İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 NOYABR
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:49 Könülün qardaşının toyu oldu
12:33 Bu adada cəmi 9 insan yaşayır
12:25 Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
12:14 Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
12:00 Asan hazırlanan PORTAĞALLI PİROQ
11:46 Düyü maskası. Cavan, hamar dəri!
11:38 Mançinidən tarixi rekord
11:29 Gül kələminin 10 faydası – Bu xəstələr üçün çarədir
11:14 Demet Özdemir Bakıda
10:30 Günün qoroskopu
10:26 Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir
10:07 Atəşkəs pozulub
15 NOYABR
17:36 UŞAQLARDA ÖZGÜVƏN PROBLEMLƏRİNİ NECƏ HƏLL ETMƏLİ?
17:24 “Anamla, bacımı itirdikdən sonra...“ - Nüşabə Ələsgərli
17:12 Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz“
17:00 Uşağa oyuncaq alarkən nələrə diqqət etməli?
16:44 UŞAĞI SƏLİQƏ SƏHMAN YARATMAĞA NECƏ ÖYRƏTMƏK OLAR?
16:36 UŞAQ SÖZƏ BAXMIR? BU 9 MƏSLƏHƏTƏ ƏMƏL EDİN
16:23 İDEAL VALİDEYNLİK ÜÇÜN İDEAL ÜNSİYYƏT
16:11 Dünən toy aparırdı, bu gün ana oldu
16:00 Yuri Maksimovun yeni klubu müəyyənləşdi
15:46 Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
15:36 Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
15:25 Qışın vazkeçilməzi olan şabalıdın FAYDALARI
15:12 Kök börəyi
15:00 Az kalorili, çox dadlı yulaflı alma
14:47 Tezbazar hazırlanan portağallı peçenye
14:39 UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
14:24 Premyer Liqamızda oyunların vaxtı açıqlandı
14:11 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:00 Sumaqlı, narlı kartof şorbası
13:48 Qış süfrəsinin bəzəyi: ətli balqabaq
13:39 Alma və darçınla DADLI PEÇENYE
13:22 Şokoladlı mannik. Dadlı, tez və sadə!
13:12 Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL
13:00 “Tobol“da qalıram“ - Emil Balayev
12:49 “Mənim oğlanlarım mənə qulaq asmır“ - Manafdan GÖZLƏNİLMƏZ ETİRAF
12:37 Qara ciyər – çox vacib orqandır
12:28 Nə üçün yatarkən ağzımızdan su gəlir? - Bilmədiyiniz SƏBƏBLƏR

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (89810)
2 PRESS-ANONS (34870)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32164)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30480)
5 Banan qabığı təbii məlhəmdir (29656)
Gündə 1 kivi yesəniz, orqanizmdə nə baş verəcək? - İNANILMAZ NƏTİCƏLƏR
Tarix: 04.11 | Saat: 14:37 | E-mail | Çapa göndər

