Bakıda 16 yaşlı qız intihara cəhd edib
Bakıda intihara cəhd hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xədicə Əzimova dərman içərək intihara cəhd edib. X. Əzimova xəstəxanaya yerləşdirilib. Polisdən həmçinin bildirilib ki, Asim Əzimov adlı şəxs fevralın 16-da bacısı Xədicə Əzimovanın itkin düşməsi ilə bağlı polisə ərizə ilə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, fevralın 17-də tapılaraq ailəsinə təhvil verilib.

Xəbər 1298 dəfə oxundu.