İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

02 DEKABR
18:00 Ən sadə ALMA PİROQU
17:47 Kivi ilə çox sadə və dadlı piroq
17:38 Portağal və şokoladla QIZILI PEÇENYE
17:24 “Laborant-robot” bir ildə 100 min eksperiment həyata keçirib
17:14 Marsda “suvuran” qüllələr aşkar edilib
17:00 Maraqlı faktlar
16:46 Özü özünü təmizləyən beton
16:39 Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
16:28 Xoşqədəm həyat yoldaşı ilə Almaniyada
16:12 Ən qədim şahmat fiquru tapılıb
16:00 Delfinlərin çoxu sağaxaydır
15:45 Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
15:36 Ədviyyat rəngli məxmər şalvarlar bu qışın ən isti trendidir
15:24 “Qızıl top“un sahibi bu gün müəyyənləşir
15:12 Makiyaj təmizləyici vasitə reseptləri
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:47 İflic və insult riskini azaldan meyvə
14:39 Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
14:28 “Düdelanj“dan böyükhesablı qələbə
14:15 Boyalı saçlar üçün qidalandırıcı maska
14:00 14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
13:48 Azərbaycan idmançıları vinq-çun üzrə dünya çempionatında 3 qızıl və 3 gümüş medal qazanıblar
13:36 Yanaqlardakı yağları əridən maskalar
13:28 Pərvizlə Türkan barışıb, efirə çıxdı
13:14 Beyinə inanılmaz faydası olan qida
13:00 Əslində zərərli olan 5 sevimli məhsul
12:43 Bağırsaqlar üçün ən faydalı meyvə
12:31 İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar
12:24 “Dinamo” 17-ci dəfə Gürcüstan çempionu olub
12:15 “Barselona“ “Atletiko“nu məğlub etdi - Messinin qolu ilə
30 NOYABR
12:48 Dərinin sağlam rəngini necə qaytarmalı?
12:36 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
12:22 Mimiki qırışları açan maskalar
12:15 Qoxusunun da xəstəlikləri qovmaq xüsusiyyəti var
12:00 Bu məhsullar testosteronun səviyyəsini qaldırır
11:47 Astronomlar nəhəng planet aşkar ediblər
11:41 Zehni fəaliyyət arıqladır
11:39 Diş protezləri üçün 3D printeri hazırlandı
11:36 Uşaq nə qədər yatmalıdır?
11:28 Açılış oyununda 6 qol

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (93709)
2 PRESS-ANONS (35023)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (33061)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (32010)
5 Banan qabığı təbii məlhəmdir (29978)
İtburnunun faydası
Tarix: 08.10 | Saat: 16:39 | E-mail | Çapa göndər

