Flora Kərimovanın vəsiyyəti
Xalq artisti Flora Kərimova vəsiyyət edib. Axşam.az-ın məlumatına görə, “A-dan Z-yə” verilişinə qonaq olan müğənni xalq artisti Ramiz Əzizbəylinin səhhəti ilə bağlı hazırlanan süjetdən təsirlənərək, bunları deyib: "Övladlarıma vəsiyyət etmişəm ki, mən dünyadan köçəndə heç kimə deməsinlər. Məni səssiz-səmirsiz basdırsınlar. Bir də başdaşımın üstünə adımı yazmasınlar. Onsuz nə vaxtsa başdaşımın üstün toz alacaq və o ad da görünməyəcək. Bu cür sənətkarların səhhətinin pisləşməsini, dünyadan getməsini görüb pis oluram. Düşünürəm ki, bu sənət kimlərə qalacaq görəsən? Ramizi o cür gördüm və çox pis oldum”.

Xəbər 1674 dəfə oxundu.