Havananın əsas simvoludur. Bu küçədən ötən klassik Amerika avtomobilləri növbəti güclü dalğanı gözləyən uşaqları sevindirir.
Londonda (İngiltərə) Portobello-roud
Portobeello-roud Londonun əsrarəngiz Hottinq-Hill rayonunun əsas küçəsidir. O, öz viktorian üslübunda tikilmiş eleqant evləri ilə məşhurdur. Hər şənbə burada Londonun (və ya dünyanın) ən məşhur antik əşyalar yarmarkası keçirilir.
Parisdə (Fransa) Kremyo küçəsi
Parisin əsas iki "arteriyası" arasında yerləşən bu kiçik küçə uzun illər ərzində sirr olaraq qalıb. Lion vağzalının yaxınlığında yerləşən "boyalar quyusu" saysız-hesabsız fotosessiyalar üçün istifadə olunur. O, böyük şəhərdə kənd ab-havasını yaşadır.
Ok Blafsda (ABŞ) Triniti-park
Triniti-park küçəsi kotteclərin yerləşdiyi qəsəbədən keçir. Massaçuets ştatında yerləşən Ok Blafsda Tim Bertonun filmlərini xatırladan sürrealistik səhnələrə rast gəlmək olar.
Molivosda (Yunanıstan) Aqora küçəsi
Lesbos adasında yerləşən Molivos kəndinin əsas küçəsi qarşımıza daşla örtülmüş və bənövşəyi qlisiniyalara bürünmüş vəziyyətdə gəlir.
Portu-Aleqridə (Braziliya) Qonsalu-de-Karvalyo küçəsi
Tez-tez dünyanın ən gözəl küçəsi adlandırılan Qonsalu-de-Karvalyo şəhərin mərkəzində tropik meşə təəssüratını yaradır. Mühafizə olunan bu ekosistem yaşıl tunel kimi görünür - həqiqətən də heyranedicidir!
Çikaqoda (ABŞ) Miçiqan-avenü
Dəbdəbəli butikləri, əzəmətli memarlığı və nəhəng incəsənət əsərləri ilə məşhur olan Mçiqan-avenü Beşinci Avenü və Yelisey çölləri ilə rəqabət apara bilər. Çikaqonun bu məşhur küçəsi həqiqətən də təxəyyülü təəccübləndirir.
Venetsiyada (İtaliya) Riva-del-Ferro
Venetsiyanın Riva-del-Ferro küçəsi Kanal Qrande ilə sərhəddə yerləşir. Oradan məşhur Rialto körpüsünə mənzərə açılır.
Litszyanda (Çin) Sinxua küçəsi
Çinin kiçik Litszyan şəhəri daim tarix sevərləri cəlb edir. Bu tarixi rayonun kiçik küçələri ötən əsrlərə qayıtmağı təklif edir. Burada bir dənə də olsun yeni tikili tapmaq mümkün deyil.
Parisdə (Fransa) sahilyanı Orlean
Ən inanılmaz mənzərələrdən biri sahilyanı Orleandan Parisin Sen-Lui adasına açılır. Bu küçə Parisin ən gözəl memarlıq tikililərindən biri ilə tanışlıq imkanı yaradır.
Nyu-Yorkda (ABŞ) Beşinci Avenü
Bütün Nyu-York boyu uzanan Beşinci Avenü ayrı dünyadır. Bu küçə dəbdəbəli butikləri və onların nəfəs kəsən vitrinləri, Nyu-Yorkun eklektik sakinləri və dünyanın dörd bir tərəfindən gələn turistləri ilə, sözsüz ki, bütün hadisələrin mərkəzi hesab olunur.
Yorkda (ABŞ) Şambls küçəsi
Yorkun Şambls küçəsinin tutqun və sirli ab-havası oradan keçənləri Dikkesin romanlarına və ya hətta Harri Potterin heyrətamiz dünyasına aparıb çıxarır. Bu gözəl küçə həqiqətən də sizin təsəvvür və fantaziyanızı qarışdırmaq gücünə sahibdir.
Kannda (Fransa) sahilyanı Kruazet
