İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

20 NOYABR
18:00 Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
17:48 “Bu nişan 10 il əvvəl olmalı idi“
17:38 Premyer Liqamızda 12-ci turun hakimləri
17:24 NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi
17:12 Süni intellekt münsif rolunda çıxış etdi
17:00 Xalq artisti niyə dəvə yunundan döşəkdə yatır?
16:44 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
16:34 Könül bu dəfə Tunisdə filmə çəkilir
16:31 Bonuççi daha 5 il “Yuventus“da
16:23 İtalyan biskviti MARQARİTA
16:11 Kələm qovurması. Sadə və dadlı
16:00 Göbələklə toyuq SOBADA
15:45 Beyinə qan çatmırsa... Simptomlar, səbəblər
15:32 Orqanizmin təmizlənməsi
15:22 Makiyajın sirləri. Göz kölgələri, karandaş
15:12 Selülitdən azad olmaq mümkündür
15:00 Göyərtilərin faydası
14:41 Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?
14:32 Üz dərisinin təbii vasitələrlə ağardılması
14:21 Qış kosmetik maskaları
14:12 Cavanlaşdırıcı heyva maskası
14:00 Dünyanın ən effektiv elektrokarı yaradıldı
13:44 “Rahat olmaqdan ötrü adalara gedirəm” - Məleykə Əsədova
13:36 “Ramaldan gileyliyəm“ - Mələkxanım Əyyubova
13:27 Azərbaycanlı müğənni xanımı ilə
13:13 Uşaqlarda qasıq yırtıqları
13:00 Böyrək daşı xəstəliyi
12:48 “Onları bağışlamıram“ - Flora Kərimova
12:36 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
12:23 Badminton üzrə Respublika Çempionatında 96 idmançı mübarizə aparacaq
12:13 Avropa çempionatına vəsiqə qazanan 20 komanda
10:35 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:04 Atəşkəs pozulub
19 NOYABR
18:00 “Ali təhsilli kimya-biologiya müəllimiyəm, gözəl vizajistəm, yaxşı “şofer“əm” - Afət Fərmanqızı
17:45 Mina sevgilisindən danışdı: “Barışmaq istəmirəm“
17:36 Pərvizdən sonra o da başına tük əkdirdi
17:29 Kefir maskası ilə gözəlləşin!
17:14 Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi
17:09 “İlk görüşdə dedi ki, səninlə evlənəcəm“ - məşhur cütlük tanışlıqlarından danışdı

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90297)
2 PRESS-ANONS (34878)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32298)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30669)
5 Banan qabığı təbii məlhəmdir (29712)
Anadangəlmə hipotireoz vaxtında təyin olunmazsa ağır nəticələr qaçılmazdır
Tarix: 17.10 | Saat: 16:12 | E-mail | Çapa göndər

