Şamaxıda baş verən yol qəzasında 2 nəfər ölüb
Şamaxıda ağır yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 130-cu kilometrliyində, Şamaxı rayonu ərazisində vətəndaşa məxsus “Lifan” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildən şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər 3085 dəfə oxundu.