Kann festivalının ulduzları və filmləri sayəsində məşhurlaşan sahilyanı Kruazet, demək olar, dəniz boyu 4,5 mil uzanır. Küçədən Lazur Sahilinə mənzərə açılır.
Amsterdamda (Niderland) Requlirsqraxt kanalı
1658-ci ildə tikilmiş Requlirsqraxt kanal adını onunla sərhəddə yerləşən küçəyə verib. Burada gəzərək siz çox sayda kiçik körpülər, yetərincə hündür binalar və suda sürüşən katerlər görəcəksiniz.
San-Fransiskoda (ABŞ) Ştayner küçəsi
Ştayner küçəsi San-Fransiskonun Alamo-Skver parkına bitişik dörd küçədən biridir. Bura şəhər mənzərəsini seyr etmək üçün ən yaxşı yerdir.
Lissabonda (Portuqaliya) Rua-da-Bika-de-Duarte-Belu küçəsi
Rua-da-Bika-de-Duarte-Belu, sözsüz ki, Lissabonun ən çox şəkil çəkdirilən küçələrindən biridir. O, "Elevador da Bica" funikulyoru ilə məşhurdur.
Praqada (Çexiya) Tseletna küçəsi
XIX əsrdə Praqanın Tseletna küçəsində Frans Kafkanın ailəsi yaşayıb. Şəhərin ən gözəl və eleqant küçələrindən biri kimi məşhur olan Tseletna küçəsi inanılmaz borokko üslübunda saraylarla və malikanələrlə əhatə olunub.
Romada (İtaliya) via dei Fori İmperiali
Via dei Fori İmperiali küçəsi Roma forumunun arxeoloji qazıntılarının yaxınlığından keçərək Vittoriano sarayı ilə Kolizeyi birləşdirir.
Vyanada (Avstriya) Rinqştrass küçəsi
Vyananın Rinqştrass küçəsi imperiyanın keçmiş paytaxtının tarixi mərkəzini əhatə edir və şəhərin ən gözəl abidələrini birləşdirir: Todesko və Efrussi saraylarından Vyana Dövlət Operası və hətta Parlament binasınadək.
Las-Veqas-Strip (ABŞ)
Nevada ştatında yerləşən Las-Veqas-Strip nəhəng otellər və əzəmətli tikililər məskənidir. Las-Veqas-Strip Las-Veqas bulvarının, təxminən, 7 kilometrlik ərazisini tutur. Las-Veqasın kazinonalarının çoxu burada yerləşir.
Kordovoda (İspaniya) Kalyexa-de-las-Flores küçəsi
Kalyexa-de-las-Flores - saysız-hesabsız çiçəklərlə bəzədilmiş ensiz küçədir. Bu cazibədar yer əsrarəngiz Kordovanın simvoluna çevrilib.

Xəbər 83 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

12.10.2019
NASA orbitə yeni peyk buraxdı - Yerin ion təbəqəsini tədqiq edəcək
11.10.2019
Londonda Konqo adlı şimpanzenin çəkdiyi rəsmlər sərgilənəcək
11.10.2019
Dəri ekran ixtira olunub
11.10.2019
Kalamarlar nəsillərini belə qoruyurlar - Alimlərdən YENİ ARAŞDIRMA
10.10.2019
Dörd il fasiləsiz “Dünyanın ən yaxşı böyük şəhəri“ seçilib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nanənin bilmədiyiniz faydaları
12 OKTYABR  |   12:00
Kartofun bilmədiyiniz faydaları
12 OKTYABR  |   11:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Çillər üçün maskalar
12 OKTYABR  |   12:38
Saçların tökülməsinə qarşı təbii maska
12 OKTYABR  |   12:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1362

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info