İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

20 NOYABR
17:48 “Bu nişan 10 il əvvəl olmalı idi“
17:38 Premyer Liqamızda 12-ci turun hakimləri
17:24 NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi
17:12 Süni intellekt münsif rolunda çıxış etdi
17:00 Xalq artisti niyə dəvə yunundan döşəkdə yatır?
16:44 FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
16:34 Könül bu dəfə Tunisdə filmə çəkilir
16:31 Bonuççi daha 5 il “Yuventus“da
16:23 İtalyan biskviti MARQARİTA
16:11 Kələm qovurması. Sadə və dadlı
16:00 Göbələklə toyuq SOBADA
15:45 Beyinə qan çatmırsa... Simptomlar, səbəblər
15:32 Orqanizmin təmizlənməsi
15:22 Makiyajın sirləri. Göz kölgələri, karandaş
15:12 Selülitdən azad olmaq mümkündür
15:00 Göyərtilərin faydası
14:41 Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?
14:32 Üz dərisinin təbii vasitələrlə ağardılması
14:21 Qış kosmetik maskaları
14:12 Cavanlaşdırıcı heyva maskası
14:00 Dünyanın ən effektiv elektrokarı yaradıldı
13:44 “Rahat olmaqdan ötrü adalara gedirəm” - Məleykə Əsədova
13:36 “Ramaldan gileyliyəm“ - Mələkxanım Əyyubova
13:27 Azərbaycanlı müğənni xanımı ilə
13:13 Uşaqlarda qasıq yırtıqları
13:00 Böyrək daşı xəstəliyi
12:48 “Onları bağışlamıram“ - Flora Kərimova
12:36 10 yaşlı gimnastımız Mina Abbasova beynəlxalq turnirin ikincisi olub
12:23 Badminton üzrə Respublika Çempionatında 96 idmançı mübarizə aparacaq
12:13 Avropa çempionatına vəsiqə qazanan 20 komanda
10:35 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:04 Atəşkəs pozulub
19 NOYABR
18:00 “Ali təhsilli kimya-biologiya müəllimiyəm, gözəl vizajistəm, yaxşı “şofer“əm” - Afət Fərmanqızı
17:45 Mina sevgilisindən danışdı: “Barışmaq istəmirəm“
17:36 Pərvizdən sonra o da başına tük əkdirdi
17:29 Kefir maskası ilə gözəlləşin!
17:14 Uşaqlarda vegetativ-damar distoniyası xəstəliyi
17:09 “İlk görüşdə dedi ki, səninlə evlənəcəm“ - məşhur cütlük tanışlıqlarından danışdı
17:00 Qırışları açan banan maskası

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (90270)
2 PRESS-ANONS (34878)
3 Qız uşaqları üçün saç düzümləri - FOTO (32284)
4 Tüpürcək vəzi iltihabı və müalicəsi (30634)
5 Banan qabığı təbii məlhəmdir (29712)
Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılışı olub
Tarix: 07.11 | Saat: 12:00 | E-mail | Çapa göndər

Özbəkistanın Xarəzm vilayətinin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət günləri Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.
Mərasimdə Azərbaycandan və Özbəkistandan mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Tədbiri Xarəzm vilayətinin hakimi Fərxad Ermanov açaraq iki milyona yaxın əhalisi, qədim tarixi və zəngin mədəniyyəti olan vilayətdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu bildirib. Vilayət rəhbəri dili, mədəniyyəti, adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, orada keçirilən görüşlər barədə danışıb, Özbəkistanın Türk Şurasının tamhüquqlu üzvü olmasının böyük sevinclə qarşılandığını vurğulayıb.
AMM-in direktoru Samir Abbasov deyib ki, hər il Özbəkistanın müxtəlif şəhərlərində mədəniyyət günləri keçirilir və bu tədbirlərdə dünyanı heyran qoyan zəngin mədəniyyətimiz, Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələri nümayiş etdirilir. O, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevlə görüşü zamanı səsləndirilən fikirləri yada salıb, bu görüşün ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyini vurğulayıb.
Samir Abbasov xalqlarımız arasında oxşar, ortaq dəyərlər haqqında danışıb, Azərbaycanın muğam, aşıq və xalçaçılıq sənətinin, Qobustan və Azıx mağarası kimi qədim yaşayış məskənlərinin ölkəmizin qədim tarixi və zəngin mədəniyyətini dünyaya bir daha nümayiş etdirdiyini söyləyib.
“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva iki xalq arasında ədəbiyyat sahəsində əməkdaşlıq, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Əbdülhəmid Çolpan, Hüseyn Cavidin irsi arasındakı ədəbi əlaqələr, dostluq münasibətləri barədə danışıb, xalqlarımızı birləşdirən dəyərlərin çox olduğunu, ata-babalarımızdan bizə miras qalan Azərbaycan-Özbəkistan dostluğunu gələcək nəsillərə çatdırmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.
Daha sonra AMM-in hazırladığı bədii proqram təqdim olunub. Konsert proqramında Azərbaycanın Əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycanın xalq mahnılarını, muğamlarımızı ifa ediblər.
Xanəndələri tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib. S.Paşazadənin tarda solo ifaları da alqışlarla qarşılanıb.
Tədbir AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının milli rəqslərimizi ifa etməsi ilə davam edib.
Qədim mədəniyyət beşiyi olan Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində tədbirlər davam edir.

Xəbər 89 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.11.2019
Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universitetin fəxri professoru seçilib
08.11.2019
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.
01.10.2019
Azərbaycanlı kinematoqrafçıların Los-Anceles şəhərində təqdimatı keçirilib
28.09.2019
Bakıda III “ZİMA“ uşaq estrada mahnıları festivalı keçiriləcək.
18.09.2019
Bu gün Milli Musiqi Günüdür


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

21 NOYABR
11:00 PRESS-ANONS
21 Noyabr Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Beyinə qan çatmırsa... Simptomlar, səbəblər
20 NOYABR  |   15:45
Orqanizmin təmizlənməsi
20 NOYABR  |   15:32

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

İtalyan biskviti MARQARİTA
20 NOYABR  |   16:23
Kələm qovurması. Sadə və dadlı
20 NOYABR  |   16:11

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1368

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info