Bakıda avtomobil daş hasara çırpılıb, 2 nəfər xəsarət alıb
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb. Kərimova Səbinə İlham qızı, idarə etdiyi "KİA" markalı avtomobillə üzü şəhər istiqamətində hərəkətdə olan zaman qəfil idarəetməni itirib. Nəticədə o, avtomobili ilə yoldan çıxaraq daş hasarlara çırpılıb. Qəza nəticəsində sürücü və yanındakı sərnişin xəsarət alıb. Onlar çağırılan təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıblar. Hadisə yerinə gələn Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Fakta bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər 1465 dəfə oxundu.