Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
Bakının Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:43-də başa çatıb.

Xəbər 1685 dəfə oxundu.