İtburnu müalicə bitkiləri arasında qədimdən məlumdur. Təbabətdə qurudulmuş meyvələri, həbləri və maye ekstratı istifadə edilir. Rusiyada itburnunun müalicəvi əhəmiyyəti XVII əsrdən məlumdur. Onun meyvələri fövqəladə dərman kimi yalnız məşhur adamlara xüsusi icazə ilə verilirdi. Hazırda itburnu meyvəsi C vitamini mənbəyi kimi təbabətdə geniş istifadə edilir.
Belə ki, C vitamini orqanizmdə gedən çox prosesdə iştirak edir. İtburnu meyvələri çay, sirop, ekstrakt və toz (poroşok) şəklində C vitamininin orqanizmdə çatışmazlığı ilə əlaqədar olan aşağıdakı xəstəliklərdə qəbul edilir:
- qanazlığında və orqanizm taqətdən düşdükdə (zəiflədikdə);
- aterosklerozda;
- zəifləyəndə və yoluxucu xəstəliklərdə (skarlatina, difteriya, pnevmaniya, göy öskürək və s.);
- ləng sağalan yaralarda;
- sınqa sümüyünün bitişməsini sürətləndirir;
- uşaqlıqdan qan axanda;
- böyrək daşı xəstəliyində, qaraciyərdə daş olanda ə s.
Meyvələrindən hazırlanmış dərmanlar mədə turşuluğu az olanda və xolestirində ödqovucu kimi işlədilir. İtburnudan xolosas dərmanı hazırlanır. İki-üç ədəd itburnu meyvəsi yaşlı bir adamın C vitamininə olan bir günlük tələbini ödəyir.
Almaniyada və Polşada böyrək və sidik kisəsi xəstəliklərində itburnu meyvələrindən istifadə edilir. Tibet təbabətində itburnu meyvələri ciyərin vərəminin və aterosklerozun müaliəsində istifadə edilir.
İtburnu meyvələri öd ayrılmasında kömək edən və ümumi maddələr mübadiləsini yaxşılaşdıran vasitədir. Klinik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, meyvələrin istifadə edilməsi atkrosklerozun inkişafını ləngidir. Anginada (boğaz gəlməsi) çiçəkləri xırda doğranılır və bal ilə qarışdırılır. Bu dadlı qarışığı ağızda uzun müddət çeynəmək (saxlamaq) və yavaş-yavaş udmaq məsləhətdir. Xəstəlikdən tez sağalmaq üçün bütün naharlararası fasilədə bu hazırlanmış məlhəmdən ağızda çox saxlamaqla yemək lazımdır.
İtburnunun tərkibi müxtəlif vitamin və kimyəvi elementlərlə zəngin olduğu üçün sağlam orqanizm üçün profilaktik, xəstə orqanizm üçün isə çox lazımlı dərman vasitəsidir.
İtburnu çayı. 1 x.qaşığı (20 qr.) itburnu xırdalanır çayniyə tökülüb (termosda da dəmləmək olar) üstünə iki stəkan qaynar su əlavə edib 15 dəq. dəmlənir sonra isə 1 saat saxlanıb gündə iki dəfə ½ stəkan süzüb yeməkdən qabaq içmək.
Öddaşı xəstəliyində. İtburnunun xırdalanmış meyvələrindən 1 x.qaşığı götürüb 1 stəkan qaynar su töküb termosda 3 saat dəmləmək, süzmək. Yeməkdən sonra gündə 2 dəfə 100 ml içmək və ağızı isti su ilə yaxalamaq. Uşaqlara 100 ml vermək.
Sınıqda. İtburnunun quru xırdalanmış meyvələrindən 20 qr. götürüb 500 ml qaynanmış su töküb 10 dəq. zəif odda qaynatmaq, 10 dəq. dəmləmək, süzmək. Yeməkdən 30 dəq. qabaq gündə 3-4 dəfə və hər dəfə 0,5-1 stəkan qəbul etmək.
Sidikdaşı (böyrəkdaşı) xəstəliyində 1 x.qaşığı xırdalanmış itburnunun meyvəsindən götürüb, üstünə 1 stəkan qaynar su töküb termosda 3 saat dəmləmək, süzmək. Yeməkdən sonra 100 ml gündə 3 dəfə içmək. Uşaqlara 50 ml vermək olar.
Yoluxucu xəstəliklərdə orqanizm zəifləyəndə, qan azlığında itburnu dəmləmək. Yeməkdən qabaq və ya sonra gündə 3 dəfə ½ stəkan içmək.
Meningitdə (beyin qişalarının iltihabında) 1 x.qaşığı xırdalanmış itburnu meyvəsinin üstünə 1 stəkan qaynar su töküb 10 dəq. qaynatmaq, bir sutka dəmləmək, süzmək. Gündə 2-3 dəfə 50-100 ml. bir qədər bal qatıb içmək.
Hipertoniyada və aterosklerozda itburnu ilə yemişanı termosda dəmləyib çay kimi içmək faydalıdır.
Böyrəklərin iltihabında: piolonefrit və qlomerilonefritdə xırdalanmış itburnu meyvəsi 2 x.qaşığı və 6 x.qaşığı quru qarğıdalı saçağı götürüb 2 stəkan qaynar su töküb gecədən dəmləmək. Səhər süzmək, yeməkdən 1 saat qabaq gündə 3 dəfə ½ stəkan yavaş-yavaş qurtum-qurtum içmək. Müalicəni 3-4 ay fasiləsiz davam etmək.
Podaqra (duz yığılması) xəstəliyində itburnu köklərindən 1,5 stəkan 1,5 litr araqda 10 gün saxlamaq, süzmək. Birinci 3 gündə 1 x.qaşığı gündə 3 dəfə qəbul etmək, sonra isə 2 x.qaşığı içmək.
Turşular az (aşağı) olan qastritdə: itburnunun əzilmiş meyvələrindən 2-3 x.qaşığı götürüb 0,5 litr qaynar suda bir sutka dəmləmək və süzmək. Yeməkdən 20 dəq. qabaq gündə 3-4 dəfə 100-150 ml isti içmək.