Hipotireoz (HT) - qalxanabənzər vəzin hormonlarının sekresiyasının zəifləməsi və ya vəzin funksiyasının tam itirilməsi ilə gedən xəstəlikdir.
Hipotireozun aşağıdakı formaları var:
- Birincili hipotireoz – qalxanabənzər vəzin patologiyası ilə baglı
- İkincili hipotireoz – hipofizin patologiyası ilə baglı
- Üçüncülü hipotireoz – hipotalamusun patologiyası ilə baglı
- Tireoid hormonlara həssaslığın zəifləməsi və ya olmaması
Genezinə görə:
- Anadangəlmə
- Qazanılma
95% hallarda birincili, 5% hallarda ikincili və üçüncülü hipotireoza təsadüf olunur.
Səbəbləri çox müxtəlifdir:
Birləşmiş Ştatlarda Haşimoto tireoiditi adlanan autoimmun xəstəlik qalxanvari vəz tərəfindən sintez olunan tireoid hormonların səviyyəsinin enməsinin əsas səbəbidir. Hipotireozun yaranmasına səbəb olan digər mühüm faktor yod çatışmazlığıdır.
Bundan başqa, qalxanvari vəzin inkişaf qüsuru, radioaktiv yodun qəbulu, tireotoksik preparatların qəbulu, hamilə qadınlarda yodidlərin, tireostatinlərin, litium, brom preparatlarının qəbulu, tireotrop hormona qarşı irsi rezistentlik, hipofizin anadangəlmə total çatışmazlığı, travması, iltihabı, şişi, hipotalamusun travması, iltihabı, şişi və s., müəyyən mikroelementlərin defisiti (xüsusən də dəmir), D vitamininin metabolik pozulması, qlütenə qarşı həssaslıq/dözümsüzlük (seliakiya), metabolik asidoz da (qidada heyvani zülalların artıqlığı səbəbindən) hipotireozun inkişafına səbəb ola bilər.
Bütün hüceyrələrin aktiv metabolizmi üçün qalxanvari vəzin hormonları vacibdir. Ona görə onun çatışmazlığı zamanı bütün orqan və sistemlərin fəaliyyəti zəifləyir. Bu zaman daha çox rast gəlinən simptomlar: soyuğa qarşı dözümsüzlük, iştahanın zəifləməsi, səbəbsiz şişkinlik, çəki artımı, daim yorğunluq və yuxusuzluq, konsentrasiyanın pozulması, tərləmənin azalması və dəridə quruluq, saçların tökülməsi, qəbizlik, əzələ ağrıları, zəiflik, əhval-ruhiyyənin dəyişməsi (depressiya), görmə və eşitmənin zəifləməsi, nitqin dəyişilməsi, yaddaş pozulmaları və dismenoreyadır.
Digər zədələnmiş sistemlər:
Ürək-damar sistemi - (ürəyin yığılma qabiliyyətinin zəifləməsi, ürək ölçülərinin böyüməsi, perikardial mayenin əmələ gəlməsi, ürək atımının və nəbzin azalması, diastolik təzyiqin artması və sistolik təzyiqin enməsi);
Mədə-bağırsaq traktı (peristaltikanın dəyişməsi, turşuluğun azalması və müvafiq həzm pozulmaları);
Reproduktiv sistem (cinsi yetişkənliyin gecikməsi, ovulyasiyanın olmaması, sonsuzluq və menstruasiyanın pozulması, kişilərdə cinsi zəiflik, impotensiya, spermatogenezin pozulması) və digər sistemlər (xolesterin səviyyəsinin yüksəlməsi, anemiya, insulinə qarşı rezistentlik və s.).
Hipotireoz əsasən böyüklərin endokrin patologiyası kimi tanınır. Amma bilməyimiz vacibdir ki, anadangəlmə hipotireoz da geniş yayılıb.
Anadangəlmə hipotireoz yenidoğulmuşlar arasında 1:3500-4000 nisbətində rast gəlinir. Bu, böyük rəqəm sayılır. Anadangəlmə hipotireoza gec diaqnoz qoyub, müalicəyə gec başlayanda ciddi əqli geriliyə səbəb olur. Halbuki vaxtında müalicəyə başlanan pasientlər öz yaşıdlarından nə əqli, nə fiziki cəhətdən geri qalmır. Odur ki, bu məsələyə ciddi yanaşılmalıdır. Bəzi ölkələrdə xəstəliyi erkən aşkar etmək üçün yenidoğulmuşlarda skrininq test aparılır.
Anadangəlmə hipotireoz zamanı döldə tireoid hormonların çatışmazlığı beynin differensiasiyasının pozulmasına, neyronların sayının artmamasına, sinir liflərinin azalmasına və sinir liflərinin mielinizasiyasının pozulmasına gətirib çıxarır. Müalicə gec başlandıqda (4-6 həftəlikdən sonra) bu dəyişikliklər geridönməz olur.
Hipotireozun klinikası onun uşaqda yaranma dövründən, dərəcəsindən, müddətindən asılıdır. Uşaqlarda ön planda fiziki, əqli və cinsi inkişafın ləngiməsi aşkar olunur. Xəstəlik nə qədər erkən başlanırsa, bu əlamətlər bir o qədər kəskin olur.
Çox vaxt valideyn uşaqda xəstəliyin bəzi əlamətlərini gördükdə bunu yenidoğulmuşlarda tez-tez rast gəlinən digər nevroloji, dəri və mədə-bağırsaq problemləri ilə əlaqələndirir. Nəticədə isə anadangəlmə hipotireoz diaqnozunun qoyulması gecikir.
Buna görə də yenidogulma dövründə aşağıdakı əlamətlərə diqqətli olmaq lazımdır. Anadangəlmə hipotireoza, adətən, qızlarda daha tez-tez rast gəlinir. Bir sıra erkən əlamətlərə əsasən bu diaqnozu qoymaq olar. Beləki, bu uşaqlar anadan artıq çəki ilə doğulurlar; yenidoğulma dövründə fizioloji sarılıq uzun müddət sürür; iştaha zəif, udma aktı çətin olur, çəkilərini az artırırlar, qəbizliyə meyilli olurlar, yuxululuq, əzginlik qeydə alınır. Qarın böyük olur, göbək yırtığı, səs tembri aşağı olur. Bu əlamətləri görən kimi mütləq pediatra müraciət etmək lazımdır.
Hamiləliyin ilk 12 həftəsində döl, demək olar ki, ananın qalxanvari vəzisindən asılıdır, daha sonralar isə öz hormonları ifraz olunmağa başlayır. Buna görə qadınlar (xüsusən hipotireozu olan) hamiləliyi planlayan zaman və ya hamilə olduqlarını bilən kimi həkimlə məsləhətləşməli, qalxanvari vəz hormonlarının səviyyəsinin normal saxlanmasına nail olmalıdır.
Hipotireoz zamanı müalicə əsasən əvəzləyici hormonal terapiyadan ibarətdir. Fərqli yanaşma təqdim edən Biotənzimləyici terapiyada biotənzimləyici preparatlar hipotalamus-hipofiz-qalxanvari vəz arasındakı əlaqəni tənzimləyir və orqanın funksiyasının bərpasına kömək edir.
Hər anınızı saglam yaşamaq arzusu ilə...
Saglamolun.az

Xəbər 123 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

20.11.2019
Beyinə qan çatmırsa... Simptomlar, səbəblər
20.11.2019
Orqanizmin təmizlənməsi
20.11.2019
Selülitdən azad olmaq mümkündür
20.11.2019
Göyərtilərin faydası
20.11.2019
Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

21 NOYABR
11:00 PRESS-ANONS
21 Noyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Beyinə qan çatmırsa... Simptomlar, səbəblər
20 NOYABR  |   15:45
Orqanizmin təmizlənməsi
20 NOYABR  |   15:32

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

İtalyan biskviti MARQARİTA
20 NOYABR  |   16:23
Kələm qovurması. Sadə və dadlı
20 NOYABR  |   16:11

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info