Kivi populyar olsa da, çox sevilən sitrus meyvələri siyahısına daxil deyil. İnsanlar adətən alma, banan, portağal və digər meyvələrə üstünlük verir. Və çox nahaq yerə, çünki bu məhsul orqanizm üçün faydalı xassələrlə zəngindir.
Publika.az oxucuları kivinin və qabığının faydaları ilə tanış edir:
Kivinin tərkibi, kalorisi və enerji dəyəri
Orta boy kivinin çəkisi 100 qramdır. Meyvənin böyük hissəsini su (84%) təşkil edir. Həmçinin tərkibində zülallar (təxminən 1%), yağlar (1% -dən az), karbohidratlar (təxminən 10%) var. Bir kivinin enerji dəyəri 48 kkal-dır. Bundan əlavə, onun tərkibinə nikotin turşusu və müxtəlif saxaridlər daxildir.
Kivi C, A, В1, В2, РР, В6, K1, B12, D, E vitaminləriylə və beta-karotinlə zəngindir. Bu meyvə sellüloza, kalsium, maqnezium, kalium, fosfor, manqan, dəmir, sink, antioksidantlar, amin turşuları, bitki zülalları, flavonoidlər və pektin ehtiva edir. Onda zülalları ayıran aktidin fermenti də var. Bu maddə qan laxtalanmasının normallaşmasına, zülalların parçalanmasına səbəb olur və mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Kivi orqanizmdən artıq duzları çıxarmağa qadirdir. 2 ədəd orta ölçülü kivi orqanizmi ehtiyac olduğu fol turşusu ilə təmin edir. Bu maddə həm hamiləlikdə, həm uşaq əmizdirən analara, habelə uşaqlara və yaşlı insanlara çox lazımdır.
Kivi şəkər xəstəliyinin müalicəsində də çox effektlidir, çünki o qlisemik indeksi aşağı salan ən dadlı məhsuldur. Meyvənin özündə şəkər var, lakin optimal miqdarda olduğu üçün metabolik prosesləri pozmur, əksinə diabet xəstələri üçün müəyyən qədər faydalıdır.
Kivinin qabığının faydası nədir?
Kivinin qabığında çoxlu sayda antioksidantlar var. Ona görə də kivi anti-xərçəng və antiallergik xüsusiyyətə malikdir. Nazik qabıqda meyvənin özündən 3 dəfə çox antioksidantlar var. Bu səbəbdən də həkimlər onu birbaşa qabığı ilə yeməyi tövsiyə edir. Əlbəttə ki, bundan öncə bıçaqla tükləri səliqə ilə təmizləmək lazımdır.
Avropa alimlərinin fikrincə, kivi antiseptik xüsusiyyətlərə malikdir. Bu da xərçəng hüceyrələrinin yaranmasına birbaşa təsir göstərir. Hesab edilir ki, kivi qabığı stafilokok və bağırsaq basili kimi mikrobları məhv edir.
Artıq çəki ilə mübarizədə kivinin faydası
Aşağı kaloriliyi və tərkibində yağları əridən fermentlərin olması arıqlamağa əla kömək edir. Dietoloqlar çoxdan açıqlayıb ki, kivi mükəmməl sellüloza mənbəyidir. Bu, həzm sisteminin normallaşmasına imkan verir və qarnı tox saxlayır.
Həll edilə bilən qida lifləri mədədə iştahanı azaltmaq və lazımi həcmi yaratmaq üçün suyu asanlıqla əmir.
Kivi həzmi normallaşdırmağa kömək etdiyi üçün dietoloqlar onu bütün yeməklərdən sonra yeməyi məsləhət görür. Kivi mədədə ağırlığın qarşısını alacaq, həmçinin böyrəklərə kömək edəcək. Hesab olunur ki, məhsul artıq mayenin orqanizmdən çıxarılmasına kömək edir.
Hətta kivi əsasında pəhrizlər mövcuddur. Pəhrizin əsas ideyası gündə 5 kivi və aşağı kalorili məhsulların istehlakından ibarətdir.
İmmun sisteminin möhkəmləndirilməsi
Meyvədə böyük miqdarda universal C vitamini var. İlin soyuq vaxtında immuniteti artırmaq və orqanizmi xəstəlik törədən mikroorqanizmlərdən qorumaq üçün onu gündə 1-2 ədəd istifadə etmək lazımdır.
Askorbin turşusu mübadilə proseslərində iştirak edir, orqanizmin hüceyrələrini azad radikalların təsirindən qoruyur, bədəni cavanlaşdırır və vaxtından əvvəl qocalma prosesinin qarşısını alır.
Kivinin hamiləlikdə rolu