Qan azlığında: 5 x.qaşığı əzilmiş itburnu meyvəsini 1 litr su töküb 10 dəq. qaynatmaq. Gecəni termosda dəmləmək. Sutka ərzində içmək.
Həddən artıq yorğunluqda (üzülmədə) itburnu həlimi bərpa olunmağa (sağalmada) çox kömək edir. İtburnunu dəmləyib çay, kofe əvəzinə gündə 3-4 dəfə içmək.
Qlaukoma xəstəliyində. İtburnu meyvələrinin əzilmişindən 1 x.qaşığı 2 stəkan suda zəif odda 10 dəq. qaynatmaq və 2-3 saat dəmləmək. Gündə 3-4 dəfə yeməkdən 30 dəq. qabaq 50-100 ml qəbul etmək. İçəndən sonra ağızı isti su ilə yaxalamaq.
Osteoxondrozda itburnu köklərindən 1,5 stəkan 1,5 litr araq töküb 14 gün saxlamaq, süzmək. 3 gün gündə 3 dəfə 1 x.qaşığı qəbul etmək, sonra isə hər dəfə 2 x.qaşığı içmək.
Piylənmədə (kökəlmədə) 20 qr. itburnu meyvəsinin üstünə 1 stəkan su töküb 10 dəq. qaynatmaq. Termosda 1 sutka dəmləmək, süzmək. Yeməkdən 30 dəq. qabaq 100 qr. gündə iki dəfə qəbul etmək.
Qripdə 2 x.qaşığı itburnu meyvəsini əzmək 2 stəkan qaynar su töküb termosda gecəni dəmləmək, süzmək, 1 x.qaşığı bal əlavə etmək. Gündə 4 dəfə yeməkdən 30 dəq. qabaq 100 ml içmək.
Qripdə: 5 x.qaşığı itburnu meyvəsini 1 litr soyuq su töküb 10 dəq. qaynatmaq, büküb 8-10 saat dəmləmək, süzmək. Səhərdən başlayaraq hər 2-3 saatdan bir 1 stəkan sutka ərzində içmək (bal ilə də içmək olar). Yaxşı olar ki, bu gün heç nə yeməmək. Hər qəbuldan sonra turşu dişləri yeməsin deyə ağzı ilıq su ilə yaxalamaq. Tədricən qəbul edilən miqdarı azaltmaqla kurs 7 gündür.
Ürək əzələləri zəifləyəndə itburnu dəmləməsi ilə bal faydalıdır.
Çay: 1 x.qaşığı quru xırdalanmış itburnununa 2 stəkan qaynar su töküb dəmləmək, soyudub süzmək, 1-2 x.qaşığı bal əlavə edib ½ stəkan gündə 2-3 dəfə içmək.
Gözlərin iltihabında:
100 qr itburnu çiçəyini 200 ml suda 30 dəq. qaynatmaq, 6 saat dəmləmək və süzmək. Primoçka şəklində istifadə etmək.
2 x.qaşığı itburnu çiçəklərinə 2 stəkan soyuq su töküb 10 dəq. zəif odda qaynatmaq. 15 dəq. dəmləmək, süzmək. Bundan gözlərə kompress qoymaq.
10 ədəd itburnu meyvəsini 1 stəkan suda qaynadıb, 12 saat dəmlədikdən sonra 1 stəkan10 gün içmək böyrək xəstəliyində məsləhətdir.
Gündə 100-150 qram itburnu mürəbbəsi yemək cinsi əlaqə zəifliyində xeyirlidir.
İtburnu içkisi: 1. Axşamdan 25 ədəd itburnunu termosa töküb üstünə 1 litr qaynanmış qaynar su tökmək. Termosda 8 saat dəmləmək. Səhərə içki hazır olur. Bu içkidən içdikdən termosa qaynar su əlavə olunur və 6 gün belə içmək olar.
2. İtburnu içkisini tez hazırlamaq üçün o, həvəngdəstədə xırdalanır. Bu halda 1 stəkan qaynanmış qaynar suya klassik norma 10 ədəd itburnu götürülür.
Səhər və axşam yeməyindən qabaq 6 ədəd toxumlardan və tüklərdən təmizlənmiş itburnu meyvəsi yemək çox faydalıdır və bu orqanizmin sağlam və cavan qalmasına kömək edir.
Qaraciyəri təmizləmək üçün resept:
Axşam 1 x.qaşığı itburnunu termosa töküb üstünə 0,5 litr qaynar su töküb dəmləmək. Səhər acqarına 1 stəkan termosdan tökülmüş çayına 1 x.qaşığı sorbit töküb birdəfəyə içmək. 20 dəq. sonra termosda qalanı içmək. 45 dəq. sonra yüngül səhər yeməyi: yerkökü+çuğundur şirəsi. Evdə olmaq çünki, 2-3 dəfə ayaqyolu lazım olacaq. Bu proseduranı 6 dəfə 2 gün fasilə etməklə təkrar etmək. Birinci dəfə bir şey alınmasa, səhəri gün təkrar etmək.
xanim.az

Xəbər 212 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

02.12.2019
Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02.12.2019
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02.12.2019
İflic və insult riskini azaldan meyvə
02.12.2019
14 milyon insanın əziyyət çəkdiyi xəstəlik
02.12.2019
Beyinə inanılmaz faydası olan qida


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nə üçün tam qaynadılmamış yumurtanı yemək olmaz?
02 DEKABR  |   16:39
Sizdə vitamin çatışmadığını göstərən 7 əlamət – Avitaminoz nədir?
02 DEKABR  |   15:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ən sadə ALMA PİROQU
02 DEKABR  |   18:00
Kivi ilə çox sadə və dadlı piroq
02 DEKABR  |   17:47

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info