Kivi hamiləliyin normal olması üçün əvəzolunmaz bitkidir. Bu, dölün inkişaf prosesi üçün lazım olan fol turşularının onda olması ilə əlaqədardır.
Mayalanma planlaşdırılması zamanı da qadın orqanizminin bu vitaminə ehtiyacı var. Bundan başqa, fol turşusu beyin fəaliyyəti, mərkəzi sinir sisteminin işləməsi və sağlam hüceyrələrin böyüməsi üçün vacibdir.
Ürək-damar sisteminin işinin normallaşması
Kividə kifayət qədər böyük miqdarda kalium var. Bu mikroelement arterial təzyiqin tənzimlənməsi, damar divarlarının möhkəmləndirilməsi, ürəyin işinin normallaşması üçün əvəzolunmazdır. Bundan başqa, kalium orqanizmdən artıq mayeni çıxarır və ödəmi aradan qaldırır.
Kivi böyrəklərin təmizlənməsi üçün
Kivi artıq duzun orqanizmdən çıxartmaq xüsusiyyətinə malikdir ki, bu da böyrəklərin işini xeyli yaxşılaşdırır. Meyvə böyrəkdə daş və qum əmələ gəlməsinin qarşısının alınmasını təmin edir, yüngül və piyelonefrit inkişaf riskini azaldır. Eyni zamanda öd kisəsində də daşların yaranmasına mane olur.
Kivi gözəllik üçün
Ekzotik meyvə saçların piqmentasiyasını tənzimləyir, ağ saçların ayranmasına mane olur. Meyvədə olan çoxlu sayda sink dırnaqları və saçları möhkəmləndirir. Kivi dəri sağlamlığı üçün də zəruridir, o, dəri rəngi və ümumi vəziyyəti yaxşılaşdırır, A və E vitaminlərə sayəsində qocalma prosesini ləngidir, həm də cinsi hormonlarının istehsalını tənzimləyir.
Qan dövranına təsiri
Kividə qanda hemoqlobin səviyyəsinin tənzimlənməsi və qan yaratmaq üçün zəruri olan çoxlu sayda dəmir var. Qanazlığı olan insanlara həkimlər bu meyvədən yeməyi məsləhət görürlər. Bundan əlavə, kivi, həmçinin qan laxtalanmasını normallaşdırır, zülalların mübadilə prosesləri tənzimləyir. Meyvə arteriyaları bağlayan yağları təmizləyir.
Kivi mərkəzi sinir sistemi üçün faydalıdır
Həkimlər depressiyalardan və nevrozlardan qurtulmaq üçün gündə ən azı bir kivi yemək lazım olduğunu vurğulayır. Kivi xoşbəxtlik hormonlarını ifrazını sürətləndirirək stress və yuxu pozulmalarının qarşısını alır. Meyvənin istifadəsi idmançılara da tövsiyə olunur, çünki kivi fiziki güc və enerjinin artırılmasının təbii qaynağıdır, stimulant kimi fəaliyyət göstərir.
Onkoloji xəstəliklərin profilaktikası
Kividə olan askorbin turşusu və beta-karotin bədxassəli şişlərin profilaktikası və onların inkişafının qarşısını almaq üçün faydalıdır. Bundan başqa, bu meyvədə olan В6 və В9 vitaminin nadir vəhdəti orqanizmə faydalı maddələri tez mənimsənilməsinə və onların anti-xərçəng xüsusiyyətlərini qorumasına imkan verir.

Xəbər 143 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

16.11.2019
Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
16.11.2019
Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
15.11.2019
Naringi qabığından faydalı istifadənin 10 ÜSULU
15.11.2019
Görmə qabiliyyətini yaxşılaşdıran TƏBİİ ÜSULLAR
15.11.2019
Qışın vazkeçilməzi olan şabalıdın FAYDALARI


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Nanənin bilmədiyiniz faydaları - İnfarkt riskini azaldır...
16 NOYABR  |   12:25
Xroniki yorğunluq sindromunu aradan qaldıran MÖCÜZƏ RESEPT
16 NOYABR  |   12:14

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Asan hazırlanan PORTAĞALLI PİROQ
16 NOYABR  |   12:00
Düyü maskası. Cavan, hamar dəri!
16 NOYABR  |   11:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1367

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info